Month: December 2019

  • В Шеки за угон “Mercedes”а задержан житель города

    Как сообщает Median.Az, сотрудники Шекинского РОП в результате оперативно-розыскных мер задержали жителя города В.Мустафабейли, который 30-го ноября угнал автомобиль марки “Mercedes”, принадлежащий жителю села Ашаги Гойнюк Ш.Гумматову.

    В РОП по факту ведется расследование.

  • Şəkidə “Mercedes” qaçıran şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Şəki ŞRPŞ-yə müraciət edən Aşağı Göynük kənd sakini Ş.Hümmətov noyabrın 30-da kənd ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini V.Mustafabəyli avtomobillə birgə saxlanılıb.

    ŞRPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Bakıda bu məktəbdə çatlar yarandı – Şagirdlər başqa məktəbə köçürüldü

    “Bakı şəhəri 35 nömrəli tam orta məktəbin 1931-ci ildə tikilib istifadəyə verilmiş korpusu uzunmüddətli istismar nəticəsində qəzalı vəziyyətə düşüb”.

    Median.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

    Korpusun dəhlizlərində və bir sıra sinif otaqlarında kifayət qədər təhlükəli çatlar yaranıb, zirzəmi hissədə dəmir-betondan olan mərtəbəarası örtüyün beton mühafizə qatlarının aşınması, armaturların isə korroziyaya uğraması müşahidə olunub:

    “Bu baxımdan 35 nömrəli tam orta məktəbdə bərpa-gücləndirmə və ya sökülüb yenidən tikilmə işlərinin aparılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər gedir. Bununla əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə məktəb kontingentinin yaxın məsafədə yerləşən 34 nömrəli tam orta məktəbdə müvəqqəti olaraq yerləşdirilməsi məqsədəuyğun hesab edilib. Ümumilikdə təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu kimi tədbirlər zamanı dərs prosesinin müvafiq proqram çərçivəsində davam etdirilməsi diqqət mərkəzində saxlanılır”.

  • Canlı yayımda gərgin anlar: “Oğlum bar qızına qoşulub gedib” – VİDEO

    “Səni ac qurdlara yem etmərəm”

    ATV kanalında yayımlanan “Bizimləsən” verilişinə gələn ana oğlunun 2 gündür evə gəlmədiyini deyib. Bundan başqa oğlu Anarın 3 uşaq anası olan Günay adlı xanımla sevgili olduğunu deyərək, buna heç vaxt razı olmayacağını beyib: “Oğlum 2 gündür yoxdur, sən hardasan? Harda qalırsan? 3 il yarımdır sən o qızla sevgilisən”.

    Sən bilirsən ki, Günay 3 uşaq anasıdır. Mən səni heç vaxt ac qurdlara yem etmərəm”.

    Ana həmçinin iddia edib ki, Günay bar qızıdır və onunla oğlunun ailə qurmasına heç vaxt razı olmayacaq.

    Verilişə gələn Ramin isə anasının dediklərinin qarşılığında susub.
    /azxeber.com/

  • Bakıda bu qəsəbə plana düşüb? – SİYAHIYAALMA BAŞLADI

    Bakının Nərimanov rayonunda yerləşən Böyükşor qəsəbəsində evlərin siyahıya alınmasına başlanıb.

    Sakinlər bu ərazidə yerləşən evlərin söküləcəyini, yeni metro stansiyası tikiləcəyini iddia ediblər.

    “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, “Dərnəgül”dən sonra üç stansiya inşa olunacaq ki, onlardan biri “Y1” adlandırdığımız stansiyadır. Bu stansiya “Koroğlu”ya yaxın ərazidə yerləşəcək. Yəni, Böyükşor qəsəbəsinin yaxınlığında olacaq. Lakin yeni stansiyaların konkret yeri barədə indidən nəsə demək çətindir. “Y1” stansiyasının inşaat işləri ilə bağlı hələ qərar verilməyib”.

    Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov isə qeyd edib ki, sözgedən ərazidə heç bir söküntü işləri planlaşdırılmır. Evlərin siyahıya alınmasının başqa səbəbi var:

    “Bilirsiniz ki, Böyükşor qəsəbəsində çox sayda sənədsiz evlər var. Bu siyahıyalma da həmin evlərə çıxarış verilməsi ilə bağlıdır. Evlərin kvadratı ölçülür, qeydiyyatda olan şəxslər müəyyən edilir”.

    ////Redaktor.az

  • Bakıda dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ YAYILDI- VİDEO

    Bakının Binəqədi rayonunda, Ziya Bünyadov prospektində baş verən ağır yol nəqliyyat hadisəsinin görüntüsü yayılıb.

    Qəza nəticəsində “BMW” və “Opel” markalı avtomobillər toqquşub və nəticədə 6 nəfər xəsarət alıb.

    Hadisə yerindən görüntünü təqdim edirik:

  • Bakıda bu marşrutda gediş haqqı artdı

    Bakı Nəqliyyat Agentliyi (BNA) dekabrın 1-dən 125 saylı marşrutda gediş qiymətinin 35 qəpikdən 40 qəpiyə qaldırılmasına aydınlıq gətirib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Tarif Şurasının qiymət tənzimlənməsi ilə bağlı son qərarından sonra 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqı 28 May-Lökbatan dairəsinədək 40 qəpik müəyyən edilmişdi.

    Onun sözlərinə görə, həmin vaxt Yeni Salyan yolunda yaşayan sakinlər nəzərə alınaraq gediş haqqı 35 qəpik müəyyən olunub:

    “Vətəndaşların müraciəti nəzərə alınaraq hazırda bu xətt üzrə avtobusların hərəkət sxemi Lökbatan qəsəbəsinədək uzadılıb. İndiki halda Lökbatan sakinləri daha az vəsait ödəməklə birbaşa, eyni zamanda rahat avtobuslarla şəhər mərkəzinə gedib-gəlirlər.

    Əvvəllər isə bunun üçün iki və daha çox avtobus dəyişirdilər, bu isə əlavə vəsait ödənilməsi demək idi. Əvvəllər Lökbatan sakinləri 30 qəpik verib gəlirdilər, daha sonra 35 və ya 40 qəpik verib başqa avtobusla gedirdilər”.

    Qeyd edək ki, 125 saylı marşrut Səbail rayonu, Yeni Salyan yolunda yerləşən binalarda yaşayan jurnalistlərin istifadə etdiyi əsas marşrutdur.

  • Задержан мошенник, обманувший 6 граждан под предлогом трудоустройства

    Как сообщает Median.Az, в Главное управление по борьбе с организованной преступностью (ГУБОП) МВД поступили обращения от 6 граждан, которые показали что, в декабре 2018-го года житель Саатлинского района обещал их устроить на работу и в общей сложности присвоил у них 10.850 манатов.

    В результате оперативно-розыскных мер Б.Гадиров был задержан.

    По факту возбуждено уголовное дело по статье 178 (мошенничество) УК Азербайджана.

  • İşə düzəltmək adı ilə dələduzluq edən Saatlı sakini tutulub

    Median.Az xəbər verir ki, 2018-ci ilin dekabr ayında Saatlı rayon sakini B.Qədirovun işə düzəltmək adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 10.850 manat alması barədə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciətlər daxil olub.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Qədirov saxlanılıb.

    Faktla əlaqədar CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Назначен новый руководитель секретариата премьер-министра

    В Кабинете министров Азербайджана произошло кадровое изменение.

    Согласно распоряжению премьер-министра Али Асадова, Алескер Алескеров назначен руководителем секретариата главы правительства.

    Отметим, что несколько дней назад в Кабмине были произведены структурные изменения.