Month: August 2020

  • Минобразования об использовании медмасок школьниками

    Для детей до 12 лет медицинская маска может стать источником заражения, считает ВОЗ.

    Об этом на брифинге 27 августа заявил советник министра образования Азербайджана Рустам Агаев.

    “Число инфицированных среди детей очень маленькое. По этой причине ВОЗ рекомендует носить медмаски детям старше 12 лет. Мы считаем целесообразным, чтобы школьники этого возраста носили маски”, – заявил Р.Агаев.

  • Hansı şagirdlərin dərslərdə maska taxmasına ehtiyac yoxdur? – AÇIQLAMA

    12 yaşdan kiçik uşaqlar üçün maska infeksiya mənbəyi ola bilər.

    Bunu nazirin müşaviri Rüstəm Ağayev deyib.

    O bildirib ki, bu barədə ÜST məlumat yayıb:

    “Uşaqlar arasında yoluxma çox azdır. İyul ayı üçün ABŞ-da uşaqların koronavirusa yoluxması iki faiz təşkil edir. Bu səbəbdən, ÜST 12 yaşdan yuxarı uşaqların maska taxmasını tövsiyə edir.

    Biz də buna əsasən məktəblərdə 12 yaşdan yuxarı şagirdlərin maska taxmasını münasib görürük”.

  • Nazirdən əlaçı şagird və tələbələrə güzəştlərlə bağlı AÇIQLAMA

    Güzəşt və yardımlarla bağlı məqamlar bir neçə istiqamətdə dəyərləndirilməlidir.

    Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

    O bildirib ki, bəzən yüksək nəticə əldə edən, əlaçı şagird və tələbələrə güzəştlərin tətbiq edilməsi istənilir:

    “Bu qiymətləndirmə məsələsi bir qədər ədalətli olmalıdır. Çünki yüksək bal toplayan tələbə ödənişsiz əsaslarla oxuyur. Amma yaxşı oxuyan və ya əlaçı olan elə şagird və tələbələr var ki, onların sosial durumlarına baxsaq bu güzəştlərə ehtiyacları olmur.

    Sosial durumuna görə güzəştlər və yardımlar isə dövlət tərəfindən edilir”.

  • Şagirdlərə onlayn tədris üçün planşetlər paylanılacaq? – RƏSMİ

    Hər şagirdə planşet paylamaq düzgün qiymətləndirmə deyil.

    Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

    O bildirib ki, 40 min müəllimə internet paketi paylanılıb:

    “Özəl şirkətlərdən biri ilə əməkdaşlıq çərçivəsində biz müəllimlərin tədris prosesində problemsiz iştirakı üçün onlara internet paketləri təşkil etdik.

    Bununla biz onların tədris prosesini də izləmiş olduq. Lakin şagirdlərin internetə qoşulması üçün planşet paylanması real görünmür.

    Onların istifadə qaydasının izlənməsinə də gərək ola bilər. Düşünürəm ki, bu məsələ daha başqa formada qiymətləndirilməlidir”.

  • Эмин Амруллаев: Благодаря видеоурокам у нас есть обширная база по разным предметам

    Мы согласны с тем, что онлайн-образование в стране может быть лучше.

    Об этом заявил на брифинге министр образования Азербайджана Эмин Амруллаев.

    По его словам, с 3 марта процесс цифровизации образования шел очень ускоренно.

    “За два месяца (апрель-май) один миллион студентов и более 100 000 учителей присоединились к дистанционному обучению”, – сказал он.

    Министр сообщил, что в некоторых странах, как и в Азербайджане, обучение проходило посредством телеуроков.

    “Благодаря этим видеоурокам у нас есть обширная база по разным предметам”, – сказал он.

  • Nazirdən onlayn dərslərlə bağlı VACİB AÇIQLAMA

    “Ölkədə internet və onlayn tədris daha yaxşı ola bilərdi, biz bununla razıyıq”.

    Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

    O bildirib ki, martın 3-dən bu günə qədər pandemiya dövründə tədris prosesində elektronlaşma sürətlə gedib:

    “Aprel ayında bir milyon şagird və 100 mindən artıq müəllim e-mail ünvanı açaraq, distant təhsilə qoşulub və bundan yararlanıb. Düşünürəm ki, bu artımın səbəbi tələbatla bağlı olaraq dəyişib”.

    Nazir bəzi ölkələrdə də teledərslərin şagirdlərə təqdim edildiyini deyib:

    “Bu, şagirdlər üçün çox müsbət haldır. Həmin videodərsliklər sayəsində biz müxtəlif fənlərlə bağlı geniş bazaya sahib oluruq”.

  • Эмин Амруллаев: Студенты вузов продолжат обучение дистанционно

    В Азербайджане студенты вузов с 15 сентября продолжат обучение дистанционно, то есть в онлайн-формате.

    Об этом на брифинге 27 августа заявил министр образования Эмин Амруллаев.

    “Студенты вузов с 15 сентября продолжат обучение дистанционно. С 15 октября представители ряда специальностей, требующих работы в лабораториях, смогут вернуться к традиционной форме обучения на основе соответствующих протоколов”, – сказал Э.Амруллаев.

    По его словам, 1 октября первокурсники придут ознакомиться со своим учебным заведением.

    “После 2 ноября ситуация может измениться”, – заявил министр.

  • Birinci kurs tələbələrinin tədrisə başlayacağı vaxt açıqlandı

    Birinci kursların ali təhsil müəssisələrinə qeydiyyatında gecikmə olduğu üçün tədris oktyabrın 1-dən başlayacaq.

    Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

    O bildirib ki, ali təhsil müəssisələrinə gələn birinci kurs tələbələri tədris prosesi ilə tanış olacaqlar:

    “Tələbələr ilkin olaraq tədris prosesi ilə əyani şəkildə tanış olduqdan sonra distant tədrisə davam edəcəklər”.

  • Tələbələrə ödənişlərdə güzəşt olunacaq? – Nazirdən AÇIQLAMA

    Təxminən 113 min tələbə ödənişli təhsil alır. Onlardan 15 min 309 nəfərin ödənişləri müvafiq qaydada dövlət tərəfindən qarşılanır. Bu da 13 milyon manata yaxın vəsait deməkdir.

    Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

    O bildirib ki, bu məqamda ehtiyac meyarı əsas götürülüb:

    “Pandemiya dövründən asılı olmayaraq, güzəştlərin bütün tələbələrə verilməsi o qədər də mümkün deyil. Ali təhsil müəssisələrinin maliyyə dayanıqlılığı tələbələrin ödənişlərindən asılıdır.

    Ödənişli əsaslarla oxuyan 17 min 200 tələbənin də ödənişi dövlət tərəfindən qarşılanır. Bütün hallarda pandemiya ilə bağlı bir sıra güzəştlər edilib.

    Daha sonra atılacaq addımlar isə gələcəkdə vəziyyətin hansı istiqamətdə davam edəcəyindən asılıdır. Pandemiyanın nə zaman bitəcəyi bilinmir”.

  • Qonşu ölkədə vaksinlər sadə vətəndaşlar üçün bazarlara çıxarıldı

    Rusiyada koronavirus infeksiyasına qarşı peyvənd mülki dövriyyəyə buraxılıb.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə RF Səhiyyə naziri Mixail Muraşko xəbər verib.

    Xatırladaq ki, Rusiyada “Vektor” mərkəzində hazırlanan koronavirus peyvəndinin kursunu başa vuran hər kəsdə anticism tapılıb.

    Qeyd olunur ki, könüllülərdə ciddi narahatlıq, mərkəzi sinir və ürək-damar sistemlərində yaranan ağırlaşmalar, eləcə də hərarət olmayıb.