Month: November 2019

  • Elza Seyidcahan nənə oldu: “Nəvəmə qudamın adını qoydum”

    Əməkdar artist Elza Seyidcahan yeni doğulan nəvəsi Akiflə “Show news” kamerası qarşısına keçib.

    Median.Az xəbər verir ki, müğənni xəstəxanada olarkən sualları cavablandırıb. O bildirib ki, nəvəsinə qudası Akifin adını qoyub:

    “Uzun illərdir oğlum Ələkbər evlənib. Biz onun övladının olmasını səbirsizliklə gözləyirdik. Uşaq gec gəldi, amma 7 aylıq doğuldu”.

  • “İçkili idim, dostumun sözünə aldandım” – Həbs olunduğuna sevinən məhkum – VİDEO

    Median.Az bildirir ki, ARB TV-nin “Rezonans” proqramında bu dəfə İran İslam Respublikasının vətəndaşı olan Məhərrəməli Qəvirpur öz həyat hekayəsini danışıb.

    Məhərrəmli Qəvirpur – Məhkum (13 il 6 ay): “Astara şəhərində doğulmuşam, İran vətəndaşıyam. İranda kran sürücüsü olmuşam. Dostumun sözünə aldanmışam, daha çox pul qazanmaq üçün dedilər gedək sərhəddə, gəldim, məni narkotik maddə ilə tutdular. 6 kq narkotik vasitə ilə sərhəd xidmətinin əməkdaşları məni yaxalayıb məhkəməyə verdilər.

    Dostum telefonla danışırdı, Azərbaycandan olan bir nəfərlə danışırdı ki, malı bizdən götürsün. Yolu tanımırdıq, çayı keçdik, dedilər ki, çayın digər tərəfində sizi gözləyirik. Çayı keçəndən sonra sərhəd xidmətinin əsgərləri ilə qarşılaşdıq və yaxalandıq. Çantamızda qarışıq mallar var idi, tiryək, kakos və s. Mənə 4 ay sanksiya tətbiq etdilər, sonra Lənkəran şəhər Ağır Cinayətlər Məhkəməsinə verildi işim. Orada 13 il yarım iş kəsildi.

    Həbs olunandan 3 ay sonra Kürdəxanıya gətirildik, oradan ailəmə zəng etdim, həbs olunduğumu bildirdim. Ailəm də məndən incidi ki, sən bu yolun yolçusu deyilsən, niyə belə bir iş görmüsən. Yanıma gəlmirlər, 15 gündən bir zəng edib danışıram.

    Həbs olunanda piyan idim. Qonaqlıqda idim, içmişdim. Dostum zəng etdi ki, gəl yoldaşlı gedək, mən də içkili vəziyətdə gəldim və yaxalandım. Hər bir insanın səhvi olur, mənim də səhvim məni yıxdı.

    Cəzaçəkmə müəssisəsində aşbaz işləyirəm. Menyuda nə varsa hər birini bişirirəm. Burada mənə də hörmətlə yanaşırlar. Hamımız azərbaycanlıyıq, hər zaman hörmətimi saxlayırlar, yeri gələndə dəstək olurlar mənə.

    Həbs olunmağıma həm də sevinirəm, sevinirəm ki, məni həbs etdilər 6 kq narkotik vasitə yaxalandı, yoxsa camaatın balaları zəhərlənərdi. Həm də pis oluram, pis oluram ki, belə bir çirkaba batmışam, 13 il yarım azadlığımı itirmişəm.

    Allah ömr versə, həbsxanada ölməsəm, sağ qalsam, azadlığa çıxıb nəvələrimin yanına gedəcəm. Ölkə başçısından, Ədliyyə nazirindən xahiş edirəm ki, bizi öz ölkəmizə ekstradisiya etsin, gedib cəzamızı öz ölkəmizdə çəkək. Mən törətdiyim əmələ görə də öz ailəmdən, yaxınlarımdan üzr istəyəcəm, səhv etmişəm, çox peşmanam, bağışlasınlar məni”.

  • 1 yaşlı körpəsini atıb gedən ana haqqında ərindən şok etiraflar: “Dedi ki, sevdiyim var, sağol” – VİDEO

    Space Tv-də Amil Xəlilin «Gəl dərdini danış» verilişində ötən gün inanılmaz anlar yaşanıb.

    1 yaşlı körpəsini ataraq evdən qaçan qadın haqqında ərini açıqlaması hər kəsi dəhşətə gətirib. Pərvinin sözlərinə görə əri sevdiyi oğlanla qaçıb. «Onun dalıca maşın gəlib. O, uşaqı evdə tək qoyaraq gedib. İndi hansı üzlə uşaq tələb edir. Gedirdi apara bilərdi. Gəldik evə, gördük uşaq tək qalıb otaqda. Belə anaya uşaq verilərmi?» deyə Rəqsanənin əri bildirib.

    Biraz sonra qarşı tərəfin açıqlamaları aranı birazda qarşdırıb. Görüntüləri təqdim edən Amil Xəlil qadının açıqlamalarına da münasibət bildirib.

    Həmin anları təqdim edirik.

  • Vəkillər Kollegiyası daha bir vəkilin fəaliyyətini dayandırdı

    Vəkillər Kollegiyasının qərarı ilə daha bir vəkilin fəaliyyəti dayandırılıb

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə kollegiyadan məlumat verilib.

    Məlumatda bildirilir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin noyabrın 27-də keçirilən iclasında vətəndaşdan daxil olmuş şikayətə əsasən vəkil Şəhla Hümbətova yol verdiyi qanun pozuntusuna, məhkəməyə saxta sübut təqdim etdiyinə və Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqını 6 aydan artıq müddətdə ödəmədiyinə görə vəkillik fəaliyyəti dayandırılmış və onun Kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub.

  • Gürcüstandan Azərbaycana gətirilən avtomobillərlə bağlı RƏSMİ MƏLUMAT

    Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 17 504 ədəd avtomobil ixrac edib.

    Median.Az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

    Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin ümumi dəyəri 187 903,5 min ABŞ dolları təşkil edib.

    Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın avtomobil ixracının ümumi həcmi 529 470,8 min dollar təşkil edib.

    Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixracında 35,48% paya sahib olub.

    Hesabat dövrü ərzində Gürcüstanın avtomobil ixracı illik müqayisədə 5,1% artaraq ümumi ixracın 7,2%-ni təşkil edib.

  • Əli Əhmədov: YAP-ın deputat siyahısında gənclərə önəm veriləcək

    Azərbaycanda parlamentin buraxılması ilk dəfədir ki, baş verəcək. Lakin burada qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur.

    Bunu YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov deyib.

    Ə.Əhmədov YAP-ın deputatlığa namizədlərinin daha çox gənclər olacağını da anons edib. O bildirib ki, Azərbaycanda vətənpərvər, ağıllı və savadlı gənclər yetişir.

    Onun sözlərinə görə, gələcəkdə YAP-ın deputat siyahısında gənclərə önəm veriləcək.

    Xatırladaq ki, YAP Siyasi Şurası növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Prezidentə müraciət edib.
    /oxu.az/

  • YAP Siyasi Şurasının təcili iclasından sonra mətbuat konfransı keçirilir – CANLI YAYIM

    Bu gün saat 11:00-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının təcili iclası keçirilib.

    İclasda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclasında Milli Məclisin buraxılmasına dair qərar qəbul olunub.

    Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.

    İclasdan sonra YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov mətbuat konfransı keçirir.

  • Azərbaycanda qadını çılpaq şəkilləri ilə hədələyib pulunu aldılar

    Hacıqabul şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş T.Qasımovun tanışı olan bir qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gəlib sonuncudan 300 manat pul alması barədə Rayon Polis Şöbəsinə daxil olmuş müraciətlə əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində T.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

  • В Дагестане обезвредили банду из 250 человек, причастную к убийствам и теракту

    Правоохранительные органы в Дагестане пресекли деятельность организованной преступной группы “Шараповские”.

    Как передаёт Median.Az, об этом “Интерфаксу” сообщили в Центре общественных связей (ЦОС) ФСБ.

    Там отметили, что в группировку входило более 250 человек, в том числе действующие на тот момент (2007-2015 годы) сотрудники МВД по Дагестану, адвокаты адвокатской палаты республики и члены террористического подполья.

    По данным ФСБ, участники банды причастны к совершению в 2007-2015 гг. в Дагестане и Москве серии убийств бизнесменов и сотрудников правоохранительных органов, похищениям людей, вымогательствам, грабежам и разбоям.

    Кроме того, выяснилось, что в 1998 году они устроили в Махачкале теракт, в результате которого погибли несколько десятков человек и более сотни были тяжело ранены.

    В ФСБ отметили, что основные организаторы и исполнители преступлений задержаны.

  • Rusiyada 250 nəfərlik terrorçu dəstə üzvləri tutuldu

    Dağıstanda hüquq-mühafizə orqanları “Şarapovskie” mütəşəkkil cinayətkar dəstəsinin üzvlərini saxlayıblar.

    “İnterfax”ın xəbərinə görə, 250-dən çox üzvü olan cinayətkar dəstə 1998-ci ildə Mahaçqalada bir neçə insanın ölümünə səbəb olan və yüzdən çox insanın ağır yaralanması ilə nəticələnən terror aktı törədib.

    2007-2015-ci illərdə isə onlar Dağıstanda və Moskvada iş adamlarını, hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürüb, insanları oğurlayıb, qəsbkarlıq və soyğunçuluq ediblər.

    Cinayətlərin əsas təşkilatçıları və günahkarları saxlanılıb.