Month: August 2020

  • Məişət tullantılarının daşınması ilə əlaqədar Bakıda islahatlar aparılır

    Məişət tullantılarının daşınması ilə əlaqədar Bakı şəhərində islahatlar aparılır.

    Bunu Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

    Onun sözlərinə görə, hazırda Bakıda yeni pilot lahiyənin icrasına başlanılıb: “Bu proses İngiltərənin böyük şirkətlərindən biri ilə aparılır. Pilot layihə olaraq bu işlər hələlik Nərimanov rayonunda baş tutur. Sözügedən rayonda yeni konteynerlər yerləşdirilib və bunlar adi konteyner deyil. Hər birində tullantıların çeşidlənməsi funksiyası var. Nərimanov rayonundakı layihə yekunlaşdıqdan sonra, işlər Bakının digər rayonlarında da aparılacaq”.

  • Опасность заразиться COVID-19 в транспорте ниже, чем думали

    Исследования, проведенные транспортными управлениями в разных странах, позволяют сделать вывод, что общественный транспорт сам по себе не представляет опасности с точки зрения распространения COVID-19, пишет The New York Times (NYT).

    Корреспонденты издания опросили транспортные управления нескольких крупных городов, которые уже сняли жесткие карантинные ограничения. Так, в Париже органы системы здравоохранения обнаружили, что ни один из 386 кластеров инфекции, выявленных в период с начала мая по середину июля, не был связан с общественным транспортом города. К аналогичному выводу пришли и власти Австрии и Токио, пишет Коммерсант.

    При этом американское издание отмечает, что делать окончательные выводы о безопасности общественного транспорта пока рано, так как даже в мегаполисах пассажиропоток в транспорте все еще намного ниже значений, отмечавшихся до пандемии. Кроме того, безопасность поездки на общественном транспорте может быть гарантирована только при условии, если пассажиры будут носить маски и перчатки.

  • Prezidentin köməkçisindən kinoteatrların fəaliyyəti ilə bağlı AÇIQLAMA

    “Vergi ödəyiciləri pandemiya çərçivəsində ən çox əziyyət çəkənlərdəndir. Kütləvi şəkildə toplanma olduğu üçün kinoteatrlar və bu kimi müəssisələr həmin kateqoriyadandır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    Onun sözlərinə görə, dövlət tərəfindən dəstək çərçivəsində birinci proses zamanı bu kimi strukturlar nəzərə alınmışdı:

    “Vergi ödəyicilərinə ikinci yardımların verilməsi prosesi başlayır. Dövlət tərəfindən özəl sektor qarşısında qoyulan tələblərdən biri işçilərin ixtisara salınmamasıdır”.

    H.Hacıyev qeyd edib ki, hazırda özündə kütləvi toplaşmanı ehtiva edən müəssisələrin fəaliyyətinə icazə verilmir:

    “Aidiyyəti kanallar vasitəsilə müraciət olan zaman onların müraciətləri nəzərdən keçiriləcək və yardım məsələsinə baxılacaq”.

  • Nazirlik monitorinq apardı, 144 obyektdə pozuntu aşkarlandı

    İqtisadiyyat Nazirliyi ticarət və xidmət obyektlərində növbəti monitorinqləri davam etdirir.

    Nazirliyin mətbuat xidmətindən bildirilib ki, pandemiya şəraitinin və xüsusi karantin rejiminin müvafiq qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə iyulun 30-da keçirilmiş monitorinqlər zamanı Nərimanov rayonunda “Eqoist Şirniyyatı” dükanında, “Face Studio” xidmət obyektində, Heydər Heydərova məxsus qarışıq mallar mağazasında, Sabunçu rayonunda “Grandmart Supermarket”də, Mahir Məcidova məxsus ictimai iaşə obyektində, Xətai rayonunda “Helium Mağaza”da, Əmrah İsmayılova məxsus inşaat malları mağazasında, Binəqədi rayonunda “Uşaq geyim-oyuncaqlar satışı” mağazasında, “Buta Farm” MMC-yə məxsus aptekdə, Suraxanı rayonunda “Xəzər Market”də, Lətifə Şamiyevaya məxsus şirniyyat sexində, Qaradağ rayonunda “Dönərxana online satış” ictimai iaşə obyektində, Tural Ağayevə məxsus “İçkilər və şirələr” mağazasında, Yasamal rayonunda “Faceup Beauty” gözəllik salonunda, Murad Zeynalova məxsus ət satışı mağazasında, Səbail rayonunda “Entrée Restoranı”nda, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptekdə, Xəzər rayonunda “Oba Market”də, “Al Market”də, Nəsimi rayonunda Eldar İsmayılova, Şahlar Əliyevə məxsus oyuncaq, Kamran Eyubova məxsus gül mağazalarında, Nizami rayonunda İsmayıl İbrahimova məxsus ərzaq, “Hobbykitchen” MMC-yə məxsus qab-qacaq mağazalarında, Şamaxı rayonunda “Dostluq Ticarət Mərkəzi”ndə, Adil İmanova, Rəşad Babayevə, Elçin Rəhimova, Sadiq Mikayılova və Amil Bayramova məxsus ticarət obyektlərində, Masallı rayonunda “Ağa Market”də, “Sevimli Market”də, “Bol Market”də, “Buta Market”də, “Oba Market”də, Füzuli rayonunda Hikmət Verdiyevə məxsus “Avtomobil ehtiyat hissələri”, Yusif Bağırova məxsus “Tikinti materialları” mağazalarında, Salman Abbasova məxsus “Market”də, Bərdə rayonunda Rauf Süleymanova, Elçin Nəsirova, Vasif Məmmədova məxsus ət kəsimi obyektlərində, ümumilikdə, monitorinq aparılmış 809 obyektin 144-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

    Monitorinqlərdə müvafiq qayda və tələblərə əməl edilməsinin zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

    İyulun 30-da nəzarət-yoxlama tədbirləri keçirilmiş 690 obyektin 91-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyənləşdirilib və nöqsana yol vermiş vergiödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

    Qeyd edək ki, mayın 22-dən iyulun avqustun 3-dək monitorinq aparılmış 20 385 sahibkarlıq subyektindən 7 629-da zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

    Bununla yanaşı, paytaxtda və regionlarda yerləşən ticarət, xidmət və istehsal obyektlərində aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində zəruri qayda və tələblərə əməl olunmaması halları əhəmiyyətli dərəcədə azalıb. Hazırda bu sahədə nöqsanlar əsasən, kiçik ticarət və xidmət obyektlərində müşahidə olunur.

    Mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir.

  • Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA

    Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

    Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, bu gün 5874 koronavirus testi edilib. Onlardan 241-i pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 744 837-ə çatıb.

    Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 259 nəfərdir. Onlardan 62 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

    Hazırda ölkədə 4456 nəfər aktiv koronavirus xəstəsi var.

  • Оперштаб: Снятие последующих ограничений будет поэтапным

    Открытие крупных торговых центров пока не предусматривается, чтобы не допустить пребывания большого количество людей в замкнутом пространстве.

    Об этом заявил помощник Президента Азербайджанской Республики – заведующий отделом по вопросам внешней политики Администрации Президента Хикмет Гаджиев.

    В свою очередь, завотделом Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Ягут Гараева отметила, что вопрос открытия мест общественного питания находится на стадии обсуждения.

    «Нужно учитывать, что во время приема пищи соблюдать социальную дистанцию и носить макси практически невозможно. Мы пошли на первое смягчение, снятие последующих ограничений будет поэтапным, речь идет об открытии мелких магазинов или спортивных залов», – сказала она.

  • TƏBİB-dən müəssisələrin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA

    “Biz yumşaldılmaya və açılışa doğru getmək istəyirik. Bu, mərhələli şəkildə olmalıdır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

    O qeyd edib ki, insanların sosial ehtiyacları nəzərə alınaraq, müəssisələrin açılmasına icazə verilir:

    “Bərbərlərin və gözəllik salonlarının açılması daha böyük zərurət idi, nəinki zinət əşyalarının satış yerləri. Gələcəkdə bu mağazaların açılması müzakirə edilə bilər”.

    //oxu.az

  • “Mançester Siti”nin yeni forması – FOTO

    “Mançester Siti” yeni mövsüm səfər oyunlarında geyinəcəyi formanı təqdim edib.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, yeni forma qara rəngdədir. Formanın üzərində naxışlar yer alıb.

  • “Koronavirusdan sağalmış xəstələrin donor kimi qan verməsi könüllü prosesdir”

    Koronavirusdan sağalmış xəstələrin donor kimi qan verməsi könüllü bir prosesdir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

    Onun sözlərinə görə, koronavirusdan sağalan xəstələrin qanından plazma kimi istifadə edilir: “Ancaq hər sağalmış xəstənin qanından hər xəstə üçün istifadə etmək mümkün deyil. Kimsə gözləməsin ki, hansısa xəstənin vəziyyəti ağırlaşsın, sonra qan verək. Bu gün xəstələrin sağalması üçün plazmaya çox ehtiyac var”.

  • Azərbaycan fındıq ixracını artırıb

    2020-ci ilin may ayında Azərbaycanın təmizlənmiş fındıq ixracı ötən ilin mayı ilə müqayisədə 200 min dollar artıb.

    Median.Az xəbər verir ki, bunu Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

    Onun sözlərinə görə, pul ekvivalentində may ayında ixrac həcmi 8,5 milyon dollar təşkil edib:

    “2002-ci ilin yanvar-may aylarında Azərbaycandan 51 milyon dollar məbləğində təmizlənmiş fındıq ixrac edilib. Hesabat dövrü ərzində ixrac 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azalıb”.

    İ.Orucov qeyd edib ki, 2019-cu ildə Azərbaycan ərazisində fındıq məhsuldarlığı 20 min tona bərabər olub. Mövsümün əvvəlindən ixrac həcmi 16 min ton təşkil edib, qalan 4 min ton daxili bazarın payına düşüb:

    “Daxili bazarda satış həcmləri kəskin azalıb, amma bu qiymətlərə təsir etməyib. Xüsusi karantin rejimi dövründə bütün sərhədlər bağlı olduğu vaxt Azərbaycan fındığı Rusiyaya və bir sıra Avropa ölkələrinə ixrac edilirdi”.