Month: December 2019

  • Завтра в Баку будет до 11 градусов тепла

    В Баку и на Абшеронском полуострове 3 декабря ожидается переменная облачность, преимущественно без осадков. Однако ночью и утром местами возможны осадки. Сильный северо-западный ветер днем сменится умеренным юго-западным.

    Об этом говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшероне составит ночью 5-8, днем – 9-11, в Баку ночью – 5-7, днем – 9-11 градусов тепла.

    Атмосферное давление снизится с 768 мм до 748 мм ртутного столба, относительная влажность ночью 75-85%, днем – 50-55%.

    В некоторых районах Азербайджана ожидаются осадки, в горных и предгорных районах – снег. Днем осадков не будет. В отдельных местах туман. Ветер западный, местами порывистый.

    Температура воздуха составит ночью 3-7, днем – 8-13 градусов тепла, в горах ночью – 0-5 градусов мороза, днем – 2-6 градусов тепла.

    Согласно медико-метеорологическому прогнозу, на Абшеронском полуострове ожидаются близкий к климатической норме температурный режим и слабые колебания метеорологических факторов, что благоприятно для метеозависимых людей.

  • Hava yağmursuz olacaq

    Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 3-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 768 mm civə sütunundan 748 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın arabir yağınıtlı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, gündüz yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif, mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Названо число ВИЧ-инфицированных в Азербайджане

    За 11 месяцев 2019 года в Азербайджане было зарегистрировано 592 случая заболевания ВИЧ-инфекцией (вирус иммунодефицита человека). Из заболевших 563 (95%) являются гражданами Азербайджана, а 29 (5%) – иностранцами.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом заявил начальник отдела мониторинга Республиканского центра профилактики и борьбы со СПИДом Натиг Зульфугаров.

    По его словам, из взятых на учет 563 граждан Азербайджана 371 – мужчины и 192 – женщины:

    “На 1 декабря этого года на официальном учете в центре находятся 6774, живущих с ВИЧ. Из них 69,4% (4701 человек) – мужчины, 30,6% (2073 человека) – женщины.

    В этом году общее число людей, у которых ВИЧ перешел в стадию СПИД или же заболевание было выявлено на этой стадии, составило 149. До сих пор число больных СПИДом достигло 1765 человек. От ВИЧ-инфекции скончались 1045 граждан”.

    Представитель центра также сказал об основных путях заражения ВИЧ.

    “41% граждан, взятых на учет в Республиканском центре профилактики и борьбы со СПИДом за 11 месяца 2019 года, заразились ВИЧ в результате использования инъекционных наркотиков, 47,8% – гетеросексуальных контактов, 3% – гомосексуальных, в 1,6% случаев ВИЧ передался от матери к ребенку, 0,02% – в результате переливания донорской крови. В 6,6% случаев причина заболевания не была выявлена”, – сказал Н.Зульфугаров.

  • Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

    2019-cu ilin 11 ayı ərzində İİV-ə (İnsanda immunçatışmazlığı virusu) yoluxma halları faktı 592 nəfərdir. Onlardan 563-ü (95 faiz) Azərbaycan vətəndaşı, 29 nəfəri (5 faiz) əcnəbidir.

    Bnu 1 dekabr – Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib.

    Onun sözlərinə görə, qeydiyyata alınmış 563 Azərbaycan vətəndaşının 371-i kişi, 192-i qadındır:

    “Bu ilin 1 dekabrına qədər Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 69,4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır.

    Bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfərdir. İndiyədək QİÇS mərhələsində olanların sayı 1765 nəfər olub. İİV infeksiyasından ölmüş vətəndaşların sayı 1045 nəfərdir”.

    “2019-cu ilin 11 ayının sonuna RQMM tərəfindən qeydiyyata götürülən vətəndaşların 41 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 47,8 faizində heteroseksual, 3 faizində homoseksual kontakt nəticəsində, 1,6 faizində anadan uşağa keçməklə, 0,02 faizində donor qanının köçürülməsi nəticəsində baş verib. 6,6 faizində yoluxma yolu müəyyən edilməkdədir”, – deyə N.Zülfüqarov qeyd edib.

    Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə rəhbəri Hande Harmancı bildirib ki, 2019-cu ilin iyun ayına olan məlumata əsasən, hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37,9 milyon nəfərdir:

    “Onlardan yalnız 24,5 milyonu antiretovirus (ART) müalicə ilə əhatə olunub. İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədilə bu xəstəliklə yaşayan hamilə qadınların 82 faizi ART-yə cəlb edilib.

    1997- ci illə müqayisədə, İİV-ə yeni yoluxma halları 40 faiz azalıb və 2018-ci ildə onların sayı 1,7 milyon nəfər olub. Şərqi Avropa və Mərkəzi Asiya regionunda yeni yoluxanların 95 faizi risk qrupuna mənsub olan şəxslər və onların cinsi partnyorlarıdır. Təqribən 8,1 milyon insan isə bu xəstəliyə yoluxduğu haqda məlumatsızdır”.

    H.Harmancı qeyd edib ki, 2004-cü illə müqayisədə, bu xəstəlikdən ölənlərin sayı 56 faiz azalıb və 2018-ci ildə 770 min nəfər təşkil edib:

    “Epidemiya başlandığı andan 2018-ci ilin sonuna kimi isə ümumilikdə 32 milyon insan vəfat edib. İİV-ə yoluxmanın, əsasən, narkotiklərdən istifadə zamanı keçdiyi qeyd edilsə də, bu gün insanlar bu xəstəliyə daha çox transseksual yollardan yoluxurlar”.

  • Диляра Сеидзаде удостоена персональной пенсии Президента

    2 декабря Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о предоставлении Диляре Багир гызы Сеидзаде персональной пенсии Президента Азербайджанской Республики.

    Документ опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, Д.Сеидзаде удостоена пенсии за заслуги на государственной службе.

    Кабинету министров поручено решить вопросы, вытекающие из данного распоряжения.

    Диляра Сеидзаде – начальник Секретариата Президента Азербайджанской Республики, государственный советник I степени, доктор исторических наук.

    24 октября 2009 года она была удостоена ордена “Шохрат”, 24 октября 2019 года – ордена “Шараф”.

  • Prezidentdən Dilarə Seyidzadə ilə bağlı mühüm – SƏRƏNCAM

    Prezident İlham Əliyev Dilarə Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda göstərdiyi xidmətlərə görə Dilarə Bağır qızı Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

  • Ильхам Алиев принял делегацию CISCO – ФОТО

    2 декабря Президент Азербайджанской Республики Ильхам Алиев принял делегацию под руководством вице-президента компании CISCO по глобальным инновациям Гая Дидриха.

    Об этом сообщает АЗЕРТАДЖ.



  • İlham Əliyev CISCO şirkətinin nümayəndə heyətini qəbul etdi – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

    “Sizi yenidən görmək çox xoşdur. Xoş gəlmisiniz”.

    CISCO şirkətinin vitse-prezidenti Qay Didrix deyib:

    “Təşəkkür edirəm. Sizi görmək və bu gözəl şəhərə yenidən qayıtmaq hər zaman çox xoşdur”.

    Prezident İlham Əliyev: “Təşəkkür edirəm. Biz dəfələrlə görüşmüşük. Bu görüşlərin hamısı sizin şirkət və Azərbaycan arasında uğurla inkişaf edən tərəfdaşlığın irəliyə doğru aparılması baxımından faydalı olub. Bilirəm ki, burada həyata keçirmək üçün çoxlu planlarınız olub və bütün planlarınızı reallaşdırmısınız. Sizin şirkətlə hakimiyyət orqanları arasında əməkdaşlıq çox yaxşı səviyyədədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sizin üçün yaxşı tərəfdaşdır. Bildiyiniz kimi, biz gələcəklə bağlı planlarımızı, Azərbaycanın müasirləşdirilməsi, informasiya texnologiyaları sektorunun inkişafı ilə bağlı planlarımızı dəfələrlə müzakirə etmişik. Xüsusən də indi, yəqin ki, siz eşitmisiniz, biz hazırda çox aktiv transformasiya mərhələsindəyik. Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq – bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm də iqtisadi.

    Əlbəttə ki, iqtisadiyyatımızın rəqəmsallaşdırılması hazırda bizim gündəliyimizdədir. Bu yaxınlarda Prezident Administrasiyasında aparılan struktur islahatlarından sonra bizim müxtəlif hökumət strukturlarının bu sahədəki fəaliyyətlərini koordinasiya edəcək və özəl sektorun inkişafını asanlaşdıracaq innovasiya departamentimiz var. Biz hazırda həqiqətən çox vacib beynəlxalq platformaya çevrilən “Bakutel” sərgisinin açılışı ərəfəsindəyik. Bu, təkcə sərgi və bu sahədəki əsas şirkətlərin nailiyyətlərinin təqdimatı deyil, həm də işgüzar əlaqələrin gücləndirilməsi baxımından imkandır. Mən ənənəvi olaraq, “Bakutel” sərgisində iştirak edirəm, ilk növbədə, bu məsələnin inkişafı ilə bağlı hökumətin mövqeyini göstərmək baxımından. İkincisi də, bir il ərzində hansı yeniliklərin olduğunu görmək baxımından da mənim üçün maraqlıdır. Çünki zaman çox sürətlə keçir. Bu sektorda dəyişikliklər zamandan da sürətlə baş verir”.

    Qay Didrix: “Elədir”.

    Prezident İlham Əliyev: “Siz də builki sərgidə iştirak edəcəksiniz. Sizə uğurlar arzu edirəm və əminəm ki, bizim əməkdaşlığımız uğurla davam edəcək.

    Qay Didrix: “Təşəkkür edirəm. Siz möhtəşəm tərəfdaş olmusunuz. Bizimlə əməkdaşlıq edən elə bir ölkə yoxdur ki, onun Prezidenti detallarla bu qədər diqqətlə və müdrikcəsinə məşğul olsun. Biz bunu bəyənirik. Biz birlikdə işlə bağlı danışa bilirik. Bu, əladır. Bir sıra şərh verməzdən öncə Formula 1 yarışlarına şəxsi dəvətə görə Sizə təşəkkür etmək istərdim. Mən çox əyləndim. İlk növbədə, fantastik yarış idi. Biz “Maklaren”lə əlaqəli olduğumuzdan hər il UF1 yarışlarını təşkil etmək imtiyazına sahibəm. Sözsüz ki, Bakı yarışı mənim sevimli yarışımdır”.

    Prezident İlham Əliyev: “Təşəkkür edirəm”.

    Qay Didrix: “Bakı çox qədim şəhərdir və insanlar çox mehribandırlar. Çox yaxşı təşkil olunub və trek möhtəşəmdir. Təbrik edirik. Sizin orada mükafatları təqdim etdiyinizi görmək gözəl idi”.

    Prezident İlham Əliyev: “Bəli, bu, artıq ənənədir, ənənəvi mərasimdir. Ən fəal tamaşaçıların rəyinə görə, Bakıdakı yarış lap əvvəldən həqiqətən də cəlbedici olub. Birincisi, bu yarış Azərbaycanda çox populyar deyildi. Çox insanlar hətta qaydaları, bunun necə baş verdiyini başa düşmürdülər, lakin indi artıq Bakıda çox sayda yarış keçiriləndən sonra o, daha da məşhurlaşır. Ən mühümü isə odur ki, o, Bakıya çox sayda turist cəlb edir. Biz faktiki olaraq müşahidələr aparmışıq. Azərbaycana gələn turistlərin sayının artması məhz birinci yarışdan sonra başlayıb. Birinci yarışdan sonra bizdə 24 faiz artım oldu. İkinci yarışdan sonra əlavə olaraq 26 faiz artım oldu. Maraqlısı ondadır ki, bu ilin oktyabrında, – çünki oktyabr turistlər üçün, belə demək mümkündürsə, əlverişli ay deyil, adətən onlar yayda gəlirlər, – ötən ilin oktyabrı ilə müqayisədə bizdə 25 faiz artım qeydə alındı. Ona görə də Formula 1 Azərbaycana həqiqətən də çoxlu dividend gətirdi. Ölkə daha çox tanındı və yüz milyonlarla dollar qazanc əldə etdi. Mən biznes dairələrini, xidmət sektorunda və digər sektorlarda olanları nəzərdə tuturam. Beləliklə, bu, çoxlu gəlir gətirir və həmçinin ölkənin yaxşı təqdimatıdır”.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC xəbər verir.



  • В одном из кафе Баку произошел вооруженный инцидент

    В Баку произошел вооруженный инцидент.

    Как передаёт Median.Az со ссылкой на АПА, в полицию поступило сообщение о том, что в кафе Günəşli в поселке Ени Гюнешли Сураханского района открыли стрельбу.

    Сотрудники правоохранительных органов незамедлительно прибыли на место происшествия.

    В ходе расследования было установлено, что группа лиц грубо нарушила общественный порядок – применила в отношении граждан огнестрельное оружие.

    По факту Сураханским районным управлением полиции возбуждено уголовное дело по статье 221.3 (Хулиганство, совершенное с применением оружия или предметов, используемых в качестве оружия) УК АР. Есть задержанные.

  • Bakıda kafedə silahlı insident: Xəsarət alanlar var

    Bakıda kafedə silahlı insident olub.

    APA -nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Günəşli” kafesində qeydə alınıb.

    Polisə adıçəkilən kafedə silah təqbiq edilməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal əraziyə əməliyyat qrupu göndərilib.

    Araşdırmalar zamanı müəyyənləşdirilib ki, bir qrup şəxs ictimai qaydanı kobud sürətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edərək, silahla vətəndaşlar üzərində zor tətbiqi ilə xuliqanlıq ediblər.

    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, saxlanılanlar var.