Azərbaycan Prezidenti İndoneziyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da İndoneziya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helminin etimadnaməsini qəbul edib.

Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.