Month: December 2019

  • Директора одной из бакинских школ уволили за многочисленные нарушения

    Уволен директор школы №323 города Баку.

    Как передаёт Median.Az, об этом oxu.az в Министерстве образования.

    В министерстве отметили, что на директора Гюнай Рустамову поступало много жалоб от родителей и преподавателей.

    “Было проведено расследование, по результатам которого было установлено, что Г.Рустамова некачественно организовывала и осуществляла учебно-воспитательный процесс в школе, вносила поправки в итоговые оценки учеников, незаконно выдавала некоторым неуспевающим ученикам аттестаты об отличном окончании школы, а также нарушала требования приказа “О чрезвычайных ситуациях” и инструкции “О ведении и хранении школьной документации”.

    За серьезные нарушения, допущенные в руководстве и контроле, злоупотребление должностными полномочиями и невыполнение должностных функций и обязанностей трудовой контракт с Г.Рустамовой расторгнут”, – отметили в Минобре.

  • Bakıda məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı

    Bakı şəhəri 323 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb.

    Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, valideynlərin və müəllim kollektivinin şikayəti əsasında Bakı şəhəri 323 nömrəli tam orta məktəbin direktoru ilə bağlı yerində araşdırma aparılıb.

    Araşdırma nəticəsində direktor Günay Rüstəmova tərəfindən məktəbdə təlim-tərbiyə prosesinin təşkil edilməsi və həyata keçirilməsinin keyfiyyətsiz olması, şagirdlərin yekun nəticələrində düzəlişlər edilməsi, təlim nailiyyətləri kifayət etməyən bəzi şagirdlərə qanunsuz olaraq ümumi orta təhsil haqqında fərqlənmə attestatların verilməsi, həmçinin. “Xüsusi hallar barədə” əmrin və “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında” Təlimatın tələblərinin pozulması müəyyən edilib.

    Müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, öhdəlik və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə məktəb direktoru Günay Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

  • В Джалилабаде за крупную квартирную кражу задержаны жители Баку

    Как сообщает Medan.Az, сотрудники Управления Криминалистических расследований, Службы Безопасного города МВД и Джалилабадского РОП в результате оперативно-розыскных мер задержали жителей столицы З.Хасайзаде, И.Микяилова, Э.Мамедова и Э.Гасанову, которые 1-го декабря украли из дома на территории района 265 манатов, 800 долларов и золотые украшения.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Cəlilabadda evdən pul və qızıl əşyalar oğurlayan şəxslər tutulub

    Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Cəlilabad RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Cəlilabad rayonu ərazisindəki evdən 265 manat, 800 dollar və 6690 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakinləri Z.Xasayzadə, İ.Mikayılov, E.Məmmədov və E.Həsənova saxlanılıblar.

    RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Армении задержали замминистра

    Служба национальной безопасности Армении задержала заместителя министра образования, науки, культуры и спорта Геворка Лорецяна.

    Как сообщает Sputnik Армения со ссылкой на пресс-службу СНБ, он был задержан по подозрению в получении взятки в особо крупных размерах.

    Вместе с Г.Лорецяном были задержаны его водитель и президент ереванского футбольного клуба “Локомотив” Грачик Кананян, который является фактическим руководителем ряда компаний-поставщиков спортивной продукции.

    По данным Armsport.am, Кананян – директор ООО “Элит Спорт”. Компания сотрудничала с Министерством образования, науки, культуры и спорта, поставляя спортивную форму.

    Согласно источнику, “Элит Спорт” – это еще и представитель бренда Givova, клиентами которого являются некоторые спортивные федерации, а также клуб “Локомотив”.

    Между тем, представитель клуба “Локомотив” Микаел Сафарян сообщил спортивному сайту, что не располагает информацией о задержании Кананяна.

    Согласно предварительным данным СНБ Армении, замминистра оказывал поддержку поставщику в тендерах на поставку спортивного имущества и инвентаря учреждениям, находящимся в ведении министерства. Взамен он получал взятку в особо крупных размерах. Деньги ему передавал водитель.

  • Ermənistanda nazir müavini həbs edildi

    Ermənistan İdman nazirinin müavini Qevork Loretsyan və “Lokomotiv” futbol klubunun prezidenti Qraçik Kananyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

    MTX əməkdaşlarının çərşənbə günü Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Gevork Loretsyanı saxladığı bildirilib.

    Bu gün o, xüsusilə böyük miqdarda rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

    MTX-nin mətbuat xidməti onu da qeyd edib ki, onun sürücüsü, bir sıra idman məhsulu tədarükçülərinin faktiki rəhbəri və Ermənistandakı futbol klublarından birinin rəhbəri Kananyan da onunla birlikdə tutulub.

    “Sputnik Ermənistan”ın xəbərinə görə, Kananyan “Elit İdman” MMC-nin direktoru olub. Müəssisə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə birgə əməkdaşlıq edərək, nazirliyi idman formaları ilə təmin edib.

    Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən alınan ilkin məlumatlara görə, nazir müavini nazirliyin tabeliyində olan qurumlara idman avadanlıqlarının verilməsi üzrə tenderlərdə daşıyıcıların dəstəyini qəbul etməyib. Bunun müqabilində sürücü vasitəsilə böyük məbləğdə rüşvət alıb.

  • Футболиста сборной Азербайджана обвиняют в распространении интимного видео

    Футболист сборной Азербайджана и испанского клуба “Албасете” Эдди Исрафилов может быть осужден на три года лишения свободы.

    Как передает Median.Az со ссылкой на Portal Cadista, 27-летний полузащитник обвиняется в распространении в июле 2015 года видео сексуального содержания с участием товарищей по команде его бывшего клуба “Эйбар” Серхио Энрича и Антонио Луны. Вступившая в интимную связь с Энричем и Луной женщина попросила не снимать это на видео, однако они распространили эту запись среди других людей. Наряду с этими игроками, видео распространял и Исрафилов.

    Расследование подошло к концу, в связи с чем Эйбарский суд №1 принял решение передать дело на устное рассмотрение суда. Адвокатам названных лиц выделили 10 дней на ознакомление с делом.

    Прокурор попросил 5 лет лишения свободы для Энрича и Луны и два года для Исрафилова. Спецобвинитель потребовал для Исрафилова 3 года.

    Эдди Исрафилов с 2015 года выступает в сборной Азербайджана. Его мать азербайджанка, отец – тоголезец.

  • Millimizin futbolçusu yaydığı seks videosuna görə iki illiyə həbs oluna bilər

    İspaniyanın Bask vilayəti prokurorluğu məhkəmədən “Eybar” klubunun hücumçusu Serji Enrixi və keçmiş komanda yoldaşı Antonio Lunanı beş illik həbs cəzasına məhkum etməyi xahiş edib.

    Prokurorluq futbolçuları qadının iradəsinə zidd olaraq seks videosunu çəkərək, onu ictimailəşdirməkdə günahlandırır.

    EFE informasiya agentliyi məlumat verir ki, prokurorluq “Eybar”ın keçmiş üzvü, millimizin futbolçusu Eddi İsrafilovun da cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Onun barəsində iki illik həbs nəzərdə tutulub. Zərərçəkən şəxs isə onun üç illik həbs olunmasını tələb edir.

    Ehtimal edilir ki, görüntüləri hazırda “Albasete” klubunun şərəfini qoruyan Eddi İsrafilov yayımlayıb. Hər üç futbolçu şəxsi həyatın məxfiliyini pozmaqda ittiham edilirlər.

    Prokurorluq Enrixi və Lunanı çəkilişdə, Eddi İsrafilovu isə görüntüləri ictimailəşdirməkdə günahlandırır. Bundan əlavə, prokuror zərərçəkənə dəyən mənəvi zərərə görə futbolçulardan kompensasiya tələb edir.

    Qanuna əsasən, təqsirləndirilən şəxslərə prokurorun qərarından şikayət etmək üçün 10 gün vaxt verilir.

  • Молдова отозвала посла из Азербайджана

    4 декабря члены правительства Республики Молдова одобрили проекты резолюций, представленные генеральным секретарем Министерства иностранных дел Евгением Ревенко, которые предусматривают отзыв нескольких послов.

    Как передает TV8, в Кишинев вернутся посол Молдовы в Азербайджане Георге Леука, посол в Португалии Думитру Соколан и посол в Эстонии Инга Ионезе.

    Г.Леука и Д.Соколан возвращаются в Кишинев для выполнения функций государственных секретарей. Их кандидатуры были поддержаны на вчерашнем заседании правительства.

  • Moldova Azərbaycandakı səfirini geri çağırıb

    Moldova Azərbaycan da daxil olmaqla, bir neçə ölkədən səfirini geri çağırıb. Hökumət üzvlərinin bununla bağlı qərar layihəsi Xarici İşlər Nazirliyinin Baş katibi Yevgeni Revenko tərəfindən təsdiqlənib.

    Bu barədə “Tv8.md” xəbər yayıb.

    Beləliklə, Moldova Respublikasının Azərbaycandakı səfiri Qeorqe Leuka, Portuqaliyadakı səfiri Dumitru Sokolan və Estoniyadakı səfiri İnqa İonese Kişinyova qayıdacaq.

    Qeyd edək ki, Qeorqe Leuka və Dumitru Sokolan dövlət katibi kimi fəaliyyət göstərmək üçün Kişinyova qayıdır. Onların namizədləri hökumət iclasında təsdiqlənib.