Month: December 2019

  • Bu marşrutun hərəkət istiqaməti dəyişdirildi

    Əliçıraq yaşayış massivinin sakinlərinin çoxsaylı xahişlərini və Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn sərnişinlərin sıxlığını nəzərə alaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti 592 saylı marşrut xəttinin hərəkət trayektoriyasını dəyişdirib.

    DANX-dan verilən məlumata görə, 592 saylı marşrut xətti başlanğıcını Əliçıraq yaşayış massivindən götürərək Mehdiabad bazarı, 5 nömrəli orta ümumtəhsil məktəbi, Abşeron Gənclər Şəhərciyi, Binəqədi Mərkəz, Xırdalan dairəsi olmaqla son dayanacağını Bakı Beynəlxalq Avtovağzal Kompleksində yekunlaşdıracaq.

    Sərəncamın icrasına bu gündən başlanılacaq və artıq 592 saylı xəttin yeni istiqamətdə hərəkət edən marşrutu “592A” adı ilə sərnişinlərə xidmət edəcək.

  • Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı – Azərbaycanda ŞOK hadisə

    Azərbaycanda əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırıb.

    Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişində axtarılan Nərmin Quliyevanın axtarışları ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

    Efirə bağlanan tamaşaçı bildirib ki, əmisi Nərmini öldürüb basdırıb.

    Aparıcı bildirib ki, Nərminin əmisi, əmisi oğlu polislər tərəfindən saxlanılıb: “Nərminin anası Aynurə isə ifadə üçün polis bölməsinə gedib”.

    ///sonxeber.az

  • Əməkdar artistdən Xalq artisti adına layiq görülən Miri Yusifə ismarıc: Ona “sənətkar” deyə bilmərəm

    Bu məsələ ilə bağlı fikrimi almaq üçün bir çox insanlar mənə zəng edib. Tünzalə Ağayeva Azərbaycanın güclü səslərindən biridir. Mən bunu ürəklə deyirəm. Röya Ayxan ürəkdir, ürək.

    Bu sözləri Əməkdar artist Firuzə İbadova tədbirlərin birində oxu.az-ın əməkdaşı ilə söhbətində deyib. O, gənc müğənnilərin fəxri ad alması ilə bağlı məsələsini özünəməxsus şəkildə şərh etdi:

    “Şərt deyil sənin səsin üç “oktava” olsun, əsas ürəkdir. Təpədən-dırnağa qədər ürəkdir. Bunu isə danmaq olmaz, günahdır. Paxıllıq etmək lazım deyil. Axı niyə bəzi müğənnilər onlara paxıllıq edirlər? Azərbaycanın vətəndaşları öz balalarımızdırlar. Röya körpə yaşlarından mənim gözümün önündə böyüyüb. Röyanın atası Yaqub bəyin də gözəl səsi olub. Bir tərəfi Gəncəli, bir tərəfi isə Qarabaqlıdır. Onların “Xalq artisti” fəxri adına layiq görüldüklərinə çox sevindim”.

    “Bu fikirləri Xalq artisti adına layiq görülən Miri Yusifə də aid edə bilərik” sualını vermişdik ki, əməkdar artist fikirlərini bu cür tamamladı:

    “Əgər Miri Yusif də Röya və Tünzalə kimi fəxri ada laiq görülübsə, halal xoşu olsun. Ona mən “sənətkar” deyə bilmərəm. Çünki mən Şövkət Ələkbərova görmüşəm, “Mahnı Teatr”ı ilə dünyanın 50 ölkəsini gəzmişəm. Mən yalandan durub “Ürəyim Miri Yusif üçün gedir” deyə bilmərəm. Miri Yusif də bizimkidir qoy alsın!”.

    Redaksiyamızın əməkdaşının “Üçlüyün uğuruna bəzi sənətçilər heç sevinmədi” cümləsini Firuzə İbadova bu cür davam etdirdi:

    “Zamanı gələr onlar da düzələr. Onların illərlə gördükləri öz zəhmətləri yadlarına düşür, bəlkə də ona görə bir az narahat olurlar. Çox dəyərli ifaçılarımız var ki, hələ heç bir fəxri ada layiq görülməyiblər. Elə biri Akif İslamzadədir. O uzun müddətdir ki, oxumur. Amma səsi artıq tarixə həkk olunub. Onun simasında bir çox sənətçilər var ki fəxri adsızdırlar. Elə bu səbəbdən ola bilər ki, umu-küsülükləri olsun”.

  • Xokkeyçi küçənin ortasında uşaqlarını qaçırdı – VİDEO

    Sosial şəbəkələrdə Kanadanın “Ottava Senators” klubunun rusiyalı xokkeyçisi Nikita Zaytsevin keçmiş arvadı Marqaritanın əlindən uşaqlarını almasının görüntüləri yayılıb.

    Kadrları “Mash” Teleqram kanalı yayımlayıb.

    Bildirilir ki, Zaytsev keçmiş arvadının uşaqlarla birlikdə küçəyə çıxmasını gözləyib. Həmin vaxt xokkeyçinin yanında atası və dostu olub. Orada isə arvadının onu müşayiət edən dayənin əlindən iki uşağını alıb. Kadrlardan görünür ki, kişilərdən biri oğurluğa mane olmaması üçün qadını tutub.

    Qadın polisə müraciət edərək, xokkeyçinin uşaqları oğurladığını bildirib. Zaytsevin Milli Xokkey Liqasının müntəzəm oyununu qaçırdığı və ittihamları həll etmək üçün Moskvaya uçduğu iddia edilir.

    Zaytsev Marqarita ilə 2015-ci ildə evlənib. Sonra onların iki qızı olub. Bu il onların ayrılması haqqında məlumat verilib.

  • Меркель слушала сидя гимн Казахстана на встрече с Токаевым – ВИДЕО

    Канцлер Германии Ангела Меркель слушала гимн Казахстана на встрече с президентом страны Касым-Жомартом Токаевым сидя.

    Соответствующую видеозапись опубликовало агентство Sputnik Казахстан.

    На кадрах видно, что во время исполнения государственного гимна Токаев встал и положил руку на сердце, а Меркель продолжила сидеть на своем месте.

    “Это не фейк, канцлер слушала гимн сидя”, – подтвердило правительство ФРГ.

    Напомним, летом у Меркель произошло несколько приступов дрожи. Канцлера затрясло во время встречи с президентом Украины Владимиром Зеленским в Берлине. Инцидент повторился на переговорах с президентом Германии Франк-Вальтером Штайнмайером, а позже на встрече с премьер-министром Финляндии Антти Ринне. После этого Меркель была вынуждена несколько раз на официальных мероприятиях слушать гимн, сидя на стуле.

    В официальных комментариях представителя Меркель утверждалось, что со здоровьем канцлера все в порядке.

  • Merkel yenə titrədi – VİDEO

    Qazaxıstanın himni səslənəndə Angela Merkel oturduğu yerdən qalxa bilməyib.

    Bu hadisə Almaniyada yenə də Merkelin sağlamlığını müzakirə obyektinə çevirib.

    Qazaxıstan Prezidenti ilə görüşdə hərbi salamlaşma zamanı Merkel və Tokayev üçün iki stul qoyulub.

    Himn səslənəndə Tokayev ayağa qalxıb, amma Merkel narahat olub və əsməyə başlayıb.

    Buna görə, o, himni oturduğu vəziyyətdə dinləyib.

    Eyni hadisə noyabrda Hindistan və Çin səfəri zamanı da müşahidə olunmuşdu.

    “Rossiya 24”ün xəbərinə görə, Almaniya kanslerinin sağlamlığı yaydan bəri müzakirə olunur.

  • Ильхам Алиев и Мехрибан Алиева посадили деревья

    6 декабря Президент Азербайджанской Республики Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева приняли участие в акции по посадке деревьев в Шамахинском районе.

    Как сообщает АЗЕРТАДЖ, министр экологии и природных ресурсов Азербайджана Мухтар Бабаев рассказал главе государства и Первому вице-президенту об акции.

  • İlham Əliyev və Mehriban Əliyeva ağac əkdilər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev aksiya barədə dövlətimizin başçısına və Birinci vitse-prezidentə məlumat verib.

    Bildirilib ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 83 şəhər və rayonda 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulur.

    Ağacların hamısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarında yetişdirilib. Aksiya ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların əkiləcəyi ərazilərin elektron xəritəsi hazırlanıb.

    Şəhər və rayon icra hakimiyyətləri tərəfindən ərazilərdə müvafiq hazırlıq işləri görülüb. Əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemindən və suvarma kanallarından istifadə olunacaq.

    Qeyd edilib ki, Şamaxı rayonundakı ağacəkmə aksiyasında 50 minədək ağacın əkilməsi nəzərdə tutulub. Şamaxı şəhərinin girişindəki ərazidə keçirilən aksiyada isə 5 min ağac əkilib. Bu ərazinin relyefinə uyğun olaraq burada əsasən tuya və Eldar şamı ağacları əkilib.

    Burada əkilən ağaclar ilə “Nəsimi 650” yazısı formalaşdırılacaq. Aksiyada 300-dək şamaxılı gənc və könüllü ilə yanaşı, IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin üzvləri də fəal iştirak ediblər.

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ağac əkiblər.

    Sonda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aksiyada iştirak edən gənclərlə xatirə şəkilləri çəkdiriblər.

  • Министр экономики Азербайджана ответил на реплику замминистра Армении в Баку – ВИДЕО

    Министр экономики Азербайджана Микаил Джаббаров ответил на реплику заместителя министра территориального управления и инфраструктур Армении Армена Симоняна, который прибыл в Баку для участия в мероприятиях TRACECA.

    5 декабря в Баку начала работу международная конференция, посвященная 20-летию подписания основного многостороннего соглашения о международном транспорте по развитию коридора Европа-Кавказ-Азия и 14-е заседание Межправительственной комиссии TRACECA.

    Как передаёт Median.Az со ссылкой на Report, представитель Армении спросил: “Почему в программу включен визит на Аллею почетного захоронения?”.

    Глава Минэкономики Азербайджана ответил, что понимает реакцию армянской стороны.

    “Содержание TRACECA ясно. Мои коллеги сделали обширные заявления, связанные с [транспортным] коридором. Со своей стороны я хорошо понимаю реакцию наших соседей по поводу организации культурной части [мероприятий]. Им нелегко это понять и принять. Нам нужно использовать конструктивный, а не деструктивный подход. Результаты видны в первую очередь в соседней стране.

    Они [Армения] остались в стороне от ряда международных проектов в транспортной сфере. В ходе культурной программы [в рамках мероприятий ТРАСЕКА], принятой Азербайджаном, мы чтим память людей, сыгравших важную роль в этом регионе.

    Приближается 75-летие победы над фашизмом. Кому вы установили памятник в вашей столице? Я приглашаю вас в Центр Гейдара Алиева, чтобы вы узнали об истории вашего города, Иреванского ханства. А караван TRACECA продолжит свой путь”, – сказал М.Джаббаров.

    ||Median.Az]

  • Azərbaycanın İqtisadiyyat naziri Bakıda Ermənistan nazir müavininin replikasına cavab verdi – VİDEO

    İqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyanın bu gün Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında “Fəxri Xiyabana səfər nəyə görə proqrama salınmalıdır” sözlərinə cavab verib.

    Report-un məlumatına görə, azərbaycanlı nazir erməni tərəfinin reaksiyasını başa düşdüyünü deyib:

    “TRACECA-nın məzmunu aydındır. Həmkarlarım dəhlizlə bağlı geniş çıxış etdilər. Mən öz tərəfimdən mədəni hissəni təşkil etdiyinə görə qonşularımızın reaksiyasını yaxşı anlayıram. Anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz konstruktiv yanaşmadan istifadə etməliyik, destruktiv deyil. Nəticələr ilk növbədə qonşu ölkədə görülür.

    Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihərdən kənar qalıb. Burda TRACECA-nın mövcudluğu sərgiləndi, Azərbaycan mədəni proqramı qəbul etdiyi zaman o insanların xatirəsinə hörmət edirik ki, bu regionda mühüm rol oynayıb.

    Sizin paytaxtınızda isə, – faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır və siz kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm ki, gəlin yaşadığıniz şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRACECA-nın karvanı isə öz yoluna davam edəcək”.