Month: November 2019

  • Лейла Алиева встретилась с известным азербайджанским блогером – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева встретилась с известным блогером Гусейном Гасановым.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, Гусейн поделился фотографией с Лейлой Алиевой на своей странице в Instagram, сопроводив ее комментарием: “Рад был видеть, Лейла ханум”.

    На фотографии также запечатлены дети Л.Алиевой Микаил и Али, известный телеведущий Гаджи Нуран Гусейнов.

  • Leyla Əliyeva məşhur azərbaycanlı bloqerlə görüşdü – FOTO

    Rusiyada videobloqerlik fəaliyyəti ilə məşğul olaraq məşhurlaşan Hüseyn Həsənov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə məkanların birində görüşüb.

    Hüseyn şəxsi “Instagram” hesabında foto paylaşıb.

    Həsənov yayımladığı şəkilə “Sizi görmək xoş oldu, Leyla xanım” şərhini yazıb.

    Şəkillərdə L.Əliyevanın övladları Mikayıl ilə Əli və məşhur teleaparıcı Hacı Nuran Hüseynov da yer alıb.
    /oxu.az/

  • В Баку водитель после многочисленных нарушений совершил жуткое ДТП – ВИДЕО

    Жуткая авария в Баку попала на камеру видеонаблюдения.

    Как передаёт Median.Az со ссылкой на Avtosfer.az, водитель автомобиля Hyundai, остановившийся на красный свет, внезапно свернул направо, проехал между двумя машинами и, нарушив правила пересечения двойной сплошной линии, поехал против движения.

    Продолжая нарушать правила, водитель въехал на пешеходный переход на красный свет. В этот момент он столкнулся с другим автомобилем.

    В результате аварии пострадали оба водителя, автомобилям нанесен серьезный ущерб.

  • Bakıda qaydaları heçə sayan sürücü dəhşətli qəza törətdi – ANBAAN VİDEO

    Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb.

    “Hyundai” markalı avtomobilin sürücüsü işıqforda gözləyən zaman sağa manevr edərək, iki avtomobilin arasından keçib və qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb.

    Bununla da qayda pozmağa davam edən sürücü qırmızı işıqda yolayrıcına daxil olub. Bu zaman isə öz yolu ilə hərəkətdə olan digər avtomobillə toqquşub.

    Nəticədə dəhşətli qəza baş verib. Qəza nəticəsində sürücülər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.
    /avtosfer.az/

  • Минобороны назвало объем средств в Фонде помощи ВС Азербайджана

    Министерство обороны обнародовало объем средств, поступивших в Фонд помощи Вооруженным силам Азербайджана.

    Как говорится в сообщении министерства, на 1 ноября в фонде собраны средства в размере 104 млн 234 тыс. 547,81 маната, 213 тыс. 577,88 доллара США, 17 тыс. 566 евро и 5 тыс. российских рублей.

    Фонд помощи Вооруженным силам АР был создан указом Президента Азербайджана Ильхама Алиева от 17 августа 2002 года.

  • Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

    Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 1-dək 104.234.547,81 AZN, 213.577,88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait daxil olub.

    Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

    Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

    Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

  • В Апшеронском районе в связи с наркотиками задержаны 3 человека

    Как сообщает Median.Az, сотрудники Апшеронского РУП в результате проведенной операции задержали автомобиль марки “Great Wall”.

    При обыске у водителя, жителя г.Хырдалан Э.Алиева изъяли свыше 31 грамм метамфетамина, у пассажиров, жителей Ярдымлинского района М.Султанова и родственника, ранее судимого С.Султанова свыше 169 грамм героина.

    По факту возбуждено уголовное дело.

  • Abşeronda sürücü və sərnişinlərindən metamfetamin və heroin götürülüb

    Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhər sakini E.Əliyevin idarə etdiyi “Great Wall” markalı avtomobildən 31 qramdan artıq metamfetamin, habelə sərnişinləri, Yardımlı rayon sakinləri M.Sultanovdan və qohumu, əvvəllər məhkum olunmuş S.Sultanovdan 169 qramdan artıq heroin götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • В Минтруда произведено новое назначение

    Назначен новый начальник Государственной службы инспекции труда (ГСИТ) при Министерстве труда и социальной защиты населения Азербайджана.

    Как передаёт Median.Az со ссылкой на Report, согласно приказу министра труда и социальной защиты Сахиля Бабаева, на эту должность назначен Фуад Гейдаров.

    Ранее Ф.Гейдаров занимал должность заместителя начальника службы, а с июля этого года являлся врио главы ГСИТ.

    Отметим, что бывший начальник Государственной службы инспекции труда Эльман Джафаров был освобожден от занимаемой должности в июле этого года.

  • Daha bir nazirlikdə yüksək – TƏYİNAT

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin edilib.

    Report xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

    Əmrə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsi Fuad Heydərova həvalə olunub.

    F.Heydərov əvvəllər xidmət rəis müavini vəzifəsində işləyib. Bu ilin iyul ayından isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edib.

    Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin keçmiş rəisi Elman Cəfərov bu ilin iyul ayından vəzifəsindən azad edilib.