Month: November 2019

  • Dekabr ayının qeyri-iş günləri açıqlanıb

    Dekabrın 23-ü Azərbaycanda qeyri-iş günüdür.

    Həmin gün ölkədə bələdiyyə seçkiləri keçirildiyindən, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, dekabrın 23-ü Azərbaycan ərazisində iş günü hesab olunmur.

    Bundan başqa, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyri-iş günüdür.

  • Vilayət Eyvazovdan yeni – TƏYİNAT

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

    Median.Az -ın oxu.az-a istinadən verdiyi məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, polis polkovniki Nəzər Əsgərov Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

    Qeyd edək ki, bu vəzifəni bundan əvvəl polis polkovniki Hikmət Qasımov yerinə yetirirdi. O, Mingəçevir Şəhər Polis Şöbəsinə rəisi təyin edilib.

    Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt ŞPİ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Əli Abdullayev DİN-in Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri vəzifəsinə təyinat alıb.

  • Bakı, Abşeron və Sumqayıtda yaşayanlara ŞAD XƏBƏR – VİDEO

    Bakıdan-Sumqayıta sərnişin daşıyan bəzi marşrut xətlərindəki avtobuslar yenilənəcək. Bu istiqamətdə gedən sərnişinlərə daha müasir və komfortlu avtobuslar xidmət edəcək.

    Bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı şirkətlər qarşısında konkret tələblər qoyub.

    Xidmətin sektor müdiri Nuridə Allahyarovanın sözlərinə görə, qurumun məqsədi bu marşrut istiqamətində sərnişinlərin tələbini ən yüksək səviyyədə qarşılamaqdır.

    Qurum Abşeron rayonundan paytaxt Bakı istiqamətində gələn sərnişin avtobuslarının da monitorinqini aparıb. Artıq həmin istiqamətdə iki yeni marşrut xəttinin açılacağı dəqiqləşib. O cümlədən qurumun tabeliyində olan və Masazırdan “Memar Əcəmi” metrostansiyası və əks istiqamətdə sərnişin daşıyan 525 saylı avtobuslar yenilənəcək.

    Hər 3 xətdə yeni avtobuslar yaxın vaxtlarda sərnişinlərin xidmətinə başlayacaq. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən o da bildirilib ki, qoyulan tələblərə əməl etməyən daşıyıcı şirkətlər barəsində tədbirlər görüləcək.

    525 saylı xəttin daşıyıcısı isə bildirib ki, 20 avtobusun alınması üçün artıq Koreya şirkəti ilə müqavilə imzalanıb. Müasir avtobuslar yaxın vaxtlarda Bakıya gətirilərək xəttə buraxılacaq.

    Avtobusların yenilənməsi xəbəri sərnişinlərin ürəyincə olub.

    AZXEBER.COM Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Elçin Əlibəyli döyüldü: Təcili əməliyyat olunmalıyam

    Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev məşhur aparıcı Elçin Əlibəylini döyüb.

    E.Əlibəyli bu barədə şəxsi “Facebook” hesabında məlumat yayıb.

    O, status yazaraq, aldığı ağır zərbədən səhhətində ciddi problemlər yarandığını və təcili şəkildə əməliyyata ehtiyac olduğunu bildirib.

    “Oktyabrın 19-u qonşum tərəfindən siyasi motivlərə görə döyülsəm də, bu günə kimi döyən şəxsin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı olması hesabına DİN susur. Bu ölkədə haqq-ədalət yoxdur nəticəsinə gəlirəm.

    Döyülmək və söyülmək davası deyil mənim davam, Avropa çempionu olan qonşum fənd işlədərək, təpiklə mənim əməliyyatdan yenicə çıxdığım yırtıq (qrija) partlaması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir”.

  • Elza Seyidcahanın ailəsinə qarşı dələduzluq: anası və bacıları evsiz qaldı

    Əməkdar artist Elza Seyidcahanın anası fırıldaqçılıqla üzləşib.

    Bu barədə oxu.az-a Əməkdar artist məlumat verib.

    O, ailəsinin üzləşdiyi xoşagəlməz hadisə ucbatından anasının və bacısının evsiz qaldığını söyləyib:

    “2015-ci ildən biz anama qarşı dələduzluq törədən dəstəni axtarırdıq, amma tapa bilmirdik. Amma Nəsimi rayonu 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Urfan Gərayzadənin köməyilə dəstənin bir üzvü ələ keçib.

    Qrupun digər üzvlərinin axtarışı səbəbindən istintaq işi hələ də davam edir. Onlar da tezliklə tapılacaq və məsuliyyətə cəlb olunacaqlar. Anam bütün evləri satıb torpaq aldı ki, bacılarımla özünə ev tikdirsin və orada yaşasın. Hazırda dələduzların törətdiyi bu iyrənc əmələ görə bacılarım da evsiz qalıb.

    Gəlib anamın başını tovlayıb, deyiblər ki, bizə torpaq sahəsini ver, əvəzinə sənə və qızlarına üç ev verərik. Onu da qeyd edim ki, anam torpaq sahəsində tikiləcək evin layihəsini də hazırlamışdı. Anam onların bu təklifinə razılıq verib, aldanıb. Fırıldaqçılar anama villa adı ilə üç sənədsiz həyət evi göstəriblər.

    Evlərin sənədləri də saxta olub. Anam bu haqda bizə heç bir məlumat verməyib. Bizə sürpriz etmək istəyib. Anamın sadəlövhlüyündən istifadə edib başına bu oyunu açıblar. Mən də hüquq-mühafizə orqanlarına başımıza gələn xoşagəlməz hadisə ilə bağlı müraciət etdim”.

    Seyidcahan redaksiyamızın əməkdaşı ilə söhbətində polis əməkdaşlarının araşdırması nəticəsində onlara qarşı cinayət törədən Rasim Məmmədov və dəstənin daha iki üzvünün saxlanıldığını və bir ay ərzində anasının ya evini, ya da pulunu geri qaytaracaqlarına söz verdiklərini bildirib:

    “Rasim adlı şəxs dəfələrlə dələduzluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub. Onun dostları ki var, dəstənin digər üzvləri onu zaminə götürüblər. Mən bu kimi məsələlərlə gündəmə gəlmək istəməzdim. Ümid edirəm ki, dəstənin digər üzvləri törətdikləri əməllərə görə qanun qarşısında cavab verəcəklər”.

    Əməkdar artist R.Məmmədov və digərlərinin tapılaraq ifşa olunmasında göstərdiyi yardıma görə Nəsimi rayonu 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Urfan Gərayzadəyə minnətdarlığını bildirib.

    Qeyd edək ki, bu barədə ilk məlumatı Report yayıb.

  • DTX əməliyyat keçirdi – Əcnəbi vətəndaş oğurluq üstdə yaxalandı

    Noyabrın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobildən pul oğurlanması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Q.Qarayev prospektində avtomobildən şüşəni sındırmaq yolu ilə 3645 manatın oğurlandığı müəyyən edilib.

    Nizami RPİ 25-ci Polis Şöbəsi və Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər məhkum olunmuş M.Əhmədov Şıxlı keçid məntəqəsində saxlanılıb.

  • В бакинском цеху выявлены многочисленные нарушения – ФОТО

    На основе жалобы, поступившей в Агентство продовольственной безопасности Азербайджана, была проведена проверка на предприятии по переработке кишечного сырья, расположенном на улице Давуда Аслана в поселке Кешля Низаминского района Баку. Предприятие принадлежит физическому лицу Рамазанову Гадиру Сабир оглу.

    Как сообщили Oxu.Az в агентстве, на объекте было выявлено отсутствие документов, свидетельствующих о происхождении и состоянии сырья.

    В ходе проверки был обнаружен факт нарушения правил ветеринарной санитарии в процессе первичной переработки внутренностей мелкого рогатого скота. В ходе технологических процессов не соблюдался температурный режим. Кроме того, отсутствовали холодильные камеры для хранения продуктов.

    Выяснилось, что территория склада систематически не очищалась, а промывка, сортировка, засолка и упаковка внутренностей осуществлялась на одном участке. Не принималось никаких мер по предотвращению проникновения в помещение насекомых.

    У работников не было спецодежды, они не проходили медицинское обследование.

    Также было установлено, что при переработке продукции и сырья не выполнялись требования технических и ветеринарных нормативов. Предприятие занималось закупкой и перевозкой внутренностей, на которые не было никаких ветеринарных свидетельств.

    Заготовка, хранение и продажа продуктов и сырья осуществлялись без прохождения ветеринарной экспертизы.

    По итогам проверок будут приняты предусмотренные законодательством меры.











  • Bakıda sexdə iyrənc mənzərə – FOTO

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan vətəndaş şikayəti əsasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 2 m ünvanında fiziki şəxs Ramazanov Qadir Sabir oğluna məxsus bağırsaq emalı müəssisəsində yoxlama keçirilib.

    AQTA-dan Oxu.Az-a verilən məlumata görə, müəssisədə heyvan mənşəli məhsullar və xammalın sağlamlıq və mənşəyini müəyyən edən sənədlərin olmadığı aşkar olunub.

    Yoxalama zamanı müəssisədə xırdabuynuzlu heyvanların bağırsağının ilkin emalı zamanı baytarlıq-sanitariya qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb. Texnoloji proseslərdə temperatur rejiminə əməl edilmədiyi, məhsulların saxlanılması üçün soyuducu kameranın olmadığı müəyyən olunub.

    Məlum olub ki, anbar sahəsi sistematik təmizlənmir, bağırsaqların yuyulub-təmizlənmə, çeşidlənmə, duzlanma və qablaşdırılması, saxlanması bir sahədə həyata keçirilir. İstehsalat sahəsinə həşaratların daxil olmasının qarşısını almaq məqsədilə tədbirlər görülmür. İşçilərin xüsusi geyim forması yoxdur və tibbi müayinədən keçməyiblər.

    Yoxlama zamanı məlum olub ki, məhsulların və xammalın normativ-texniki sənədlərə, eləcə də, baytarlıq normativlərinin tələblərinə uyğun olmadan emalı aparılır. Müəyyən edilib ki, baytarlıq şəhadətnaməsi olmadan müəssisəyə bağırsaq qəbul edilir və daşınır.

    Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı baytarlıq ekspertizasından keçirilmədən aparılır. Məlum olub ki, heyvan mənşəli məhsullar və xammalın yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan qəbulla bağlı sənədləri yoxdur.

    Aparılan yoxlamanın nəticəsi ilə bağlı olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.











  • В продаже имеются некачественные шприцы?

    В последние дни в соцсетях часто появляются сообщения о продаже некачественных одноразовых шприцов. Эти сообщения вызвали беспокойство в обществе и стали причиной бурных обсуждений.

    В связи с этим Центр аналитической экспертизы лекарственных препаратов Министерства здравоохранения распространил заявление.

    “Во многих СМИ появляется информация о наличии в продаже некачественных шприцов, но она не соответствует действительности”, – сообщили Oxu.Az в отделе по связям с общественностью центра.

    Было также отмечено, что в Центр аналитической экспертизы лекарственных препаратов еще не поступало ни одной жалобы на несоответствующие стандартам одноразовые шприцы.

    “В случае возникновения у граждан какой-либо жалобы мы рекомендуем звонить по номерам “горячей линии” (012 596-07-12, 594-57-27, 594-57-37), писать на электронную почту (aem@pharma.az) или же обратиться в службу “Единое окно” центра. Любая жалоба будет незамедлительно расследована”, – заверили в центре.

  • Keyfiyyətsiz şprislər satılır? – AÇIQLAMA

    Son günlər sosial şəbəkələrdə keyfiyyətsiz şprislərin satışı ilə bağlı məlumatlar paylaşılır. Yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradıb və geniş müzakirələrə səbəb olub.

    Yayılan məlumatlarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi açıqlama yayıb.

    Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlar yer alsa da, bu, həqiqəti əks etdirmir.

    “Qeyd etmək istəyirik ki, Analitik Ekspertiza Mərkəzinə heç bir vətəndaşdan standartlara uyğun olmayan şiprislərlə bağlı şikayət daxil olmayıb. Tövsiyə edilir ki, vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun qaynar xətt nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına (aem@pharma.az) yazaraq və ya AEM-in Bir Pəncərə xidmətinə yaxınlaşaraq şikayətlərini bildirsinlər. Hər bir şikayət dərhal araşdırılacaq”.