Month: December 2019

  • Azərbaycanlının apardığı inəklər Rusiyaya buraxılmayıb

    Azərbaycanlının Belarusdan apardığı inəklər Rusiyaya buraxılmayıb.

    Rusiya Daxili İşlər Nazirliyinin yol polisi əməkdaşları Belarusdan gələn nəqliyyat vasitəsini rəsmi baytarlıq nəzarət postunu keçərkən saxlayıblar.

    Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını yoxlama məntəqəsinə gətirilib və kənd təsərrüfatı məhsullarına nəzarət edən idarənin mütəxəssislərinə təhvil verilib.

    Yoxlama zamanı mal-qaranın mənşəyi və kliniki sağlamlığını təsdiq edən baytarlıq sənədləri, habelə Belarusdan çıxışa icazə sənədinin olmadığı aşkar olunub.

    Möcvud sənədlər inəklərin yalnız Belarus Respublikasının Moqilevski vilayəti daxilində daşınması üçün nəzərdə tutub.

    Həmçinin, avtomobildə olan heyvanların sayı sənəddə göstəriləndən çox olub və inəklər barədə məlumatları müəyyənləşdirməyə imkan verən “birka”lar da olmayıb.

    Bu səbəbdən mal-qara Belarusa qaytarılıb və azərbaycanlı sürücü inzibati məsuliyyətə cəlb olunub.

  • Азербайджанский тяжелоатлет бьет рекорд Европы

    В Эйлате (Израиль) продолжается первенство Европы по тяжелой атлетике среди юниоров до 15 и 17 лет, сообщает azerisport.com.

    В очередной день турнира на помост вышел еще один спортсмен из Азербайджана – Нурлан Мамедзаде, который выступал среди 15-летних.

    Мамедзаде в сумме двоеборья поднял 260 кг (115 кг + 145 кг), заняв второе место. Вместе с тем, он стал первым в толчке, подняв 145 кг. Это также рекорд Европы.

    Таким образом, в копилке сборной Азербайджана уже шесть наград (2-2-2).

  • В Баку мужчина избил водителя и разбил стекло пассажирского автобуса

    В Баку мужчина совершил нападение на пассажирский автобус, избил водителя и разбил стекло транспортного средства.

    Как передаёт Median.Az со ссылкой на Report, инцидент зафиксирован на проспекте Зии Буниятова в Наримановском районе.

    Согласно информации, на дороге возник конфликт между водителем Mercedes и водителем следовавшего по маршрутной линии №199 автобуса Daewoo, принадлежащего перевозчику Xaliq Faiqoglu.

    В ходе конфликта водитель автомобиля Mercedes избил водителя и ногой выбил стекло автобуса.

    Ведутся поиски виновного в инциденте водителя.

  • Bu tarixdən bütün pensiyalar 13-14% artacaq – RƏSMİ

    Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq.

    Median.Az xəbər verir ki, bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

    Onun sözlərinə görə, bu artımın 13-14 faizə yaxın olacağı gözlənilir: “Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər – təxminən 13-14 faizə yaxın artırılacaq. Bu, bütün pensiyalara, o cümlədən minimum pensiayalara şamil olunacaq”.

    A.Kərimov əlavə edib ki, artımdan sonra minimal pensiyaların məbləğinin 230 manata çatacağı gözlənilir:

    “Artıq minimum pensiyaların məbləğini təqribən 72 faiz artıraraq 200 manata çatdırmışıq. Biz gözləyirik ki, indeksləşdirilmə nəticəsində baş verəcək artımdan sonra pensiyaların minimal məbləği 230 manata yaxın olacaq. Prezident İlham Əliyevin də tapşırığı var ki, əhalinin sosial təminatı gücləndirilməli, sosial rifah yaxşılaşdırılmalıdır. Buna görə də hazırda pensiyaların minimal məbləğinin artırılması nəzərdən keçirilir”.

  • Elmira Süleymanovaya yeni vəzifə verildi

    Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb.

    “Report”un əldə etdiyi məlumata görə, indiyədək E.Süleymanova AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yarımştat baş elmi işçi vəzifəsində çalışıb.

    Belə ki, Ombudsman kimi səlahiyyət müddəti başa çatdıqdan sonra o, Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi kimi işə götürülüb.

    Neft-Kimya Prosesləri İnstitutundan “Report”a fakt təsdiqlənib.

    Qeyd edək ki, E.Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1967-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə elmlər doktoru elmi dərəcələri alıb, 1982-ci ildə isə professor seçilib.

    1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. Neft-kimya sintezi və incə üzvi sintez üzrə mütəxəssisdir. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.

    E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın Ombudsmanı olub.

  • Aprel şəhidinin anası: “Sevinirəm ki, oğlum arxadan yox, sinəsindən vurulub” – VİDEOMÜSAHİBƏ

    Azxeber.com-un “Şəhidlər ölməz” rubrikası aprel döyüşlərində qəhrəmancasına şəhid olan 23 yaşlı Rəşad Niftalıyevə həsr edilib.

    Azxeber.com əməkdaşları şəhidimizin ailəsinə baş çəkib.

    Əslən Zəngilan rayonundan olan Rəşad Niftalıyevin anası Fərqanə Abdullayeva şəhidin həyatı ilə bağlı oxucularımıza geniş məlumat verib.

    Qeyd edək ki, Rəşad Şakir oğlu Niftalıyev 19 avqust 1993-cu ildə Zəngilan rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Rəşad 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

    Həmin videoreportajı təqdim edirik:

  • Azyaşlılara işgəncə verdiyi deyilən ögey ana efirə gəldi və… – VİDEO

    Azərbaycanda anaları vəfat etmiş iki azyaşlı qardaşın ögey ana və atası tərəfindən işgəncələrə məruz qalması ictimaiyyətin qəzəbinə səbəb olub. Məsələ ilə artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, adıçəkilən ögey ana və doğma ata dünən “Səni axtarıram” proqramına gələrək onlara qarşı olan bütün ittihamları rədd edib.

    Ata Xəqani Kazımov və həyat yoldaşı Nuranə, yəni ögey ana uşaqlara qarşı şiddət göstərmədiklərini bildirib. Hər ikisi qarşı tərəfi – ana babanı və xalanı böhtan atmaqda günahlandırıb.

    Xəqani söhbət əsnasında Nuranənin 4 aylıq hamilə olduğunu bildirib. Onlar 3 ildir evlidirlər.

    Qeyd edək ki, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Ögey ana uşaqlara müxtəlif işgəncələr verib. Hər iki uşağın bədənində müxtəlif dərəcəli xəsarətləri əks etdirən görüntülər mövcuddur. Uşaqlar hazırda ana babasının yanındadırlar. Onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib.

  • “EuroHome”də malları yanan sahibkar: Bazarın 95 faizi yararsız hala düşüb

    80 min manat dəyərində mallar yanıb-kül oldu. Heç yarısını da xilas edə bilmədim.

    Bu sözləri bu gün “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğında malları yanan sahibkar Əhmədov Pərviz Fərmail oğlu deyib.

    O bildirib ki, yanğın səhər saat 07:30-da başlayıb:

    “Səhər yanğın başladığını eşitdik. Hamı öz malını xilas etməyə çalışırdı. Mənim 108 kvadratmetrlik mağazam və qarşısında mallar yığdığım 54 kvadratmetrlik həyət yanıb. Mallarım da məhv oldu. Yanğın birinci cərgələrdə kafel-metlax satılan dükandan başlayıb. Qısa zamanda külək yanğının bütün bazara yayılmasına səbəb olub”.

    Sahibkar deyir ki, onunla bərabər, 150-dən çox dükan yanıb:

    “Bazarın əsas hissəsi, mərkəzinin 95 faizə yaxın hissəsi yanıb, yararsız hala düşüb. Mağazaların çoxunun sığortası yoxdur. Amma mənim sığortam var. Hələ bilmirəm nə olacaq. Əsas yanan rezin turbalar, borular idi. Onları söndürmək çətin olduğu üçün yanğın daha geniş əraziyə yayıldı”.

  • Bakıda avtobusa hücum: Sürücü döyüldü, nəqliyyat vasitəsinin şüşəsi sındırıldı

    Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb.

    Report xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

    Məlumata görə, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübahisə baş verib.

    Hadisə vaxtı “Mercedes-Benz”in sürücüsü avtobusun sürücüsünü döyüb, şüşəsini təpiklə sındırıb.

    Hadisəni törədən naməlum sürücü axtarılır.

  • В Сумгайыте дорога просела в четвертый раз – ВИДЕО

    В Сумгайыте просела дорога.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, случай был зафиксирован на улице Кямрана Гусейнова, на территории под названием “Дежурный”.

    В целях безопасности дорогу перекрыли, пешеходов предупредили о необходимости соблюдать осторожность.

    Отметим, что дорога на этой улице проседает уже в четвертый раз. Предыдущий случай произошел в нескольких метрах от нынешнего места. На дороге несколько раз велись ремонтно-восстановительные работы, но, как видно, это не помогает.