Month: December 2019

  • Dekabrın 9-na manatın məzənnəsi

    Dekabrın 9-na manatın məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 09.12.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2019-cu il dekabrın 6-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib

  • Yurçeviç millimizin baş məşqçi postundan bu tarixdə istefaya göndərilə bilər

    AFFA-nın İcraiyyə Komitəsinin ilin son iclasının vaxtı bilinib.

    Saat 10:00-da başlayacaq iclasın gündəliyinə 13 məsələ daxil olunub:

    1. Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105×68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat;

    2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə;

    3. Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin Avro-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı;

    4. Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat;

    5. “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi;

    6. Avro-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat;

    7. AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması;

    8. “Azərbaycan Futbolunun Etik Kodeks”inin hazırlanmasının müzakirəsi;

    9. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi;

    10. “Elit Məşq” kitabı ilə bağlı məlumat;

    11. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması;

    12. “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə;

    13. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi.

    Qeyd edək ki, bu iclasdan sonra seçmə mərhələdə uğursuz çıxış etmiş millimizin baş məşqçisi Nikola Yurçeviçlə yolların ayrılacağı gözlənilir.

  • Bakıda “erməni” dilində danışanların kimliyi məlum oldu – VİDEO

    2019-cu ilin noyabr ayının 2-də sosial şəbəkələrdə Bakının Səbail rayonu, Dənizkənarı bulvar ərazisi boyunca guya milliyətcə erməni olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışması, qeyri-etik ifadələr işlətmələri ilə bağlı videogörüntü yayılıb.

    “Ermənilər Bakıda” başlığı ilə paylaşılan video geniş müzakirələrə səbəb olub.

    Araşdırma nəticəsində məlum olub ki, videodakı şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Onlar toy mərasimində iştirak etmək üçün Bakıya gəliblər. Sözügedən videogörüntülər həmin ərəfədə lentə alınaraq paylaşılıb.

  • UFC Həbiblə Konorun revanş görüşünü təşkil edə bilər

    UFC prezidenti Deyn Uayt Konor Makqreqorla Həbib Nurməhəmmədov arasında təkrar görüş keçirilməsinə etiraz etmir.

    Həbiblə Konor arasındakı məşhur döyüşdən bir ildən çox vaxt keçsə də, hələ də bu mövzuda mübahisələr davam etməkdədir. O vaxtdan Həbib çempionluq titulunu qorumaq üçün Puarye ilə görüşüb qalib gəlsə də, bu döyüş elə də gündəmdə qalmadı. İndi təşkilatçılar Həbiblə Konor arasında revanş görüşün keçirilməsi haqqında ciddi düşünürlər. Lakin bunun üçün bir neçə şərt var.

    UFC prezidenti “Rich Eisen Show” proqramında bu şərtləri açıqlayıb:

    “Əvvəlcə Konor Kovboya qalib gəlməlidir – bu çox çətin olacaq, xüsusilə orta çəkidə. Bir də Həbib Toni Ferqyusonu məğlub etməlidir. Əgər hər iki döyüşçü qalib gəlsə, biz onların revanşını təşkil edə bilərik”.

    Qeyd edək ki, Makqreqor növbəti döyüşünü gələn ilin 18 yanvarında Las-Veqasda, Həbib isə 18 apreldə keçirəcək.

  • Воспитатель избил ребенка с аутизмом – ВИДЕО

    Распространились кадры, сделанные в турецком городе Стамбул, на которых воспитатель избивает ребенка с аутизмом.

    Родители девятилетней Б.О., страдающей аутизмом, наняли для нее воспитателя по имени Угур Д.

    По информации турецких СМИ, воспитатель избил ребенка в раздевалке спортивного клуба.

    Действия воспитателя были зафиксированы камерой видеонаблюдения. Сотрудники клуба сообщили об этом родителям.

    Воспитателя задержали, ему грозит до года и шести месяцев лишения свободы.

  • Fərdi təlimçi azyaşlı autizmli uşağı döydü – VİDEO

    Türkiyənin İstanbul şəhərində fərdi təlimçinin autizmli azyaşlı tələbəsini döydüyü görüntülər yayılıb.

    Doqquz yaşlı B.Ö.-nün valideynləri autizm xəstəsi olan övladlarının müalicəsinə və təhsilinə kömək üçün Uğur D. adlı fərdi təlimçi tutublar.

    DHA-nın xəbərinə görə, təlimçi Bostançı ərazisində idman klubunun soyunma zalında azyaşlını döyüb.

    Onun bu hərəkətini nəzarət kameralarından izləyən klub nəzarətçiləri azyaşlının ailəsinə xəbər veriblər.

    Ailənin tələbi ilə Baş Prokurorluq şübhəli haqqında məhkəmədə iddia qaldırıb.

    Cinayət məcəlləsinə görə, o, bir il altı ay müddətinə azadlıqdan məhrum oluna bilər.

  • Xaçmazda iki avtomobil toqquşub, ölənlər var

    Xaçmaz rayonunda iki avtomobil toqquşub, ölənlər var.

    Hadisə Xaçmaz rayonunun Çarxı kəndi ərazisində baş verib. Gəndob-Yalama yolunda hərəkətdə olan yük avtomobili ilə minik maşını toqquşub. Qəza 2 nəfərim ölümü ilə nəticələnib.

    Dünyasını dəyişənlərin minik avtomobilinin sürcüsü və sərnişini olduğu bildirilir.

    Fakt araşdırılır.

  • Putinlə Zelenskinin təkbətək görüşü baş tutacaq

    Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski ilə “Normand dördlüyü” ölkələrinin Parisdə baş tutacaq samitində görüşmək niyyətindədir.

    TASS agentliyi xəbər verir ki, məlumatı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov verib.

    Öz açıqlamasında D.Peskov Vladimir Putunin “Normand dördlüyü” sammitinə yüksək əhval-ruhiyyədə yollanacağını bildirib.

    “Vladimir Putinin Fransa Prezidenti Emanuel Makron, Almaniya Kansleri Angela Merkel və Ukrayna dövlət başçısı Vladimir Zelinski ilə təkbətək görüşü nəzərdə tutulub”, – Dmitri Peskov qeyd edib.

  • Yeltsinin SSRİ-ni dağıtmaq üçün ilk cəhdinin təfərrüatları ortaya çıxıb

    Rusiyanın ilk Prezidenti Boris Yeltsin birinci dəfə 1991-ci ilin yazında SSRİ-ni dağıtmağa cəhd edib. Bu barədə “Komsomolskaya pravda”ya müsahibəsində Rusiya Sovet Federal Sosialist Respublikası Ali Şurasının sabiq spikeri Serqey Baburin bəyan edib.

    Onun sözlərinə görə, Yeltsin ilk dəfə belə bir təkliflə Moskvada keçirilən rəsmi iclasın fasiləsində çıxış edib. Lakin o vaxt nə Qazaxıstan SSR-nin Prezidenti olan Nursultan Nazarbayev, nə Belorusiya SSR Ali Şurasının sədri Nikolay Dementey siyasətçinin bu fikrini dəstəkləməyiblər.

    “Bir az tərəddüdlə onları (Ukrayna SSR Ali Şurasının sədri Leonid) Kravçuk dəstəklədi! Yeltsin də söhbəti fırlatdı ki, “oy, mən zarafat edirdim”. Ancaq elə həmin o cəhdinə görə onu həbs eləmək lazım idi”, – deyə Baburin söhbətin təfərrüatlarını açıqlayıb.

    O, əlavə edib ki, SSRİ Prezidenti Mixail Qorbaçov bu söhbətdən xəbərdar olsa da, heç bir tədbir görməyib.

    “Həmin vaxt bilməsə də, çox tezliklə bunu öyrəndi… Lakin fakt budur ki, hər zaman fəlakət astanasında olanda Yeltsinin köməyinə məhz o gəlirdi”, – deyə Baburin aydınlıq gətirib.

    Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi (MDB) 8 dekabr 1991-ci ildə yaranıb. Həmin tarixdə Belarusun Brest şəhəri yaxınlığındakı “Belovejskaya Puşşa” qoruğundakı “Viskuli” hökumət iqamətgahında bir araya gələn Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” bəyanat imzalayıblar.

    Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli İttifaq müqaviləsinə xitam verilib. Beləcə, Sovet İttifaqı yaranmasının 69-cu ildönümünə üç həftə qalmış süqut etdi.

  • Сотрудники SOCAR посадили 100 тысяч деревьев

    “Инициатива о посадке за день 650 000 деревьев по случаю 650-летия Насими была демонстрацией солидарности между азербайджанцами. Хотя цель заключалась в посадке 650 000 деревьев, было посажено значительно больше саженцев, что очень отрадно”.

    Как передает Report, об этом заявил замминистра экологии и природных ресурсов Фирдовси Алиев.

    По его словам, на акции по посадке деревьев в более чем 80-ти районах было посажено 37 видов деревьев:

    “Сотрудники SOCAR посадили 100 000 деревьев. Даже на остров Чилов для посадки было отправлено 12 000 деревьев. Посадка за день 650 000 деревьев является инициативой, служащей как нынешнему, так и будущему поколениям. Розданные по регионам саженцы были отобраны в соответствии с климатическими условиями. Главное, чтобы за ними был постоянный уход”.

    Отметим, что посадка за день 650 000 деревьев окажет положительное влияние на дальнейшее озеленение территории нашей страны, сокращение воздействия глобальных климатических изменений.