Month: November 2019

  • Официальный Баку ответил Лаврову

    Азербайджанская община Нагорного Карабаха является неотъемлемой частью любого предлагаемого плана урегулирования армяно-азербайджанского нагорно-карабахского конфликта.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом заявила глава пресс-службы МИД Азербайджана Лейла Абдуллаева, отвечая на вопросы журналистов по вопросу комментариев министра иностранных дел России Сергея Лаврова насчет армяно-азербайджанского конфликта во время пресс-конференции в Ереване.

    “Еще раз хотела бы подчеркнуть, что только возвращение изгнанных из этого региона азербайджанцев в свои дома в Нагорном Карабахе может открыть реальные возможности для урегулирования на основании высокого статуса самоуправления, предусматривающего совместное проживание азербайджанской и армянской общин региона в условиях мира и безопасности в границах Азербайджанской Республики.

    Для этого, прежде всего, должны быть проведены субстантивные переговоры по урегулированию конфликта, и армянские оккупационные силы должны быть выведены из Нагорного Карабаха и семи прилегающих районов Азербайджана”, – отметила представитель МИД.

  • Rəsmi Bakıdan Lavrova – CAVAB

    Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir.

    Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya Xarici İşlər naziri S.Lavrovun Yerevanda keçirilən mətbuat konfransı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualı cavablandırarkən səsləndiriyi fikirlərinə münasibət bildirilməsi ilə bağlı KİV-in sualını cavablandırarkən bildirib.

    “Hər zaman qeyd etdiyimiz kimi, bir daha vurğulamaq istərdim ki, yalnız bu bölgədən didərgin salınmış azərbacanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki, azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər.

    Bunun üçün isə ilk növbədə, münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı və Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır”, – deyə XİN rəsmisi qeyd edib.
    /oxu.az/

  • Qazaxda toy karvanında odlu silahdan atəş açan şəxsin fotosu yayıldı – FOTO

    Daxili İşlər Nazirliyi Qazax rayonunda keçirilən toy mərasimi zamanı havaya odlu silahdan atəş açan Ağstafa rayon sakini 1994-cü il təvəllüdlü Orxan Əlizadənin fotosunu yayıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Qərb Regional Mərkəzinin Baş insepktoru Eşqin Qasımovun bölgə müxbirinə verdiyi məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində adıçəkilən şəxs saxlanılıb.

    Hüquq mühafizə orqanı əməkdaşları O.Əlizadədən hadisə zamanı istifadə etdiyi ov tüfəngi götürülüb:

    “Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma başlanılıb. Onu deyə bilərəm ki, O.Əlizadənin hərəkətinə hüquqi qiymət veriləcək”.

    Qeyd edək ki, Qazax rayon sakini insident Vələd Yusifovun toy mərasimində qeydə alınıb.






  • В Шеки перевернулся “Opel”, погиб водитель

    Как сообщает Median.Az, 10-го ноября примерно в 16 часов в поселке Туран перевернулся автомобиль марки “Opel”, управляемый жителем района Зияд Рустамовым.

    В результате водитель скончался по дороге в больницу.

    В Шекинском РОП по факту ведется расследование.

  • Şəki rayonunda “Opel” aşıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, noyabrın 10-u saat 16 radələrində Turan qəsəbəsində, rayon sakini Ziyad Rüstəmov idarə etdiyi “Opel” markalı avtomobili aşırıb.

    Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

    Şəki ŞRPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Mirşahin Əli İnsanovun oğurladığı qızılları və milyonları göstərdi – VİDEO

    Sabiq səhiyyə naziri Əli İnsanovun vəzifəsindən süi-istifadə edərək dövlətdən mənimsədiyi əmlakın siyahısını açıqlanıb.

    Bu barədə görüntülər REAL TV-də yayımlanan “Mir Şahinin Vaxtı” verilişində efirə gedib.

    Ümumilikdə müsadirə olunmuş əmlakların dəyəri belədir:

    11 adda daşınmaz əmlaklar – 3 milyon 650 min manat

    523 adda qızıl-zinət əşyaları – 1 milyon 645 min 48 manat

    1 adda avtomaşın 47 min manat

    Nağd pul vəsaitləri 1 milyon 309 min 295 ABŞ dolları, 884 min 475 avro və 8 min 984 manat.

    İndi isə İnsanovun insan və ov münasibətlərinin daha bir yırtıcı mənəzərəsi faktlarda:

    Beləliklə, mülki iddianın təmin edilməsi üçün cəmi 23 milyon 372 min 37 manat 71 qəpik dəyərində daşınmaz əmlaklar üzərinə məhkəmə qərarları əsasında həbs qoyulub.

    Bakı şəhəri, Səbayıl rayonu, Lermontov -121 ünvanındakı yaşayış binasının birinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Bakı şəhər 15 saylı uşaq poliklinikasının birinci şöbəsinin 354.7 kvadret metr qeyri-yaşayış sahəsi. Korrupsiyaya qarşı mübariz Əli İnsanov poliklinaknı Bayıl qəsəbəsindəki 2-ci şöbəsinin müvafiq şəraiti olmayan inzibati binasına köçürülməsi haqqında qanunsuz sərəncam verib boşaldıb, daha sonra boşaldılmış ərazini özəlləşdirməklə öz mülkiyyətinə keçirib.

    Bakı şəhəri Səbayıl rayonu, Əliyarbəyov küçəsi, 3 ünvanındakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Tibbi Təchizat İdarəsi, Bakı şəhər Apteklər İdarəsi, Əczaçılıq və Tibb Sənayesi, Tibbi texnika istehsalat-ticarət birliklərinin 319.1 kvadrat metr qeyri-yaşayış sahəsi. Antirüşvət və amansız antikorrupsiant İnsanov bu bəla ilə mübarizə tədbirləri çərçivəsində 2002-ci ilin avqust ayınını 8-də azad və müstəqil surətdə, bütün qanunlara tüpürərək əmr verib və qeyri yaşayış sahəsini boşaltdıqdan sonra həmin sahənin qızı Ayla Ştelenin-Əliyevanın adına rəsmiləşdirilməsinə nail olub, faktiki öz mülkiyyətinə keçirərək, yaşayış mənzili kimi istifadə edib.

    Bakı şəhəri, Səbayıl rayonu, Əliyarbəyov küçəsi-3 ünvanındakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Təxirəsalınmaz və Təcili Tibbi Yardım Stansiyasının 202.2 kvadrat metr qeyri-yaşayış sahəsi, həmin rayonun Üzeyir Hacıbəyov küçəsi-52 ünvanındakı Bakı şəhəri, endrokrinoloji dispanserinin 76.8 kvadratmetr qeyri-yaşayış sahəsi. Dispanserin diabet xəstələrinə pəhriz qida məhsullarının satışı üçün ayrılmış mağazasının fəaliyyətini əvvəlcədən düşünülmüş plana uyğun olaraq dayandıraraq, qəsdən istifadəsiz hala gətirmiş, xəstələrə xidmət sahəsini azaltmaqla, onların normal şəraitdə tibbi yardım alma imkanlarını məhdudlaşdırmış, onun guya nazirliyə lazım olmaması görüntüsü yaratmış, sahənin qanunsuz özəlləşdirilməsinə nail olub, faktiki öz mülkiyyətinə keçirmiş, gəlir əldə etmək üçün onu icarəyə vermişdir.

    Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi-23 ünvanındakı Respublika Endrokrinoloji Dispanserin 378 kvadrat metr qeyri-yaşayış sahəsi. Dispanser ləğv edilərək özəlləşdirilmişdir.

    Hörmətli tamaşaçılar, cərrahiyyədə bir sıra əməliyyatlar olur ki, onlar uzun vaxt tələb edir. Ona görə də İnsanovun ictimai-iqtisadi-maliyyə vücudu üzərində apardığımız əməliyyat uzun çəkəcək. Çünki bu insanın, İnsanovun korrupsiya və rüşvət radiusu, qeyri-qanuni İnsanov dövlətinin ərazisi kifayət qədər genişdir və bizim təvazökar vaxtımızın hüdudlarına sığmır. Amma söz verirəm ki, hər görüşümüzdə Sizə o nəhəng haram mülkün, əcinnə adasının hansısa hissəsini təqdim edəcəyəm. Amma bir məqam var ki, onu xüsuslə qeyd etməliyəm. Bu insan ovu uzaqda etmir. Ona etibar edilmiş səhiyyə obyektlərini caynağına keçirirmiş.

    Məsələn Elmi-tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu, Yasamaldakı Stomotoloji Poliklinika, Rəşid Behbudov küçəsindəki Uşaq poliklinikası, Topçubaşov küçəsində yerləşən Qasımov adına 1 Saylı Doğum Evinin 1583. 3 kvadrat metr qeyri yaşayış və 6680.6 kvadrat metrlik torpaq sahələri, Nəsimi rayonunda yerləşən 3 Saylı Uşaq Xəstəxanasının ikinci korpusunun 1241 kvadrat metrlik qeyri yaşayış sahəsi və 1969.7 kvadrat metrlik torpaq sahələri uzun bir siyahı var ki, hər paqraf üzərində xeyli dayanmalıyıq.

    Amma bizim başqa dərdimiz-sərimiz də var axı. Ona görə də İnsanovun Azərbaycan dövlətinə alternativ olaraq yaratdığı dövlətin coğrafiyası barədə gələn görüşümüzdə də danışacağıq. Amma bir fakt barədə danışmadan mövzunu qapamaq istəmirəm. Deməli, Lüksemburq Hersoqluğunun “Bank de Lüxeburq” kommersiya bankında Əli İnsanovun 1 milyon. 280 min 645 dollar 57 senti, oğlu Vidadi İnsanovun 255 min 65 avro məbləğində pul vəsaiti saxlanılır və Azərbaycanın müraciəti əsasında onlar dondurulub.

  • Житель Уджара ранил гражданина ножом с целью разбоя

    Как сообщает Median.Az, 8-го ноября в Уджарский РОП поступила информация о том что, в больницу с колото-резанной раной доставлен житель села Меликбаллы К.Дашдыев и прооперирован.

    В ходе разбирательства выяснилось что, неизвестный напал на потерпевшего и ранив ножом, отобрал у него мобильный телефон.

    В результате оперативно-розыскных мер полицейские задержали жителя села Багман Р.Оруджева.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 126 (умышленное причинение тяжкого вреда здоровью) и 181 (разбой) УК Азербайджана.

  • Ucarda quldurluq məqsədi ilə vətəndaş bıçaqlanıb

    Median.Az xəbər verir ki, noyabrın 8-də Ucar rayonunun Məlikballı kənd sakini K.Daşdıyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Ucar RPŞ-yə məlumat daxil olub.

    Araşdırma zamanı, naməlum şəxsin K.Daşdıyevə bıçaqla xəsarət yetirib mobil telefonunu alması müəyyən edilib.

    Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törədən Bağman kənd sakini R.Orucov saxlanılıb.

    RPŞ İstintaq bölməsində CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Ингушетии обновили аллею имени Гейдара Алиева

    Власти Ингушетии в рамках нацпроекта «Формирование современной комфортной среды» благоустроили аллею имени первого президента Азербайджана Гейдара Алиева, сообщили в понедельник агентству «Интерфакс-Юг» в пресс-службе Минстроя региона.

    «В Малгобеке благодаря реализации нацпроекта благоустроено шесть общественных территорий. В частности, по улицам Орджоникидзе, Этуша, Нурадилова, Базоркина и на аллее имения Гейдара Алиева установлены скамейки и урны, новые светильники и опоры для них, уложена тротуарная плитка и многое другое», – сказал представитель ведомства.

    По его данным, в этом году городу выделено свыше 24 млн руб. (примерно 640 тыс. манатов) на обустройство общественных территорий.

    Как и во всех муниципалитетах республики в начале года в Малгобеке были проведены общественные слушания, а следом и голосование по отбору территорий, по мнению жителей города, нуждающихся в благоустройстве в первоочередном порядке.

    В 2019 году в рамках нацпроекта «Жилье и городская среда» в Ингушетии запланировано благоустройство 48 общественных территорий в девяти муниципальных образованиях. Общий объем финансирования проекта составляет около 147,5 млн рублей (примерно 4 млн ман.).

    Аллея имени первого президента Азербайджана Гейдара Алиева открыли в Малгобеке в ноябре 2013 года во время празднования 80-летия муниципалитета и шестилетию присвоения ему высокого звания «Город воинской славы».

    Присвоение аллее, символизирующей нерушимую дружбу и единство народов России и Азербайджана, имени Гейдара Алиева вызвано стремлением местных властей отметить огромный вклад известного государственного и политического деятеля в становлении республики. Там увековечена память о воинах 9-ой, 223-ей, 416-ой гвардейских стрелковых бригад 44-й армии Северной группы войск Закавказского фронта, ценой своей жизни вместе с представителями других народов защищавших ингушский Малгобек в 1942-1943 годы.

  • Азербайджанцы стали чаще ездить в Грузию

    В прошлом месяце Грузию посетили 119 540 человек из Азербайджана.

    Как передаёт Median.Az со ссылкой на Report, об этом говорится в отчете Национальной администрации Грузии по туризму.

    Число граждан Азербайджана, посетивших Грузию, в годовом сравнении выросло на 8 585 человек или 7,7%.

    По количеству посетивших Грузию иностранцев Азербайджан занимает второе место.
    На первом месте граждане Армении с показателем в 120 978 человек, на третьем россияне (118 252 человека).

    За отчетный период Грузия приняла, в целом, 665 055 иностранных визитеров, что на 8,8% больше, чем в аналогичном периоде прошлого года.