Month: July 2020

  • Azərbaycanda silahlı şəxslər saxlanıldı – VİDEO

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarəyə Tofiq adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs – paytaxt sakini Tofiq Qaranizadə Nəsimi rayonunun ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd “Makarov” markalı tapança, bir ədəd daraq və beş ədəd patron aşkar olunaraq götürülüb.

    Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə Şəki şəhər sakini Fərid Əbdürəhimov Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində saxlanılıb. Onun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı “TOZ-17” modelli silah və ümumilikdə 491 ədəd müxtəlif kalibrli patron aşkar olunaraq götürülüb. Fərid Əbdürəhimov həmçinin ifadəsində ona məxsus daha bir neçə odlu silah-sursatı həmyerlisi Ruslan adlı şəxsə borclu olduğu üçün verdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Şəki şəhər sakini Ruslan Əliyev də saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış zamanı bir ədəd “Naqan” markalı tapança, 41 ədəd patron və bir ədəd tüfəng aşkar olunaraq götürülüb.

    Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Tofiq Qaranizadə, Fərid Əbdürəhimov və Ruslan Əliyev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

  • Sosial şəbəkələrdə yürüş keçiriləcəyi ilə bağlı saxta məlumat paylaşan şəxslər saxlanıldı

    Sosial şəbəkələrdə Şəmkirdə yürüş keçiriləcəyi ilə bağlı saxta məlumat paylaşan şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyul ayının 12-dən etibarən düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə Şəmkir rayonu ərazisində yürüş keçiriləcəyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb.

    Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin məlumatları paylaşan şəxslərin kimlikləri müəyyən edilib. Belə ki, araşdırmalarla məlum olub ki, rayon sakinləri İdris Həsənov və Hidayət Hidayətli müntəzəm olaraq sosial şəbəkələrdə vətəndaşlara həqiqətə uyğun olmayan çağırışlar edib. Həmin şəxslər saxlanılaraq RPŞ-yə gətirilib, onlarla profilaktiki söhbətlər aparılıb. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün rayon məhkəməsinə göndərilib.

    Məhkəmənin qərarı ilə İ.Həsənov 20, H. Hidayətli isə 10 gün müddətinə inzibati qaydada həbs edilib.

  • Как ВС Армении обстреливают мирное население – ВИДЕОРЕПОРТАЖ

    Корреспондент Oxu.Az, откомандированный в Товузский район, где продолжаются боевые действия на азербайджано-армянской границе, рассказал на видео о последствиях артиллерийского обстрела ВС Армении мирного населения Азербайджана.

    Журналист находится во дворе дома жителя села Дондар Гушчу Тариэла Абдуллаева. 16 июля здесь был зафиксирован очередной акт армянского вандализма.

    “Артиллерийским ударом была разрушена часть дома. То же самое происходило и в других населенных пунктах района”, – говорит корреспондент, подчеркивая, что это уже восьмой разрушенный армянскими подразделениями дом в этом селе.

    “Армянская сторона пренебрегает гуманитарным правом, подвергая обстрелу мирное население. Несмотря на эти действия Армении, международные организации, в том числе Совет Европы, ОБСЕ и ООН, продолжают хранить молчание”, – отмечает репортер Oxu.Az.

  • Ermənistan silahlı qüvvələri mülki əhalini necə atəşə tutub? – VİDEOREPORTAJ

    Azərbaycan-Ermənistan sərhədində döyüşlərin davam etdiyi Tovuz rayonuna ezam olunan Oxu.Az-ın müxbiri Azərbaycanın mülki əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasının nəticələri barədə danışıb.

    Jurnalist Dondar Quşçu kənd sakini Tariyel Abdullayevin evinin həyətində olub.

    Məhz bu məkanda iyulun 16-da ermənilərin növbəti vandalizm aktı qeydə alınıb.

    “Evin bir hissəsi artilleriya zərbəsi ilə dağıdılıb. Oxşar hadisə Tovuz rayonunun digər yaşayış məntəqələrində də baş verib”, – deyə, jurnalist söyləyib.

    Döyüş bölgəsində peşə fəaliyyətini yerinə yetirən müxbirimiz qeyd edib ki, bu, erməni hərbi birləşmələri tərəfindən dağıdılmış səkkizinci yaşayış evidir.

    Jurnalist əlavə edib ki, Ermənistan tərəfi mülki insanları bombalayaraq, beynəlxalq humanitar hüquqa məhəl qoymur: “Ermənistanın bu hərəkətlərinə baxmayaraq, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası, ATƏT və BMT səssiz qalmaqda davam edir”.

  • Минобороны Азербайджана опровергло утверждения о диверсии

    Глава пресс-службы Министерства обороны Азербайджана полковник Вагиф Даргяхлы опроверг утверждения о якобы диверсии наших подразделений и обстрелах армянских сел на границе

    Сообщения Армении о якобы попытке диверсии азербайджанских подразделений и обстрелах из гаубиц Д-30 приграничных армянских сел Айгепар и Мовсес – вымысел и дезинформация.

    “Наши подразделения никогда не обстреливают населенные пункты. Наоборот, сегодня утром ВС Армении обстреляли азербайджанские села Агдам, Дондур Гушчу, Вахидли в Товузском районе, снаряды попали в жилые дома”, – отметил глава пресс-службы.

  • Azərbaycan Ordusunun toplardan erməniləri atəşə tutması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

    Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı guya bölmələrimizin sərhəddə təxribat törətməsi və erməni kəndlərinin tərəfimizdən atəşə tutulması barədə məlumatları təkzib edib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    V.Dərgahlı bildirib ki, bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatlar həqiqəti əks etdirmir:

    “Bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır. Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur.

    Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”.

  • Завтра в Азербайджане будет до 38 градусов тепла

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 17 июля.

    В Баку и на Абшеронском полуострове ожидается погода без осадков, северо-западный ветер днем сменится умеренным южным.

    Температура воздуха на Абшероне составит ночью 21-25, днем – 30-35, в Баку ночью – 23-25, днем – 33-35 градусов тепла.

    Атмосферное давление будет на уровне 755 мм ртутного столба, относительная влажность ночью – 60-70%, днем – 35-45%.

    На северных пляжах полуострова (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 24-25, на южных (Тюркан, Говсан, Сахиль, Ших) – 25-26 градусов тепла.

    В некоторых северных и западных районах Азербайджана завтра прогнозируются грозы, дожди, местами ливни, град, на остальной территории страны ожидается погода без осадков, порывистый восточный ветер.

    Температура воздуха составит ночью 21-26, днем – 33-38, в горах ночью – 12-17, днем – 21-26 градусов тепла.

  • Sabah 38 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında iyulun 17-də havanın yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Ombudsman cəbhədə yaralanan hərbçilərimizə baş çəkdi – FOTO

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində yaralanan hərbi qulluqçulara baş çəkib.

    Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

    S.Əliyeva Müdafiə Nazirliyinin Hərbi Xəstəxanasına baş çəkib, erməni qoşunlarının Tovuz rayonu istiqamətində təxribatları və ağır artilleriya hücumları nəticəsində yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sağlamlıq vəziyyətini monitorinq edib.



  • Kaliforniyada yaşayan azərbaycanlılar Ağ Ev administrasiyasına petisiya ünvanladı – FOTO

    Kaliforniyada yaşayan soydaşlarımız ölkəmizin Tovuz rayonu istiqamətində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatla bağlı petisiya hazırlayaraq, Ağ Ev administrasiyasına və 30-a yaxın Konqres nümayəndəsinə ünvanlayıblar.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Ermənistanın 12 iyul tarixli hərbi təxribatı barədə ətraflı məlumat verilən müraciətdə bildirilib ki, Tovuz bölgəsi Azərbaycanın şimal-qərbində, Ermənistan tərəfindən qanunsuz olaraq işğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayondan çox uzaqda yerləşir:

    “Ermənistanın bu bölgəyə hücumu, təxribatın ərazilərin genişləndirilməsi məqsədi ilə həyata keçirildiyini sübut edir”.

    BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurası, Avropa Parlamenti, NATO, İƏT, NAM (Qoşulmama Hərəkatı) və bir çox digər beynəlxalq təşkilatların Ermənistandan öz hərbi qüvvələrini işğal olunmuş bölgələrdən tam və dərhal çıxarılmasını tələb etdiyini xatırladan müraciət müəllifləri qeyd ediblər ki, buna baxmayaraq, bu günə qədər Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın işğalı altında qalmaqdadır.

    Müraciətin sonunda Ermənistanın atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycanın dövlət sərhədinə hücum etməsinə, Azərbaycan hərbçilərini və dinc sakinləri qətlə yetirməsinə görə məsuliyyətə cəlb olunması tələb edilib:

    “Sizdən Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxarılmasını, Ermənistandan beynəlxalq hüquq normalarına və insan hüquqları konvensiyasına əməl etməsini, Azərbaycanın əzəli torpaqları hesabına ərazisini genişləndirmək cəhdlərini dayandırmasını tələb etməyinizi xahiş edirik”.