Month: July 2020

  • Azərbaycanda birinci kurs tələbəsi qəfil öldü

    Azərbaycan Texnologiya Universitetinin birinci kurs tələbəsi vəfat edib.

    Bununla bağlı universitetin “Facebook” hesabında məlumat yerləşdirilib:

    “Universitetimizin Mühasibat uçotu ixtisasının I kurs tələbəsi Əli Hüseynov dünyasını dəyişib. Əli dünən Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində dəfn olunub”.

    Onun ölüm səbəbi yazılmasa da, koronavirusdan ölmədiyi qeyd edilib.

  • Türkiyədə infeksiyaya yoluxanların sayı 220 mini ötdü

    Bu gün Türkiyədə koronavirusdan 17 nəfər vəfat edib.

    Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

    Nazir qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı 5 508 nəfərə çatıb.

    Onun sözlərinə görə, son sutkada ölkədə COVID-19-a 931 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının ümumi sayı 220 572 nəfərə yüksəlib.

    Son gün ərzində 992 pasiyent sağalaraq evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 203 002 nəfər təşkil edir.

  • Bakıda təqaüd yaşındakı həkim koronavirusa yoluxdu

    Bakının Səbail rayonunda yerləşən A.H.Kazımov adına 1 saylı Şəhər Poliklinikasının baş həkiminin müalicə işləri üzrə müavini Nərmin Qasımova koronavirusa yoluxub.

    Hazırda həkimin vəziyyət orta ağırdır.

    N.Qasımova paytaxtdakı xəstəxanalardan birində müalicəsini davam etdirir.

    Qeyd edək ki, 18 ildən çoxdur 1 saylı Şəhər Poliknikasında işləyən N.Qasımova təqaüd yaşında olub.

  • Samuxda elektrik yarımstansiyasında partlayış baş verdi: Yaralanan var

    Samux rayonunda elektrik yarımstansiyasının əməkdaşı yanıq xəsarətləri alıb.

    APA-nın məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

    1962-ci il təvəllüdlü Bayramov İslam Əlinağı oğlu bədənin ikinci və üçüncü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

    İlkin məlumata görə, xəsarət alan şəxs Samuxda elektrik yarımstansiyasının əməkdaşıdır. Hadisə zamanı həmin şəxs növbədə olub, təmir işləri aparan zaman partlayış baş verib.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • AzTV-nin daha bir əməkdaşı koronavirusdan öldü – RƏSMİ

    “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin operatoru 74 yaşlı İmanov Abasağa koronavirusdan dünyasını dəyişib.

    Bununla bağlı AzTV məlumat yayıb.

    Bildirilib ki, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq bir aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib:

    “Altı gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib.

    AzTV kollektivi adından həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk”.

  • “Təcili yardımın gətirdiyi nənəmi xəstəxanaya buraxmadılar” – VİDEO

    “Təcili Tibbi Yardım nənəmi M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına apardı, 40 dəqiqə gözlətdikdən sonra vəziyyəti daha da ağırlaşan qadını 1 saylı Şəhər Kliniki Xəstəxanasına yönləndirdilər”.

    Bu sözləri Qafqazinfo-ya müraciətində COVID-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuriyyə Əlisəttar qızının nəvəsi Nurlan Əhmədli deyib. Bildirib ki, üç gündür evdə ambulator müalicə alan nənəsinin vəziyyəti ağırlaşdığı üçün Təcili Tibbi Yardıma müraciət ediblər:

    “Xəstəxanadan əvvəlcə boş yerin olduğu bildirilsə də, 40 dəqiqə gözlədikdən sonra əksini dedilər. Nənəmin vəziyyəti daha da ağırlaşdı. Məsələ ilə bağlı TƏBİB-ə iki dəfə şikayət etsək də cavab verilməyib”.

    Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri bildirib ki, TƏBİB tərəfindən qabaqcadan xəstəxanalardakı boş yerlərin siyahısı Təcili Tibbi Yardıma verilir:

    “Təcili Tibbi Yardım özbaşına hansısa xəstəxanaya xəstəni aparıb gözlədə bilməz. Əgər TTY xəstəni Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb və orada yer olmayıbsa, bu zaman xəstəxana günahkar deyil.

    Bununla bağlı təcili yardıma şikayət olunmalı və araşdırma aparılmalıdır. Yox, əgər boş yerin olmadığı sonradan bildirilib, koordinasiya olmayıbsa, bu, spesifik bir haldır və araşdırmalıdır”.

  • Xəzər dənizi üzərindən körpü tikilir? – AÇIQLAMA

    “Bakı şəhərinin mərkəzində avtomobil sıxlığının azaldılması məqsədilə Əhmədli qəsəbəsi ərazisindən “Bakı Kristal Zalı” istiqamətində dəniz üzərindən körpünün tikintisi ilə bağlı məsələ gündəmdə deyil”.

    Bu barədə Report-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

    Onun sözlərinə görə, hazırda bu cür körpünün tikintisi ilə bağlı məsələ müzakirə edilmir.

    Xatırladaq ki, bu gün Xəzər dənizinin üzərindən körpünün tikintisinin planlaşdırılması ilə bağlı məlumatlar yayılmışdı. Bu cür körpünün tikilməsi ilə bağlı məsələ 10 il bundan əvvəl müzakirə edilirdi. Sözügedən layihədə Cənubi Koreyanın da iştirakı gözlənilirdi.

  • “Zirə” perulu müdafiəçi ilə yollarını ayırdı

    “Zirə” klubu futbolçu Alvaro Ampuero ilə yollarını ayırıb.

    Klubun rəsmi saytının yaydığı məlumata görə, icarə müqaviləsi başa çatan perulu müdafiəçi ilə yeni anlaşma imzalanmayıb.

    “Zirə” Ampueroya göstərdiyi xidmətləri qarşılığında təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

  • Ayı və canavarları qəfəsdə saxlayan restoran sahibi cəzalandırıldı

    Ağstafa rayonu “Yaşıl Göl” restoranında vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazırliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

    Nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, “Yaşıl Göl” ailəvi istirahət mərkəzində iki ayı, iki canavar və iki meymunun qəfəsdə saxlanıldığına görə akt tərtib olunub. Vəhşi heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına, meymunlar isə zooparka təhvil veriləcək. Hazırda restoran sahibi Zöhrab Rəsulov barəsində qanunamüvafiq tədbirlər görülür.

    “Nazirlik vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasını pisləyir və vəhşi təbiətin mühafizəsinə öz töhfəsini verərək, bu faktı ictimailəşdirən hər kəsə təşəkkürünü bildirir”, – deyə İ.İbrahimova qeyd edib.

  • Orduya dəstək aksiyası yoluxma sayına necə təsir edəcək?

    “Hazırda statistikada dəyişiklik varsa,o, müsbət istiqamətdədir”.

    Bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Tovuz istiqamətində gedən döyüşlərdən sonra vətəndaşların orduya dəstək aksiyalarında toplaşma hallarına münasibət bildirən zaman deyib.

    O qeyd edib ki, hələ ki, toplaşmalarla bağlı yoluxma sayındakı artışı bu günlərdə görməyəcəyik: “Bilirik ki, xəstəliyin inkubasyon dövrü var. Ölkəmizdə baş verən müxtəlif məsələlərlə bağlı insanların emosional hissləri var və bu onları bəzi sərhədləri keçməyə məcbur edir. Ancaq unutmamalıyıq ki, koronavirus realdır”.

    Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov əlavə edib ki, şəhidlərimizi yola salmağa gələn insanlar öz hissləri ilə davranır: “Onlara hər hansı məhdudiyyət qoymaq düzgün olmaz. Ancaq məsafə saxlamaq çox vacibdir. Bizim ölkədə qeyri-qanuni keçirilən digər yas mərasimlərindən xəbərimiz var və bu, arzuolunan deyil”.