Month: November 2019

  • İlham Əliyev vətəndaşlar incidən məmurlardan danışdı: “Rüşvətxorluq halları baş verir” – VİDEO

    “Vətəndaşlara diqqət rayon icra hakimiyyətləri tərəfindən yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir. Onların problemlərinə reaksiya verilmir”.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.

    Dövlət başçısı bildirib ki, bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb olunur:

    “Rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır. Rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir. Vətəndaşlara maksimum diqqət göstərilməlidir. Rayon icra hakimiyyəti nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidir”.

  • Səhiyyə Nazirliyində yeni təyinat

    Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi vəzifəsinə təyinat olub.

    Nazirlikdən verilən məlumata görə, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

    Əmrə əsasən, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi təyin edilib.

  • Bakıda Avropaya viza rejiminin sadələşdirilməsi ilə bağlı VACİB İCLAS

    Noyabrın 6-da Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Avropa İttifaqı (Aİ) birgə komitəsinin növbəti iclası bu həftə keçiriləcək.

    Median.Az-ın “Report”a istinadla verdiyi məlumata görə, bu barədə mötəbər diplomatik mənbədən bildirilib.

    Xatırladaq ki, sentyabr ayında Azərbaycan və Aİ readmissiya üzrə birgə komitənin iclasını keçirib.

    Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan 2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin sammiti çərçivəsində viza rejiminin sadələşdirilməsinə dair müqavilə imzalayıb.

    2014-cü il fevralın 28-də isə Aİ və Azərbaycan readmissiya haqqında saziş imzalayıb.

  • “Fond pulu” tələb edən sinif rəhbəri cəzalandırıldı – AUDİO

    Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə şagirdlərdən vəsait toplanmasına dair daxil olmuş müraciət əsasında Təhsil Nazirliyi tərəfindən yerində araşdırma aparılıb.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, araşdırma zamanı müəyyən olunub ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımova tərəfindən məktəbdə nəzarətin zəif təşkil edilməsi, zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülməməsi səbəbindən 8 c sinif rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayeva peşə fəaliyyətini yerinə yetirərkən qaydaları pozub, “fond pulu” adı ilə sinif şagirdlərinin valideynlərinin hər birindən ayrı-ayrılıqda 20 manat pul tələb edib.

    Araşdırmanın nəticəsinə əsasən, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımovaya töhmət, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayevaya isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

    Qeyd edək ki, bu yaxınlarda daxil olmuş belə müraciətlər əsasında Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynova işdən azad edilmiş, Ağdam rayonu 89 nömrəli tam orta məktəbin direktoru Nərgiz Zeynalovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, Sumqayıt şəhəri 8 nömrəli tam orta məktəbin direktor müavini Nənəxanım Əliyeva tutduğu vəzifədən azad edilmişdir.

  • Rövnəq Abdullayev bu gəncləri yüksək vəzifəyə təyin etdi – RƏSMİ

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə yeni vəzifə verilib.

    O, şirkətin Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini təyin edilib.

    Xatırladaq ki, A.Əhmədzadə 1978-ci ildə Bakıda anadan olub.

    O, 2006-2007-ci illərdə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Nəqliyyat-Ekspedisiya şöbəsinin rəis müavini, 2007-2008-ci illərdə Ticarət əməliyyatlarında kommersiya risklərinin idarə edilməsi və Logistika şöbələrinin rəisi, 2008-2010-cu illərdə İxrac əməliyyatları departamentinin rəisi, 2010-ci ildən isə İdarənin rəisi vəzifələrində çalışb.

    A.Əhmədzadə Azərbaycanım neft sənayesinin inkişafındakı xidmətlərinə görə 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

    Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə rəhbərlik isə Adil Məmməd oğlu Vəliyevə həvalə edilib. A.Vəliyev 1980-ci ildə Bakıda anadan olub.

    O, Azərbaycan Dövlət Neft Akademiyasını “Neft və qaz emalı” üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, 2017-ci ildə isə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin “Master of Business Administration” (MBA) proqramını (“Neft-qaz biznesinin idarə olunması”) müvəffəqiyyətlə başa vurub.

    2003-cü ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində işləyir, 2010-cu ildən İdarənin İxrac əməliyyatları departamentinin rəis müavini vəzifəsində çalışıb.

  • В Кюрдамире “BMW” сбил насмерть пешехода

    Как сообщает Median.Az, 2-го ноября примерно в 20 часов на проспекте Г.Алиева автомобиль марки “BMW”, управляемый Н.Керимовым сбил насмерть жителя города Шахина Юсифова.

    В Кюрдамирском РОП ведется расследование.

  • Kürdəmirdə “BMW” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 2-i saat 20 radələrində H.Əliyev prospektində, N.Kərimov idarə etdiyi “BMW” markalı avtomobillə şəhər sakini Şahin Yusifovu vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Kürdəmir RPŞ-də araşdırma aparılır.

  • Bu nazirlikdə bəzi şöbələr ləğv edildi, yeni qurumlar yaradıldı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmrləri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Bakı Ərazi şöbəsi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradılıb.

    Nazirlikdən oxu.az-a bildirilib ki, DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi Fondun Səbail və Yasamal rayon şöbələrinin, DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə Xidmətin Səbail və Yasamal Məşğulluq Mərkəzlərinin bazasında təşkil edilib.

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanlarına uyğun olaraq, cari ilin may ayında Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi – DOST Agentliyi və Agentliyin 1 saylı DOST Mərkəzi fəaliyyətə başlayıb.

    1 saylı DOST Mərkəzində Bakının Səbail və Yasamal rayonlarının əhalisinə sosial müdafiə və sosial təminat, habelə məşğulluq, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi sahəsində xidmətlər göstərilir.

    Həmin rayonlar üzrə DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsinin və DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin yaradılması da qeyd edilən amil nəzərə alınmaqla, DSMF-nin və DMX-nin strukturunun optimallaşdırılması və yerli qurumların səmərəliliyinin artırılması məqsədinə xidmət edir.

    Bundan sonra Səbail və Yasamal rayonları üzrə sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta və fərdi uçot məqsədləri üçün uçotunu DSMF-nin Bakı şəhər idarəsi aparacaq.

    Bu rayonlar üzrə müvafiq kateqoriyadan olan vətəndaşlara sosial məişət xidmətlərinin göstərilməsini, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılmasını isə 1 saylı DOST mərkəzi yerinə yetirəcək.

    DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi isə DOST Mərkəzləri ilə əlaqəli fəaliyyət göstərərək, həmin Mərkəzlərdən daxil olan sənədlər əsasında sosial təminat növlərinin (pensiya, müavinət, Prezidentin aylıq təqaüdü və s.) təyini və ödənişi, bu məsələlərlə bağlı həmin Mərkəzlərdən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini, sosial müdafiə və təminat sahəsində digər tədbirləri görəcək.

    Həmçinin, Səbail və Yasamal rayonları üzrə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti üçün şəraitlərinin qiymətləndirilməsi işini və bu proqrama cəlb edilərək mal və materiallar formasında aktivlər verilmiş şəxslərin fəaliyyətlərinin monitorinqini 1 saylı DOST mərkəzi aparacaq.

    1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə DOST Mərkəzləri ilə əlaqəli fəaliyyət müstəvisində aktiv məşğulluq, habelə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili, DOST Mərkəzlərindən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini görəcək.

    Həmçinin, qeyri-leqal məşğulluğun aşkar edilməsi və qarşısının alınması sahəsində aidiyyəti orqanlarla fəaliyyət istiqamətlərinə uyğun birgə nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak edəcək.

  • У жителя Масаллы изъяли обрез

    Как сообщает Median.Az, сотрудники Масаллинского РОП в результате оперативно-розыскных мер задержали жителя поселка Эркиван, ранее судимого Я.Микяилова, у которого изъяли обрез марки “ИЖ-16”, 2 патрона и 1 штык-нож.

    Ведется расследование.

  • Masallı sakinindən tüfəng kəsiyi götürülüb

    Median.Az xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Mikayılovdan lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng, 2 ədəd patron və 1 ədəd süngü bıçağı götürülüb.

    Araşdırma aparılır.