Month: October 2020

  • Düşmən mərmisi yaşayış evini dağıtdı – VİDEO

    Ermənistan silahlıları Tərtər şəhərini və cəbhəyanı kəndləri atəşə tutmaqda davam edir.

    Baku TV xəbər verir ki, xüsusən rayonun Şıxarx qəsəbəsi düşmən mərmilərinə tuş gəlib.

    Şıxarx qəsəbəsi məcburi köçkünlərin yaşadığı ərazidir.

    Qəsəbə sakininin sözlərinə görə, düşmən qəsəbəni fasiləsiz atəşə tutur.

  • Prezident düşmənin məhv edilən və götürülən texnikalarını açıqladı

    “Bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası məhv edilib və hərbi qənimətlər götürülüb”.

    Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.

    İ.Əliyev qeyd edib ki, düşmənin 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, bir Uraqan, 10 özü yeriyən artilleriya qurğusu, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, iki HHM vasitəsi, iki “S-300” kompleksinin, 25 ASA zenit raket kompleksi, dörd radio texniki maneə vasitəsi, 136 top, 56 mina atan, bir Tos-1-a sursatı və iki radiolokasiya stansiyası məhv edilib.

    Prezident düşməndən qənimət götürülən hərbi texnikadan da danışıb:

    “Düşməndən 18 tank, dörd top, 22 piyadaların döyüş maşını, 12 minaatan, dörd UAZ maşını, bir ekskavator, 27 “İqla” kompleksi, bir ZİL maşını və doqquz QAZ maşını götürülüb. Düşmənin əlində Azərbaycan silahlı qüvvələrinə aid olan bir texnika da yoxdur”.

  • Müddətli həqiqi hərbi xidmətə çağırış davam edir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il avqustun 26-da imzaladığı Sərəncama əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, möhlət hüququ olmayan vətəndaşlarımızın müddətli həqiqi hərbi xidmətə çağırışı davam edir.

    Dövlət Xidmətindən verilən məlumata görə, gənclər həqiqi hərbi xidmətə getmək, Vətən qarşısında borclarını yerinə yetirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə böyük ruh yüksəkliyi və həvəslə gəlirlər.

    Yolasalma mərasimlərində müvafiq qoşun növlərinin hərbi hissələrinə – təlim mərkəzlərinə göndərilən və qarşıdakı üç ay müddətində orada təlimlər keçəcək, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunacaqları yerlərdə davam etdirəcək gənclərə şanlı Azərbaycan əsgəri kimi müqəddəs adı daşımaları münasibətilə təbriklər çatdırılır, onlara şərəflə xidmət etmələri, nizam-intizamlı olmaları, hərb işinin sirlərinə mükəmməl yiyələnmələri, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələri tövsiyə edilir.

    Xalqımız tarixin müxtəlif dövrlərində taleyini daim inandığı nizami orduya, cəsur, mübariz sərkərdələrə, vətənpərvər oğullara etibar edib. Hərbi xidmətə yola düşən çağırışçılar məhz belə şəxsiyyətləri özlərinə nümunə bilərək Vətənə layiqli övlad kimi xidmət edəcəklərini vurğulayırlar.

  • Hərbi vəziyyət dövründə mülki PUA-ların istifadəsi qadağan edildi – RƏSMİ

    “Cəbhə xəttində intensiv döyüş əməliyyatlarının aparıldığı indiki vaxtda respublika ərazisində mülki pilotsuz uçan aparatların (PUA) müxtəlif məqsədlərlə havaya qaldırılması əhali arasında narahatlıq yaratmaqla aidiyyəti dövlət strukturlarının fəaliyyətinə maneə törədir”.

    Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Bildirilib ki, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi vəziyyətin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq bütün mülki pilotsuz uçan aparatların hərbi vəziyyət dövründə istifadəsinin qadağan edildiyi bir daha diqqətə çatdırılır.

    Bununla əlaqədar, ölkə səmasında bu növ pilotsuz uçan aparatları müşahidə edən şəxslərdən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə (012) 405 99 99 və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (012) 497 16 73 nömrəli telefonlar vasitəsilə məlumat vermələri xahiş olunur.

  • Уничтожены средства радиоэлектронной борьбы противника – ВИДЕО

    Уничтожены средства радиоэлектронной борьбы противника.

    Об это сообщает Министерство обороны Азербайджана.

  • Düşmənin radioelektron mübarizə vasitələri məhv edildi – VİDEO

    Düşmənin radioelektron mübarizə vasitələri məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Президент Ильхам Алиев: Азербайджанская армия освободила Гадрут и ряд сел

    Поздравляю наш народ по случаю освобождения азербайджанской армией ряда населенных пунктов от оккупации.

    Об этом заявил Президент Ильхам Алиев, выступая 9 октября в прямом эфире AzTV с обращением к азербайджанскому народу.

    “Это – поселок Гадрут, села Чайлы, Юхары Гюздек, Горазилли, Гышлаг, Гараджалы, Эфендилер, Сулейманлы, Сур.

    Освобождение этих сел и поселка Гадрут – историческая победа. Почти каждый день мы получаем с фронта хорошие вести. Наши солдаты и офицеры выполняют боевые задачи на высоком уровне.

    Планы операций основаны на современных принципах ведения боевых действий. С точки зрения боевой подготовки азербайджанская армия имеет полное превосходство на поле боя”, – сказал глава государства.

  • İlham Əliyev: “Azərbaycan ordusu Hadrutu və bir neçə kəndi azad etdi”

    “Azərbaycan ordusunun işğaldan azad etdiyi yaşayış məntəqələri münasibətilə xalqımızı təbrik edirəm”.

    Bu barədə ölkə başçısı İlham Əliyev AZTV telekanalında xalqa müraciəti zamanı məlumat verib.

    Prezident İlham Əliyev işğaldan azad edilən kəndlərin adlarını sadalayıb:

    “Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzdək, Gorazilli, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.

    Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbədir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirirlər.

    Əməliyyat planları müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan ordusu döyüş hazırlığı baxımından döyüş meydanında tam üstünlüyə malikdir”.

  • Президент Ильхам Алиев обратился к азербайджанскому народу – ВИДЕО

    Президент Ильхам Алиев выступил с обращением к азербайджанскому народу.

  • İlham Əliyev Azərbaycan xalqına müraciət edib – VİDEO

    Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edir.

    Dövlət başçısının müraciətini təqdim edirik: