Month: March 2020

  • Bakıda fahişəliklə məşğul olan qadınlar və cinsi azlıq nümayəndələri tutuldu

    İctimai qaydanın və təhlükəsizliyin kobud pozuntuları ilə müşahidə olunan, sosial şəbəkələrdə yayılmış videogörüntülərin xüsusatları araşdırılmaqla qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

    Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, “Facebook” sosial şəbəkəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “əxlaqsız qadınların və cinsi azlıqların” yığışmasını əks etdirən videoda göstərilən xüsusatlar araşdırılıb.

    Sözügedən ərazidə fahişəliklə məşğul olan iki qadın saxlanılaraq, barələrində İnzibati Xətalar Məcəlləsinin (İXM) 524.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə, hər biri 100 manat məbləğində cərimə olunub.

    Həmçinin, eyni əməllə məşğul olan dörd qadın və cinsi azlığın iki nümayəndəsi də saxlanılaraq, tibbi müayinəyə cəlb ediliblər. Onların narkotik vasitələrin təsiri altında olmaları müəyyən edildiyindən, barələrində İXM-nin 206-cı maddəsilə tərtib edilmiş inzibati xəta haqqında protokollar Sabunçu Rayon Məhkəməsinə göndərilib.

    Bundan başqa, martın 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində “VAZ 2106” markalı avtomobili idarə edən sürücünün yol hərəkət qaydalarını davamlı şəkildə pozaraq, avtoxuliqanlıq etməsini əks etdirən sosial şəbəkələrdə yerləşdirilmiş videogörüntülər də Bakı şəhər BPİ-də araşdırılıb.

    Müəyyən edilib ki, həmin gün saat 23 radələrində qəsəbə sakini Faiq Əliyev sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2106” markalı avtomobillə avtoxuliqanlıq etdiyinə görə, Sabunçu RPİ DYPŞ əməkdaşları tərəfindən saxlanılarkən, o və sərnişini – qəsəbə sakini Cəbiyev Ceyhun polisin qanuni tələblərinə tabe olmayıblar. Onlar saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-yə gətiriliblər.

    Toplanmış materiallar əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sürücü Faiq Əliyev və Ceyhun Cəbiyev İXM-nin müvafiq maddələri ilə inzibati qaydada həbs ediliblər.

  • В клинике АМУ новый руководитель – ФОТО

    В Учебно-терапевтическую клинику Азербайджанского медицинского университета (АМУ) назначен новый директор.

    Приказом ректора АМУ Герая Герайбейли на эту должность назначен профессор II кафедры детских болезней университета Сурхай Мусаев.

    Отметим, что ранее клинику возглавлял Самир Аллахвердиев.

  • Azərbaycanda yüksək vəzifəyə təyinat – FOTO

    Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni direktor təyin edilib.

    ATU rektoru Gəray Gəraybəylinin əmrinə əsasən, bu vəzifəyə universitetin II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev təyinat alıb.

    Qeyd edək ki, Tədris Terapevtik Klinikasına Samir Allahverdiyev rəhbərlik edirdi.

  • В Баку служебный автомобиль врезался в фонарный столб – ВИДЕО

    ДТП в Баку попало на камеры видеонаблюдения.

    Как передает Avtosfer.az, на одной из улиц столицы водитель автомобиля Службы охраны автодорог не справился с управлением. В результате машина снесла сначала дорожный знак на разделительной полосе, а затем врезалась в фонарный столб.

    Предлагаем вниманию читателей кадры этой аварии.

  • Bakıda xidməti avtomobil işıq dirəyinə çırpıldı – VİDEO

    Bakıda baş verən dəhşətli avtomobil qəzasının görüntüləri kameraya düşüb.

    Avtosfer.az xəbər verir ki, Avtomobil Yollarının Mühafizəsi Xidmətinin avtomobili paytaxt küçələrinin birində idarəetməni itirərək, öncə ayırıcı zolağa, sonra isə işıq dirəyinə çırpılıb.

    Qəza zamanı xoşbəxtlikdən digər hərəkət iştirakçılarına zərər dəyməyib.

  • В Баку пассажиры автобусов ломают дозаторы с дезинфицирующим средством – ФОТО

    В Баку пассажиры автобусов ломают установленные в салонах дозаторы с дезинфицирующим средством.

    Об этом сообщил глава пресс-службы Бакинского транспортного агентства (БТА) Маис Агаев.

    Он отметил, что за последние дни зафиксировано примерно 50 подобных случаев.

    “Ежедневно мы сталкиваемся с этим в автобусах BakuBus. Бывает и так, что пассажиры, повреждая дозатор, выливают его содержимое, из-за чего каждый раз по прибытии на конечную остановку приходится чистить напольное покрытие автобусов”, – сказал М.Агаев.




  • Bakıda sərnişinlər avtobuslardakı dezinfeksiya dispenserlərini sındırırlar – FOTO

    Bakıdakı marşrut avtobuslarında əlləri dezinfeksiya etmək üçün qoyulan dispenserlər sərnişinlər tərəfindən yararsız vəziyyətə salınır.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

    M.Ağayev bildirib ki, son bir neçə gündə 50-yə yaxın belə hal baş verib:

    “BakuBus”da belə halla gündəlik rastlaşırıq. Həmin dispenserlərin içindəki məhlulu dağıdıb yerə tökdükləri hallar da olur. Son dayanacaqda avtobusları təmizləməli oluruq”.




  • В Баку продолжаются мероприятия по борьбе с COVID-19 – ФОТО

    В Азербайджане регулярно проводятся работы по дезинфекции для предотвращения распространения на территории страны коронавируса COVID-19.

    Данные мероприятия осуществляются в парках, на детских площадках, в административных зданиях и в местах массового скопления людей.

    Все скамейки и тротуары обрабатываюся дезинфектантами дважды в день.

    По поручению Исполнительной власти Баку усилены работы по дезинфекции и другие профилактические меры.

    Отметим, что ВОЗ для предотвращения распространения вируса рекомендует не покидать свои дома без острой необходимости и не собираться в людных местах.






  • Bakıda koronavirusa qarşı dezinfeksiya tədbirləri gücləndirilib – FOTO

    Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

    Dezinfeksiya işləri aparılan yerlərə parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı, insanların sıx toplaşdığı ərazilər də daxildir.

    Bu ərazilərdə oturacaqlar, səkilər gün ərzində iki dəfə dezinfeksiya edilir.

    Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, paytaxt üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yayılmaması üçün zərurət olmadığı halda evdən çölə çıxmamağı və kütləvi yerlərdə toplaşmamağı tövsiyə edir.






  • Türkiyədə zəlzələ olub

    Türkiyənin Van əyalətində zəlzələ baş verib.

    “HaberGlobal”ın məlumatına görə, bu barədə Kandilli Rəsədxanası xəbər yayıb.

    Bildirilir ki, yeraltı təkanların episentri Vanın Başkale rayonu olub.

    Zəlzələ yerin beş kilometr dərinliyində qeydə alınıb.