Month: August 2020

  • Restoranlarda qablardan koronavirusa yoluxmaq mümkündür? – AÇIQLAMA

    “Restoranlarda vətəndaşlara xidmət zamanı qabların, stəkanların, çəngəl və qaşıqların təmiz olmaması yoluxma riski yarada bilər”.

    Bunu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov deyib.

    O bildirib ki, buna baxmayaraq, hava-damcı yolu ilə yoluxma riski daha çoxdur:

    “Dediyiniz məqamda yoluxma riski yoxdur demək olmaz. Çox az faizlə risk mövcuddur. Lakin digər məqam aidiyyəti orqanların bu kimi hallara qarşı tətbiq etdiyi cərimə prosedurlarıdır.

    Cərimə məbləğini nəzərə alsaq, düşünmürəm ki, sahibkarlar bu mövzuya laqeyd yanaşsınlar. Bütün hallarda monitorinqlər aparılır. Vətəndaşlar da bu məsələdə daha həssas olmalı və özlərini qorumalıdırlar”.

  • Эльнур Азадханов опроверг утверждения о продаже лекарств в больницах пациентам с COVID-19

    Если есть факты того, что больным коронавирусом в медучреждениях продают лекарства, то пациент должен подать жалобу, и данный инцидент будет расследован.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на брифинге оперативного штаба при Кабинете министров 21 августа заявил директор Центральной больницы Джалилабадского района Эльнур Азадханов.

    По его словам, пока подобных жалоб не поступало.

    “Хочу заметить, что больным все препараты назначают в соответствии с протоколом лечения”, – сказал он.

  • Koronavirus xəstələrinə dərmanlar pulla verilib? – AÇIQLAMA

    Xəstəxanada koronavirus xəstəsinə dərman preparatının ödənişlə verilməsi ilə bağlı fakt varsa, həmin şəxs müraciət edərsə, araşdırılacaq.

    Bunu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov deyib.

    O bildirib ki, bu barədə şikayət daxil olmayıb:

    “Dərmanlar protokola uyğun verilir. Protokoldan kənar dərmanlar verilə bilməz. Çünki yanaşı xəstəliyi olan insanların orqanizmini yükləmək olmaz.

    Buna görə də bütün dərmanlar xəstələrə protokola uyğun olaraq tətbiq edilir. Bütün hallarda həmin şəxs bizə müraciət etsin və məsələni araşdıraq”.

    //oxu.az

  • В Азербайджане закрыли несколько коронавирусных больниц – Официально

    “В условиях пандемии к борьб с коронавирусом привлекаются все медработники независимо от специальности”.

    Об этом сегодня на пресс-конференции в Оперативном штабе при Кабинете министров сказала заведующая отделом контроля и профилактики заболеваний TƏBİB Ягут Гараева.

    Она отметила, что в Баку и регионах проведено много тренингов.

    “В этих тренингах приняли участие и наши врачи других специальностей. Это практикуется в мире. Из-за снижения инфицирования и малого числа больных мы закрыли некоторые пандемические больницы. Врачам предоставлен отдых. Идет подготовка к осени”, – отметила Я.Гараева.

  • TƏBİB-dən vəzifəli şəxslərin karantini pozaraq toy etmələri ilə bağlı AÇIQLAMA

    “Yoluxmaların artımının qarşısının alınması üçün monitorinqlər aparılır və iaşə obyektlərində neqativ məqamlar da aşkarlanır”.

    Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

    O bildirib ki, Nazirlər Kabinetinin qərarı hər kəs üçün keçərlidir:

    “Biz hər birimiz bu qərara riayət etməliyik ki, yoluxma sayı aşağı düşsün. Təəssüf ki, dediyiniz məqamlar mövcuddur və sizin də dediyiniz kimi, aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.

    Biz, sadəcə olaraq, vətəndaşlarımızı yeni qaydalarla yaşamağa öyrəşməyi və həm özlərini, həm də ətrafındakıları virusdan qorumağa səsləyirik”.

    Qeyd edək ki, son günlər bir sıra vəzifəli şəxslərin ailələrində toy mərasimləri xəbərləri yayılır.

    //oxu.az

  • Prezident İlham Əliyev ASAN xidmətə yeni səlahiyyətlər verdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gömrük işi və miqrasiya xidməti sahəsi ilə əlaqədar Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN Xidmət) əlavə səlahiyyətlərin verilməsi ilə bağlı fərman imzaladı.

    Fərmana əsasən, Dövlət Agentliyinə gömrük işi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı xarici ticarətin gömrük statistikası barədə məlumatların verilməsi, gömrük qanunvericiliyi ilə bağlı məsləhət və məlumatların verilməsi səlahiyyəti həvalə olunub.

    Miqrasiya sahəsində xidmətlərin göstərilməsi ilə bağlı Dövlət Agentliyinə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətlərin qəbul edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemindən həmin Xidmətin fəaliyyət istiqamətləri üzrə arayışların verilməsi tapşırılıb.

    Eləcə də vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və onlarda dəyişiklik edilməsi, vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğvi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası təmin olunması Dövlət Agentliyinə tapşırılıb.

    Eyni zamanda yeni fərmana əsasən, kənd təsərrüfatı sahəsində xidmətlərin göstərilməsi ilə bağlı fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər subyektlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatı, fermerlərə bitkiçilik sahəsində subsidiyaların verilməsi ilə bağlı sənədlərin sisteminə daxil edilməsi üçün qəbulu ilə bağlı Dövlət Agentliyinə səlahiyyətlər verilib.

  • Фаррух Садиров о возможности заражения коронавирусом от бессимптомных больных

    Довольно часто врачей спрашивают о том, являются ли носителями коронавируса бессимптомные больные.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на брифинге оперативного штаба при Кабинете министров 21 августа заявил врач – инфекционист Центральной больницы нефтяников Фаррух Садиров.

    По его словам, риск инфицирования не исключен при условии, если больной будет находиться более 4-5 минут на расстоянии менее одного метра без маски от здорового человека.

  • Koronavirusun əsas əlamətləri açıqlandı

    Bu gün halsızlıq və hərarət COVID-19-un əsas əlaməti olaraq görülür.

    Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

    Onun sözlərinə görə, mədə-bağırsaq, qusma və digər simptomlar da koronavirusa xas ola bilər:

    “Lakin virusun ilkin simptomu kimi dadbilmənin itməsi, xroniki burun ciblərinin tutulması göstərilir. Bütün digər simptomlar da virusa yoluxmaya həyəcan təbili ola bilər.

    Bu, dünya təcrübəsində də belədir. Odur ki, xəstəliyin simptomsuz keçməsini də nəzərə alaraq, tibbi maskadan istifadə edilməli, sosial məsafəyə riayət olunmalıdır”.

    //oxu.az

  • Vahid Əhmədov: “Toyların keçirilməsinə icazə verilməlidir”

    Nazirlər Kabineti yanında Operativ Qərargah toyların keçirilməsi ilə bağlı qərarını verməlidir.

    Bunu Report-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

    Onun sözlərinə görə, toyların keçirilməsinə müəyyən şərtlər daxilində icazə verilməlidir:
    “Belə ki, insanlar karantin qaydalarına əməl etməli, tibbi maskadan istifadə etməli və ara məsafəsini qorumalıdır. Toyda iştirakla bağlı müəyyən say həddi tətbiq edilməlidir”.

    Vahid Əhmədov son günlər sosial şəbəkələrdə yayılan toy görüntülərinə də münasibət bildirib:

    “Bəzi şəxslər var ki, 1-2 ildir ki, nişanlıdır. Elə məqam gəlir çatır ki, onlar bu toyu etmək istəyirlər. Bunu qınamaq da olmur. Hesab edirəm ki, toyların keçirilməsinə icazə vermək lazımdır. Əlbəttə ki, hazırda toyların keçirilməsi müəyyən problemlər yarada, xəstəliyin artmasına səbəb ola bilər. Ancaq hazırda Operativ Qərargah tərəfindən toyların keçirilməsi qadağan edilib. Belə bir şəraitdə toyları keçirmək lazım deyil. Hər bir şəxs müəyyən olunan qaydalara əməl etməlidir”.

  • Yoluxmalarla bağlı karantinin yenidən sərtləşdirilməsi mümkündür? – AÇIQLAMA

    Bu gün yoluxmalarda az da olsa, artım müşahidə edilir. Vəziyyət müşahidə edildikcə ona uyğun qərarlar verilə bilər.

    Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

    O bildirib ki, yumşalma və ya sərtləşdirmə ilə bağlı qərarlar qəbul olunmayıb:

    “Bu gün müzakirələr gedir, artım var. Lakin hələ hər hansı yeni qərar qəbul olunmayıb. Bu istiqamətdə yeni qərar olarsa, ictimaiyyətə məlumat veriləcək”.
    //oxu.az