Month: January 2020

  • Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılır

    Bu gündən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılır.

    İcbari tibbi sığortaya Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında yanvar-mart aylarında başlanacaq.

    Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında aprel-iyun aylarında start veriləcək.

    Şirvan şəhərində, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında iyul – sentyabr aylarında icbari tibbi sığorta tətbiq ediləcək.

    Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa, rayonlarında oktyabr-dekabr aylarında tətbiq olunacaq.

  • С сегодняшнего дня повышаются пенсии

    С сегодняшнего дня пенсии в Азербайджане будут увеличены в соответствии с ростом среднемесячной зарплаты, сообщает Trend.

    По прогнозам, рост составит 13-14 процентов и охватит все категории пенсионеров, в том числе это будет относиться и к размеру минимальной пенсии.

    После повышения размер минимальной пенсии достигнет 230 манатов.

  • Pensiya, müavinətlər və bəzi peşə sahiblərinin maaşları artır

    Bu gündən Azərbaycanda pensiya, orta aylıq əməkhaqqı, müavinətlər və bəzi peşə sahiblərinin maaşları artır.

    Trend xəbər verir ki, pensiyalar (bütün, o cümlədən, minimum pensiya) orta aylıq əməkhaqlarının artımı qədər – təxminən 13-14 faizə yaxın artırılacaq.

    Artımdan sonra minimal pensiyaların məbləğinin 230 manata çatacağı gözlənilir.

    Belə ki, orta aylıq pensiya 250 manat təşkil edirsə, il ərzində bu rəqəm 300 manata çatacaq.

    Qeyd edək ki, ölkədə 1 milyon 200 minə yaxın pensiyaçı var. Artım 93 faiz pensiyaçını əhatə edəcək.

    Dövlət və hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər kateqoriyadan olan şəxslərin pensiyaları isə əməkhaqlarında olan artıma görə müəyyən ediləcək.

    Xatırladaq ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib.

  • В столице Индии зарегистрирован самый холодный день за последние 120 лет

    В столице Индии городе Нью-Дели зарегистрировали самый холодный день за 120 лет метеонаблюдений. Здесь столбики термометров показали плюс 9,4 градуса по Цельсию.

    В Дели дневная температура опустилась до самой низкой за время наблюдений с 1901 года отметки – плюс 9,4 градуса по Цельсию, сообщает ВВС.

    К тому же индийскую столицу окутал густой смог: к туману добавилось крайне сильное загрязнение воздуха.

    Из-за холодов в предпраздничные дни сбилось расписание поездов на 30 направлениях, а плохая видимость вынудила аэропорт имени Индиры Ганди отложить более 450 авиарейсов.

    До сих пор самым холодным днем было 2 января 2013 года, когда было плюс 9,8C.
    Как сообщается, от непривычных холодов страдают дети и бездомные. На улицах тяжело дышать, но школьные занятия не отменяются.

  • Hindistanın paytaxtında ən soyuq günün rekordu vuruldu

    Hindistanın paytaxtı Nyu-Delidə 120 il ərzində ən soyuq gün qeyd alınıb.

    BBC xəbər verir ki, dekabrın 31-i ilin ən soyuq günü olaraq termometrlərdə müsbət 9,4 dərəcə göstərdi.

    Hərarətin dəyişməsi qatı dumanın yaranmasına səbəb olub. Buna görə, paytaxtın İndira Qandi adına hava limanında 450 reys təxirə salınıb.

    Qeyd edək ki, bundan əvvəl aşağı temperatur rekordu 2013-cü ilin yanvarın 2-də qeydə alınıb – 9,8C.

  • Великолепный “Азербайджан” от Айгюн Кязимовой и Филиппа Киркорова – ВИДЕО

    Народная артистка Айгюн Кязимова и король российской эстрады Филипп Киркоров представили экранную версию композиции “Азербайджан”, исполненную в дуэте.

    Композитором произведения является Алишер, слова – Олега Влади. Съемки велись с соло-концерта “Цвет настроения синий”, которое состоялось 30-31 октября.

    Экранное произведение “Азербайджан” же было опубликовано 31 декабря 2019 года в День солидарности азербайджанцев мира в 22:00 на официальном канале Айгюн Кязимовой в Youtube.

  • Aygün Kazımova və Filipp Kirkorovdan möhtəşəm “Azərbaycan” – VİDEO

    Xalq artisti Aygün Kazımova və Rusiyanın pop kralı Filipp Kirkorov duetlərinin ekran işini təqdim ediblər.

    İkili musiqisi Alişer, sözləri isə Oleq Vladiyə məxsus olan “Azərbaycan” adlı bəstəyə ekran həyatı veriblər.

    Görüntülər Filipp Kirkorovun 30-31 oktyabrda “Əhvalın rəngi göydür” adlı solo konsertdə lentə alınıb. Sözügedən bəstə Aygün Kazımova ilə duet şəklində ilk dəfə məhz pop kralın konsertində səslənib.

    “Azərbaycan” adlı ekran işi Dünya Azərbaycanlılarının Həmrəylik Günündə, yəni 31 dekabrda saat 22:00-da Aygün Kazımovanın rəsmi “Youtube” kanalında yayımlayıb.

    Qeyd edək ki, bu Filipp Kirkorovun Aygün Kazımova ilə duet şəklində oxuduğu sayca ikinci bəstədir. Bundan öncə onlar illər öncə Moskvanın Kreml sarayında və 2019-cu ildə keçirilən yayın əsas hadisəsi “Jara” beynəlxalq musiqi festivalında “Calma” adlı mahnılarını səsləndiriblər.