Month: December 2019

  • Nərimanovda qadını və 2 uşağını vurub, qaçan sürücü tutulub

    Median.Az xəbər verir ki, noyabrın 24-ü saat 22 radələrində M.Nərimanov küçəsində, müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakinləri E.Məmmədova, 5 yaşlı qızı və 4 yaşlı oğlu vurulub.

    Nəticədə zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

    Nərimanov RPİ 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “VAZ-2106” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Quliyev müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Завтра в Азербайджане будет до 13 градусов тепла

    В Баку и на Абшеронском полуострове 12 декабря будет преобладать переменная облачность, временами пасмурно, преимущественно без осадков. Ветер юго-восточный.

    Об этом говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшероне составит ночью 5-8, днем – 9-11, в Баку ночью – 5-7, днем – 9-11 градусов тепла.

    Атмосферное давление будет выше нормы – 766 мм ртутного столба, относительная влажность составит 70-80%.

    В районах Азербайджана будет в основном без осадков. Однако в Лянкяран-Астаринской зоне ожидаются дожди. В отдельных местах туман. Ветер западный.

    Температура воздуха составит ночью 2-7, днем – 8-13 градусов тепла, в горах ночью – 3 градуса мороза – 2 градуса тепла, днем – 3-7 градусов тепла.

    Согласно медико-метеорологическому прогнозу, 12 декабря на Абшеронском полуострове ожидается температурный режим, близкий к климатической норме, что благоприятно для метеозависимых людей.

  • Sabahın havası: 13 dərəcə isti olacaq

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında dekabrın 12-də əksər rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 12-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • В Азербайджане создадут лаборатории для проверки качества шприцев

    В будущем году в Азербайджане начнется процесс проверки физических параметров одноразовых шприцев.

    Об этом журналистам заявил заместитель министра здравоохранения Эльсевер Агаев.

    По его словам, как и в случае со всеми медпрепаратами, Министерством здравоохранения установлены стандарты стерильности медицинских инструментов.

    “Утвержден стандарт производства шприцев в Азербайджане. Некоторые структуры и неправительственные организации указывают, что отсутствует запрет на трехкомпонентные шприцы. Такие шприцы используются во всем мире. Поэтому неправильно вводить население в заблуждение утверждениями по поводу подделок трехкомпонентных шприцев. Производимые в Азербайджане шприцы в соответствии с современными требованиями являются двухкомпонентными. В Азербайджане стандарты таких шприцев утверждены соответствующим институтом”, – отметил Э.Агаев.

    Замминистра сказал, что дано поручение подведомственным Минздраву структурам, которые контролируют импортируемые в страну шприцы. В ходе проверок в аптеках берутся образцы (шприцев) и их стерильность еще раз проверяется в лабораториях Минздрава.

    “Кроме того, проверяются и физические параметры шприцев. В следующем году для этого в Центре аналитической экспертизы Минздрава будут созданы лаборатории. Будет проверяться также качество наконечников и полиэтилена (из которого сделаны шприцы)”, – сказал Э.Агаев.

  • Azərbaycanda şprislərin parametrləri yoxlanılacaq – Laboratoriyalar quraşdırılacaq

    Növbəti ildən Azərbaycanda şprislərin fiziki parametrlərinin yoxlanılması prosesi başlanılacaq.

    Bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

    Onun sözlərinə görə, bütün dərman preparatlarında olduğu kimi, tibb vasitələrində sterilliyi olmayan tibb vasitələrinin Səhiyyə Nazirliyi tərəfindən sterilliyi yoxlanılıb və bunun standartları müəyyənləşib:

    “Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib. Bəzi qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən vurğulanır ki, üç hissəli şprislərlə bağlı qadağa yoxdur. Bu cür şprislər bütün dünyada istifadə olunur.

    Buna görə də üç hissəli şprislərin saxta olması iddiası ilə bağlı əhalini yanlış yola yönəltmək düzgün deyil. Azərbaycanda istehsal olunan şprislər müasir tələblərə görə iki hissəlidir. Bu şprislərin standartları Azərbaycanın müvafiq institutu tərəfindən təsdiq olunub”.

    “Biz Azərbaycana idxal olunan şprislərlə bağlı öz qurumlarımıza tapşırıq vermişik. Apteklərdə yoxlamalar aparılan zaman onlardan nümunələr götürülür və sterilliyi Səhiyyə Nazirliyinin laboratoriyaları tərəfindən bir daha yoxlanılır.

    Bundan sonra şprislərin fiziki parametrləri də yoxlanılacaq. Gələn ildən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində bununla bağlı laboratoriyalar quraşdırılacaq. Bu şprislərin ucluqları və polietilen keyfiyyəti yoxlanılacaq”, – deyə nazir müavini qeyd edib.

  • Движение на ряде дорог Баку будет ограничено – СПИСОК

    12 декабря в связи с мероприятиями, связанными с 16-й годовщиной кончины Общенационального лидера Гейдара Алиева, движение на ряде автомобильных дорог в Баку будет ограничено.

    Как заявил oxu.az начальник отдела Главного управления Государственной дорожной полиции полковник полиции Вагиф Асадов, с целью обеспечения безопасности граждан, которые примут участие в церемонии поминовения Гейдара Алиева, 12 декабря с 08:00 до завершения мероприятия движение транспортных средств по Парламентскому проспекту в направлении Аллеи Почетного захоронения будет полностью перекрыто.

    “Будет ограничено движение транспорта на пересечении улицы Микаила Мушфига с проспектом Гусейна Джавида, круга Микаила Мушфига с проспектом Метбуат, на улице Мехти Гусейна, 1, то есть, возле здания Телетеатра, а также за зданием Милли Меджлиса, по направлению к Парламентскому проспекту, то есть, на улицах Аббасгулу Аббасзаде, Иззета Набиева и Национального героя Шовгияра Абдуллаева. В частности, направление движения транспортных средств будет изменено.

    Водителям рекомендуется по возможности не использовать личный транспорт, а также пользоваться альтернативными дорогами, посетителям могилы Общенационального лидера – использовать общественный транспорт”, – сказал В.Асадов.

  • Bu yollarda hərəkət məhdudlaşdırılacaq – SİYAHI

    Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı keçiriləcək tədbirlərlə əlaqədar olaraq Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq:

    “Belə ki, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından, Parlament prospekti istiqamətində, yəni Abbasqulu Abbaszadə, İzzət Nəbiyev və Milli Qəhrəman Şövqiyar Abdullayev adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək”.

    “Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Həmçinin, mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək tövsiyə olunur.

    Ulu Öndərin məzarını ziyarətə gələnlərdən də, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur”, – deyə V.Əsədov qeyd edib.

  • Ильхам Алиев принял главного исполнительного директора группы компаний BP – ФОТО

    11 декабря Президент Азербайджанской Республики Ильхам Алиев принял главного исполнительного директора группы компаний BP Роберта Дадли.

    Об этом сообщает АЗЕРТАДЖ.


  • İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul etdi – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də BP qrupunun baş icraçı direktoru Robert Dadlini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Robert Dadli deyib:

    “Cənab Prezident, bizə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirəm”.

    Prezident İlham Əliyev deyib:

    “Sizi yenidən görməyə şadam. Azərbaycana yenidən xoş gəlmisiniz. Mənə məlumat verilib ki, siz gələn il vəzifənizi tərk edəcəyinizlə bağlı açıqlama vermisiniz. Bu imkandan istifadə edərək Azərbaycanda biznesin inkişafına verdiyiniz töhfəyə görə sizə minnətdarlığımı bildirmək istərdim. Biz sizinlə bir neçə dəfə birgə layihələrimiz barədə müzakirələr aparmışıq və bildiyimə görə, BP-nin prioritetləri siyahısında bu layihələr ən yüksək mövqedədir. Bilirsiniz ki, BP ilə əməkdaşlığımız strateji əhəmiyyətə malikdir. Mən dəfələrlə ictimai qaydada bu barədə açıqlamalar vermişəm. Çox şadam və fəxr edirəm ki, bu 25 illik tərəfdaşlıq eyni məqsədi olan və bu məqsədlərə çatmaq üçün səmərəli addımlar atmış dostların tərəfdaşlığı olub. Bu, çox vacibdir. Bəzən məqsədlər müəyyənləşdirilir, lakin onlara necə çatmaq aydın olmur. Bizim nümunəmizdə 1990-cı illərin əvvəllərinin çox çətin geosiyasi vəziyyətində birlikdə tarixi layihələri həyata keçirə bildik. Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun inkişafı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və bu yaxınlarda tamamlanan TANAP. Bu layihələrin hər birinin Azərbaycan üçün tarixi əhəmiyyəti var. Azərbaycanın bugünkü sürətli inkişafı bizim enerji sektorundan əldə etdiyimiz gəlirlər olmadan mümkün olmazdı. Bütün bu illər ərzində biz həqiqətən də tərəfdaşlar kimi çalışdıq, bir-birimizi dəstəklədik, bir-birimizin problemlərinə anlayış göstərdik. Düşünürəm ki, bu, dünyada nadir bir təcrübədir. Hazırda biz bütün vacib layihələrin tamamlanmasına yaxınıq. Mən TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirakımdan şadam. İndi tamamlanmasına yaxın olduğumuz TAP-ın üzərində işləməyimiz lazımdır, – 90 faizi artıq tamamlanıb, – həmçinin BP-nin digər layihələri. Çünki bizim əməkdaşlığımız davam edəcək. “Azəri-Çıraq-Günəşli”nin işlənilməsinin 2050-ci ilə qədər uzadılmasından sonra biz əlavə olaraq aktiv 30 il və daha çox əməkdaşlıq edəcəyik. Beləliklə, bu, indikindən daha da strateji olacaq.

    Cənab prezident, bir daha sizə şəxsən verdiyiniz töhfələrə, tərəfdaşlığınıza görə minnətdarlığımı bildirmək istərdim. Sizə uğurlar arzulayıram və əziz qonağımız kimi gələcəkdə sizi daha çox görməyə ümid edirəm”.

    Robert Dadli deyib:

    “Təşəkkür edirəm, cənab Prezident. Bu, Azərbaycanın enerji tarixində çox mühüm hadisədir. Demək istəyirəm ki, onlardan biridir. Sizin uzaqgörən atanız və Siz bunun əsasını qoyarkən bir neçə ölkəni mürəkkəb regionda bir araya gətirdiniz. Yüksək texnologiyalar neft sektoru ilə yanaşı, təbii qaz sektoruna da cəlb edildi və irəlidə hələ də daha çox kəşfiyyat işləri və layihələr var. Fikrimcə, bunlar bir neçə ölkənin sərhədlərini aşmaqla dünyanın ən mürəkkəb layihələridir. Təsəvvür etsək ki, Yer kürəsinin elə bir yeri yoxdur ki, misal üçün, Azərbaycandan Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyaya gedən boru kəmərinin ekvivalentini orada tapmaq olsun. Məncə, Azərbaycandan başqa heç bir ölkə bunu edə bilməzdi. Bu illər ərzində bütün bu ən mürəkkəb ideyaların reallığa çevrilməyini görmək baxımından Sizinlə və Sizin komanda ilə – Rövnəq və Elşadla birgə işləmək şəxsən mənim üçün çox xoş oldu. Bu, möhtəşəmdir. BP-dəki insanların uzun illər boyunca əzmkarlığı çox diqqətəlayiqdir. Cənab Prezident, mən çox məmnunam – BP-də 40 illik fəaliyyətimdən, 10 ilə yaxın baş icraçı direktor olmağımdan və indi də estafeti rahat şəkildə Bernard Luniyə təhvil verməyimdən məmnunam. Bernard çox yaxşı işləyəcək və Azərbaycandakı işlərimizə eyni dərəcədə bağlıdır”.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də BP qrupunun baş icraçı direktoru Robert Dadlini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.


  • Предприниматели из сгоревшего EuroHome заблокировали дорогу – ВИДЕО

    Владельцы магазинов на рынке строительных материалов EuroHome, где 10 декабря произошел сильный пожар, заблокировали дорогу.

    Как передаёт Median.Az со ссылкой на Qaynarinfo, предприниматели требуют выплаты компенсации за понесенные ими убытки.

    Владелец одного из сгоревших магазинов заявил, что его убытки составляют более 100 тыс. манатов и торговая деятельность полностью прекратилась.

    Отметим, что вчера на рынке стройматериалов EuroHome, расположенном на территории Бинагадинского района Баку, вспыхнул пожар. Огонь уничтожил большинство магазинов вместе с товарами.