Month: November 2019

  • Депутатам от партии “Ени Азербайджан” порекомендовали выступить с инициативой роспуска парламента

    На экстренном заседании Политического совета партии “Ени Азербайджан” было принято решение о роспуске Милли Меджлиса.

    Как передаёт Median.Az, об этом сообщает Qafqazinfo.

    Данное решение было обосновано тем, что парламент не соответствует политике, проводимой в настоящее время главой государства, и отстает от реформ, осуществляемых в стране в последние месяцы.

    В ближайшие часы состоится заседание с участием депутатов от ПЕА.

    На завтрашнем заседании Милли Меджлиса большинство, представляющее правящую партию, поднимет этот вопрос. Будет принято обращение к главе государства о проведении внеочередных парламентских выборов.

  • YAP partiyanı təmsil edən deputatlara parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyə edib

    YAP-ın siyasi şurasının təcili iclasında sensasion qərar qəbul edilib.

    “Qafqazinfo” xəbər verir ki, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

    Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

    Yaxın saatlarda YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcək.

    Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq.

    Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

  • За последние две недели из Баварии депортировано 300 граждан Азербайджана

    За последние две недели из немецкой земли Бавария было депортировано 300 граждан Азербайджана.

    Как передаёт Median.Az со ссылкой на Report, двумя авиарейсами в Азербайджан были отправлены соотечественники, которым было отказано в предоставлении убежища, в отношении которых принято судебное решение, а также те, кто проживал в Германии нелегально и под чужим именем.

    Ночью сотрудники баварской полиции и миграционной службы доставили азербайджанцев в аэропорт Мюнхена для депортации. Большинство депортированных – это семьи, состоящие из 3-4 человек.

    Среди них были и те, кто добровольно отозвал свое заявление о предоставлении убежища и решил вернуться на родину. Этих лиц доставили в аэропорт в сопровождении сотрудников Международной организации по миграции.

    Напомним, начальник Государственной миграционной службы Азербайджана Вусал Гусейнов объявил о том, что в ближайшие дни ожидается возвращение в рамках реадмиссии еще 1 835 граждан Азербайджана, проживающих нелегально в Европе.

  • Son iki həftədə Bavariyadan 300 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib

    Son iki həftə ərzində Almaniyanın Bavariya əyalətindən deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 300-ə çatıb.

    Report xəbər verir ki, sözügedən əyalətdən iki təyyarə reysi ilə Azərbaycana göndərilənlər sığınacaq istəyi rədd edilənlər, barələrində məhkəmə qərarı olanlar, eyni zamanda, uzun illərdir Almaniyada qanunsuz və kimlik məlumatlarını düz təqdim etməyənlər olublar.

    Gecə saatlarında Bavariyada azərbaycanlıların mənzillərinə gedən polis və miqrasiya xidmətinin əməkdaşları deportasiya üçün onları Münhen hava limanına aparıblar.

    Deportasiya olunan azərbaycanlıların əksəriyyəti 3-4 nəfərlik ailələrdən ibarətdirlər.

    Onların arasında könüllü sığınacaq istəyini geri götürüb Azərbaycana qayıtmaq istəyənlər də olub. Həmin şəxslər Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) əməkdaşlarının müşayiəti ilə hava limanına gətiriliblər.

    Xatırladaq ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da yaxın günlərdə Avropada qanunsuz yaşayan daha 1385 nəfərin readmissiya ilə Azərbaycana qaytarılacağının anonsunu vermişdi.

  • На взяточника наденут электронный браслет

    В Сумгайытском апелляционном суде рассмотрены протест прокурора на приговор, вынесенный должностным лицам Эльнуру Гулиеву и Видади Эйвазову по обвинению в получении взятки и мошенничестве, и жалоба обвиняемого Э.Гулиева.

    На процессе под председательством судьи Мухаммедали Рзаева было объявлено решение.

    Приговор суда первой инстанции был изменен. Наказание в виде лишения свободы на три года было заменено на ограничение свободы сроком на один год с применением электронного браслета. Э.Гулиева освободили в зале суда.

    Недовольный приговором прокурор подал в Верховный суд кассационный протест, а обвиняемый – кассационную жалобу. Дело будет рассматриваться судьей Хафизом Насибовым. О дате заседания пока не сообщается.

    Как отмечалось в совместном сообщении пресс-служб Министерства труда и социальной защиты населения и Генеральной прокуратуры, в рамках проведенных оперативно-розыскных мероприятий в кабинете старшего консультанта сектора социальной помощи и пособий Сумгайытского отдела Государственного фонда социальной защиты Эльнура Гулиева были обнаружены и изъяты карты для получения социальных пособий на имена отдельных лиц и другие документы.

    В результате расследования появились обоснованные подозрения в том, что Э.Гулиев, пользуясь своим служебным положением, начислил пособия по возрасту в большем размере. Договорившись с получателями пособия, он обналичивал 600 манатов из начисленного на карту единовременного пособия в размере 1 800 манатов.

    Из этих денег Э.Гулиев забирал себе 300 манатов, а остальное отдавал заведующему сектором Видади Эйвазову, с которым вошел в сговор.

    В связи с этим в Главном управлении по борьбе с коррупцией при генпрокуроре было возбуждено уголовное дело по статье 311.3.1 (Получение взятки группой лиц по предварительному сговору) УК АР.

    Э.Гулиев и В.Эйвазов были обвинены по указанной статье на основании доказательств, собранных во время расследования уголовного дела, и арестованы решением суда.

    Бакинский суд по тяжким преступлениям приговорил Э.Гулиева к трем годам лишения свободы, а В.Эйвазова оправдал.

  • Nazirliyin rüşvətə görə həbs edilən əməkdaşına elektron qolbaq taxılması barədə qərar çıxarıldı

    Sumqayıt Apellyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rüşvət almaqda və dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri – Elnur Quliyev və Vidadi Eyvazovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayətinə baxılıb.

    Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara görə, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

    Belə ki, onun üç il müddətinə azadlıqdan məhrumedilmə cəzası üç il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ilə əvəz edilib. E.Quliyev məhkəmə zalından azadlığa buraxılıb.

    Hökmən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və E.Quliyev isə kassasiya şikayəti verib. Ali Məhkəmədə şikayət hakim Hafiz Nəsibovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə açıqlamaya əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər şöbəsinin sosial yardım və müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülüb.

    Aparılmış birgə araşdırmalarla E.Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib kart hesabına köçürülmüş 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri V.Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

    Cinayət işinin istintaqı gedişində toplanmış ilkin sübutlar əsasında E.Quliyev və V.Eyvazova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev üç il müddətinə azadlıqdan məhrum edilib. E.Eyvazova bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

  • Месси получит “Золотой мяч”

    Популярный портал Transfermarkt на странице нападающего “Барселоны” Лионеля Месси отредактировал награды аргентинца.

    По информации сайта, звезда каталонцев станет обладателем “Золотого мяча” в этом году. Голосование издания France Football, которое вручает премию, было завершено 9 ноября.

    Церемония награждения пройдет в Париже в понедельник, 2 декабря. Ранее стало известно, что делегация France Football посетила Барселону, чтобы записать интервью с Месси и сделать фотографии на обложку журнала, который выйдет во вторник, 3 декабря.

    Напомним, что Месси выигрывал “Золотой мяч” в 2009, 2010, 2011, 2012 и 2015 году.

  • “Qızıl top”u Messi alacaq

    2019-cu “Qızıl top” mükafatını Argentina millisinin və “Barselona”nın kapitanı Lionel Messi alacaq.

    “Transfermarkt” xəbər verir ki, mükafatla bağlı səsvermə noyabrın 9-da başa çatıb.

    Artıq portal argentinalının mükafatlarının yenilənmiş statistikasını da təqdim edib, siyahıda “Qızıl top” – 2019 mükafatı da göstərilib.

    “France Football” nəşrinin təşkil etdiyi mükafatlandırma mərasimi dekabrın 2-də Parisdə keçiriləcək.

  • Роухани сделал важное заявление по поводу Азербайджана

    Продолжается строительство инфраструктуры, необходимой для развития двусторонних экономических связей Ирана с Азербайджанской Республикой.

    Как передает Median.Az со ссылкой на иранские СМИ, об этом в ходе визита в провинцию Восточный Азербайджан сказал президент Ирана Хасан Роухани.

    По его словам, для формирования связей с соседними странами у провинции есть преимущества. Х.Роухани напомнил, что между Ираном и Евразийским экономическим союзом подписано соглашение, благодаря которому будет увеличиваться экспорт.

    Президент Ирана считает, что также будут расширяться связи страны с Азербайджаном и по этому вопросу были проведены переговоры.

    Кроме того, Х.Роухани коснулся проблемы загрязнения реки Араз. По его словам, иранская сторона затрагивала этот вопрос на встречах с представителями Армении.

    Президент ИРИ подчеркнул, что страна и дальше будет уделять этой сфере серьезное внимание.

    “По этому поводу у нас есть соглашение с Арменией”, – добавил он.

  • Ruhanidən Azərbaycanla bağlı mühüm – MESAJ

    İranla Azərbaycan Respublikasının ikitərəfli iqtisadi əlaqələrinin inkişafı üçün lazımi infrastrukturun inşası davam etdirilir.

    Median.Az İran KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Həsən Ruhani Şərqi Azərbaycan vilayətinə səfəri zamanı çıxış edərkən deyib.

    O bildirib ki, vilayətin qonşu ölkələrlə əlaqə qurması üçün üstünlükləri mövcuddur. H.Ruhani söyləyib ki, İran Avrasiya İqtisadi İttifaqı ilə ticarət sazişi imzalayıb və bu, ixracı daha da inkişaf etdirəcək.

    İran Prezidentinin fikrincə, ölkəsinin Azərbaycanla da əlaqələri inkişaf edəcək. O, bununla bağlı danışıqlar aparıldığını deyib.

    H.Ruhani Araz çayının çirkləndirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, İran tərəfi Ermənistan rəsmiləri ilə görüşlərdə bu məsələni qaldırıb.

    H.Ruhani bildirib ki, İran bu məsələni gələcəkdə ciddi şəkildə diqqətdə saxlayacaq.

    “Bizim bununla bağlı Ermənistanla razılaşmamız var”, – deyə H.Ruhani əlavə edib.