Как стало известно, выдвигающаяся из Ханкенди в ночное время суток танковая колонна противника, состоящая из трех боевых машин, направлялась на передовую. Но не доехав до передовых частей, она попала под огонь своей артиллерии. Об этом сообщает Министерство обороны Азербайджана.
“По имеющейся информации, точным попаданием один танк вместе с экипажем полностью уничтожен, остальные выведены из строя”, – говорится в сообщении.
Month: October 2020
-
Минобороны АР: Армянские танки попали под огонь своей артиллерии, экипаж одного из них уничтожен
-
Düşmən öz tanklarını atəşə tutdu: Ekipaj məhv edildi – RƏSMİ
Məlum olduğu kimi, düşmənin üç tankından ibarət tank kolonu gecə vaxtı Xankəndindən çıxaraq, ön xəttə doğru irəliləyib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, lakin ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb.
Məlumatlara görə, “dəqiq” zərbə ilə bir tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb.
-
Из 300 кассетных боеприпасов, выпущенных Арменией по БТД, разорвались только два – ФОТО/ВИДЕО

Армения выпустила 300 запрещенных кассетных боеприпасов по территории Евлаха близ нефтепровода Баку-Тбилиси-Джейхан (БТД).
Специалисты выясняют, из ракетной установки какого типа наносились удары.Из 300 боеприпасов разорвались только два, 242 не были активированы. Не взорвавшиеся снаряды будут перенесены в безопасное место для утилизации.
В основном эти боеприпасы используются для уничтожения как тяжелой, так и другой военной техники и представляют угрозу для военнослужащих и гражданского населения.







-
Ermənistanın BTC kəmərinə atdığı 300 bombadan yalnız ikisi partlayıb – FOTO/VİDEO
Ermənistan Yevlax ərazisinə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaxınlığına qadağan olunmuş 300 ədəd kasetli bomba atıb.
Kasetli bombacıqlar konkret olaraq hansı raket vasitəsilə atıldığı məlum deyil. Bununla bağlı mütəxəssislər araşdırma aparır.Ümumi olaraq 300 ədəd kasetli bomba atılıb, onlardan isə yalnız ikisi partlayıb. 242 ədəd bomba döyüş vəziyyətinə gətirilmədiyi üçün partlamayıb. Bomba daha təhlükəsiz yerə aparılıb, orada məhv ediləcək.
Onlarda 56-sı döyüş vəziyyətinə gətirilib, amma onlar da partlamayıb. Bu bombalar çox böyük təhlükə yaratdığı üçün onlar mütəxəssislər tərəfindən yerindəcə məhv ediləcək.
Ümumilikdə, bu bombalar həm zirehli və digər texnikaların, eyni zamanda canlı qüvvələ və mülki şəxslərin vurulmasında istifadə olunur.







//oxu.az
-
İlham Əliyev XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarını məktubla təbrik edib.
Bu barədə AZƏRTAC məlumat yayıb.Məktubda deyilir:
“Hörmətli sammit iştirakçıları!
Sizi səmimi qəlbdən salamlayır və “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən növbəti Avrasiya İqtisadi Zirvə Toplantısının öz işinə başlaması münasibətilə təbrik edirəm. Vəqfin sülh və dialoqun təşviqinə, regional və qlobal əməkdaşlığın genişləndirilməsinə töhfələrini yüksək qiymətləndirirəm.
Avrasiya İqtisadi Zirvə toplantıları Avrasiya bölgəsində iqtisadi, siyasi münasibətlərin inkişafı və xalqlar arasında əlaqələrin dərinləşməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Regional əməkdaşlığın mühüm platformalarından birinə çevrilmiş bu ənənəvi görüşlərdə zamanın yeni çağırışlarının və müasir inkişaf meyillərinin daim diqqət mərkəzində saxlanılması təqdirə layiqdir. XXIII sammitin gündəliyində postpandemiya dövrünün əsas prioritetləri və beynəlxalq miqyasda böyük təhlükə təşkil edən terrorizm problemlərinin geniş müzakirəsinin nəzərdə tutulması bunun bariz nümunəsidir.
Azərbaycan uzun illərdən bəri Avrasiyada münasibətlərin möhkəmlənməsi, ölkələrin iqtisadi potensialının və təbii ehtiyatlarının xalqların rifahına və tərəqqi məqsədlərinə yönəlməsi istiqamətində region dövlətləri, o cümlədən qardaş Türkiyə ilə birgə ardıcıl fəaliyyət göstərməkdədir. Türkiyənin artan gücünün təzahürü olaraq enerji təhlükəsizliyi sahəsində atdığı önəmli addımlar bizi sevindirir.
Bununla yanaşı, Avrasiya məkanında sabitliyi təhdid edən mühüm amil Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək öz həllini tapmamasıdır. Avantürist Ermənistan rəhbərliyi dünyanın diqqətinin pandemiya ilə mübarizəyə yönəlməsini də fürsət bilərək ölkəmizə qarşı hərbi təxribatları gücləndirmişdir. Sentyabrın 27-də törədilmiş təxribat Ermənistanın məhz dövlət səviyyəsində otuz ildən artıq yürütdüyü terrorizm və işğalçılıq siyasətinin davamıdır.
Bir daha bəyan edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, əzəli tarixi torpağımızdır. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Müasir dünyada sülhün və əmin-amanlığın qorunmasına layiqli töhfələr verən qardaş Türkiyə həmişə olduğu kimi bu gün də bizimlə həmrəydir, qətiyyətli mövqeyini ifadə edərək torpaqlarımızın işğaldan azad olunması naminə haqq işimizi dəstəkləyir. Bizə böyük mənəvi güc verən bu misilsiz dəstəyinə görə Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına bir daha dərin minnətdarlığımı bildirirəm. Qələbə bizimdir. Qarabağ Azərbaycandır!
İnanıram ki, bu toplantıda aparacağınız fikir mübadiləsi və müzakirələr qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlərin müəyyənləşməsində faydalı olacaqdır.
Zirvə Toplantısının işinə uğurlar arzulayıram”.
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Dövlətimizin başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər.
Prezident İlham Əliyev və Prezident Vladimir Putin Azərbaycan-Rusiya əlaqələrinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
-
Jah Khalib: “Vətən sağ olsun” – VİDEO
Dünyaca məşhur azərbaycanlı reper Jah Khalib ləqəbli Bəxtiyar Məmmədov Azərbaycana dəstək olub.
O öz dəstəyini 2 milyon izləyicisi olan “Instagram” səhifəsində “Bayatı Şiraz” muğamını dinləməklə göstərib.Jah Khalib videonu paylaşarkən “Vətən sağ olsun” sözlərini yazıb.
-
Генпрокуратура Азербайджана о последствиях армянских обстрелов населенных пунктов – ФОТО

Генеральная прокуратура Азербайджана обнародовала информацию о гражданах страны, погибших и раненных в результате армянских обстрелов.
С 27 сентября по настоящее время в результате обстрелов населенных пунктов вооруженными силами Армении погибли 28 и ранения получили 144 гражданских лица.Кроме того, нанесен серьезный ущерб 66 гражданским объектам и 427 жилым домам.


