Month: October 2020

  • Azərbaycandan gedən ermənilərə Ermənistanda aşağılayıcı münasibət – VİDEO

    Azərbaycandan gedən ermənilər Ermənistanda yad kimi qəbul olunurlar.

    Bu, sosial şəbəkələrdə yayılan videodan aydın olur.

    Çıxış edən ermənilər qeyd edir ki, 30 ildir Ermənistan cəmiyyəti onları qəbul etmir və dövlət elə şərait yaradır ki, Azərbaycandan gələn ermənilər ya ölkəni tərk etsin, ya da məhv olsunlar.

    “Dövlət bizimlə maraqlanmır. Biz hər il prezidentdən başlayaraq ictimai və dövlət strukturlarına vəziyyətimizlə bağlı məktublar ünvanlayırıq. Ancaq bir cavab alırıq: “Pul yoxdur”.

    30 ildir bizə heç bir vəsait ayrılmır. Halbuki Ermənistan beynəlxalq təşkilatlardan qaçqınların vəziyyətinin yaxşılaşdırılması üçün kömək alır”, – bunu Azərbaycandan gedən erməni Rima Abramyan bildirib.

  • Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq – XƏBƏRDARLIQ

    Oktyabrın 10-u və 11-də paytaxtda dezinfeksiya işləri aparılacaq.

    Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

    Bildirilib ki, son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq, kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

    Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

  • В результате провокации противника в Физули тяжело ранен сотрудник ANAMA – ОФИЦИАЛЬНО

    В результате очередной атаки вооруженных сил Армении на мирных жителей Азербайджана тяжелое ранение получил сотрудник Физулинского регионального отделения Национального агентства по разминированию территорий АР (ANAMA) Самир Хидаят оглу Асадов (1982 г.р.), сообщает ANAMA.

    Он был госпитализирован с тремя осколочными ранениями, и в настоящее время его оперируют, отмечается в информации.

    “Этот инцидент еще раз доказывает, что вооруженные силы Армении, помимо обстрелов мирных жителей и гражданских объектов, также наносят удары по сотрудникам ANAMA, занимающимся обеспечением безопасности населения”, – говорится в сообщении.

  • Füzulidə düşmən təxribatı nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralandı – RƏSMİ

    Bu gün səhər saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə dinc əhalini hədəfə alması nəticəsində Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Füzuli regional idarəsinin əməkdaşı, 30 noyabr 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu ağır şəkildə yaralanıb və əməliyyat olunmaq üçün təcili xəstəxanaya çatdırılıb.

    Bu barədə ANAMA məlumat yayıb.

    Bildirilib ki, yaralıda üç ədəd qəlpə yarası aşkar edilib və hazırda cərrahiyyə əməliyyatı davam edir. S.H.Əsədovun vəziyyəti ağır olaraq qalır:

    “Qeyd olunanlar bir daha sübut edir ki, erməni silahlı qüvvələri mülki əhali və obyektləri atəşə tutmaqla yanaşı, əhalinin təhlükəsizliyini təmin edən humanitar minatəmizləmə ilə məşğul olan Agentliyin işçi heyətini də hədəfə alırlar.

    Qeyd etmək istəyirik ki, hazırda cəbhəboyu mülki ərazilərdə infrastrukturun, mülki obyektlərin və yerli əhalinin təhlükəsiyliyinin təmin edilməsi məqsədilə Agentliyin işçi heyəti 24 saatlıq fasiləsiz iş rejimi ilə fəaliyyət göstərir.

    Həmin ərazilərdə yerləşən şəhər, rayon və onlara daxil olan kəndlərdə Agentlikdə təşkil olunan qruplar tərəfindən sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydaları, Mina Təhlükəsinə dair Maarifləndirmə və xəbərdarlıq istiqamətində təbliğat fəaliyyəti həyata keçirilir”.

  • Azərbaycanda nazirdən yüksək vəzifəyə TƏYİNAT

    Ədliyyə naziri Fikrət Məmmədov nazirliyin Baş idarəsinə yeni rəis təyin edib.

    Unikal.org-un məlumatına görə, nazir F.Məmmədovun əmri ilə Cəfərov İlqar Xanlar oğlu Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə rəis təyin edilib.

    O, bu təyinata qədər Məhkəmə Ekspertizası Mərkəzində rəis vəzifəsində çalışıb.

    Qeyd edək ki, bir müddət öncə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev vəzifəsindən azad olunmuşdu.

  • ATƏT-in Minsk qrupu Qarabağla bağlı danışıqları Moskvada davam etdirir

    Dünən Cenevrədə keçirilmiş ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağdakı vəziyyətin həlli ilə bağlı danışıqlar cümə günü Moskvada davam edəcək.

    Bu barədə TASS diplomatik mənbələrə istinadən xəbər yayıb.

    “Danışıqlar bu gün Azərbaycan Xarici İşlər naziri ilə davam edəcək, ancaq Moskvada (Cenevrədə deyil)”, – deyə mənbədən bildirilib.

  • Azərbaycan daha bir erməni təxribatı ilə üz-üzə – XƏBƏRDARLIQ

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən “Mail.ru” elektron poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı kütləvi “fişinq” kampaniyalarının həyata keçirildiyini qeydə alıb.

    Nazirliyin açıqlamasında bildirilir ki, elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar göstərir ki, bu “fişinq” hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin cihazlarını zərərverici ilə yoluxdurmaqdır.

    Saxta e-poçtlardan birində guya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən döyüşdə həlak olanların siyahısının açıqlandığı bildirilir və həmin faylı yükləmək üçün keçidə daxil olunması istənilir.

    Həmin faylın içərisində isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub məlumatları yükləyən istifadəçinin cihazı yoluxur. Digər bir e-poçtda cəbhəyanı bölgələrlə bağlı mövcud vəziyyətə uyğun olmayan və reallığı əks etdirməyən saxta məlumatlar yer alır.

    Həmçinin müxtəlif sosial şəbəkələrdə saxta hesablardan azərbaycanlı istifadəçilərə yazaraq Azərbaycandakı mövcud vəziyyətlə bağlı məlumat toplamağa çalışırlar.

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “Mail.ru” e-poçt xidmətinin istifadəçilərinə xüsusilə ayıq davranmağı, tanımadığı şəxslər tərəfindən göndərilən heç bir keçidə (linkə) daxil olmamağı və ya hər hansı faylı yükləməməyi tövsiyə edir:

    “Bildiririk ki, hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.

    Baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlamağınızı və Elektron Təhlükəsizlik Xidmətinə göndərməyinizi xahiş edirik”.

  • Баку и Ереван подтвердили участие в консультациях в Москве

    Азербайджан и Армения подтвердили участие своих министров иностранных дел в консультациях в Москве, которые состоятся 9 октября. В настоящий момент идет активная подготовка к этому мероприятию, сообщила ТАСС официальный представитель МИД РФ Мария Захарова.

    “Баку и Ереван подтвердили участие в консультациях на уровне министров иностранных дел в Москве. Идет активная подготовка”, – отметила она.

    Ранее президент России Владимир Путин пригласил глав МИД Армении и Азербайджана в Москву для проведения консультаций по вопросам обмена телами погибших и пленными.

  • Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədi

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri cümə günü Moskvada Dağlıq Qarabağla bağlı keçiriləcək məsləhətləşmələrdə iştiraklarını təsdiqləyiblər.

    TASS-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

    Onun sözlərinə görə, hazırda bu tədbir üçün hazırlıqlar davam edir.

    “Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədi. Aktiv hazırlıqlar davam edir”, – deyə o bildirib.

    Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin müzakirələrin aparılması üçün Azərbaycan və Ermənistan XİN rəhbərlərini bu gün Rusiyaya dəvət edib.

  • В Италии азербайджанские студенты поддержали нашу армию – ВИДЕО

    Азербайджанские студенты, получающие образование в итальянском городе Милане, организовали акцию в поддержку нашей армии, которая проводит контрнаступательные операции в ответ на армянские провокации.

    Наши соотечественники исполнили песню “Карабах”.