Month: October 2020

  • Düşmən təxribatına məruz qalan Tərtərdən son görüntülər – VİDEOREPORTAJ

    Düşmən ordusu Tərtər istiqamətində təxribatlarını davam etdirir.

    Baku TV-nin cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, ötən gün Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu və ətraf yaşayış məntəqələrini şiddətli atəşə tutması nəticəsində 2000-dən artıq mərmi Tərtər rayonuna düşüb.

    Düşmən xüsusilə şəhər mərkəzini hədəf alıb.

    Səhər saatlarından toplardan və mərmilərdən açılan atəş zamanı ətrafda olan hündürmərtəbəli yaşayış binalarına ciddi ziyan dəyib.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Ermənistan silahlı qüvvələri mülki obyektləri atəşə tutmaqda davam edir – RƏSMİ

    Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən, fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq, mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də, dövlət əmlakına ciddi ziyan vurur.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə yanğın baş verib, 20 ha sahədə qamışlıq, kol-kos və ağaclıq yanıb.

    Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən görülən tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

    Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinə mərmi düşməsi nəticəsində vətəndaşa məxsus təsərrüfat obyekti yanıb. Yanğın zamanı tövlənin içərisində olan üç baş iribuynuzlu heyvan çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Düşmənin atdığı mərmi Ağdam rayonunun Evoğlu kəndində vətəndaşa məxsus təsərrüfat obyektində yanğına səbəb olub. Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində obyektin bir hissəsi yanğından mühafizə olunub.

    Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

    Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

  • DİN-dən əhaliyə XƏBƏRDARLIQ

    Daxili İşlər Nazirliyi yol hərəkəti iştirakçılarına müraciət edib.

    DİN-dən verilən məlumata görə, 28 sentyabr, saat 00:00-dan Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla, ölkənin 22 inzibati ərazisində saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilib:

    “Bir daha hərəkət iştirakçılarından xahiş edirik ki, komendant saatının tətbiq edildiyi inzibati ərazilərdə yaşayan və ya həmin ərazilərə giriş-çıxış edən şəxslər gedəcəkləri ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək səfərlərini başa çatdırsınlar, eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmasınlar.

    Həmçinin komendant saatı müddətində fəaliyyətinə icazə verilmiş sahələr üzrə xidmət göstərən, xüsusilə yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, qeyd olunan müddət ərzində komendant saatı tətbiq edilmiş inzibati ərazilərdə nəqliyyat vasitələri ilə hərəkət etmək zərurəti yarandığı təqdirdə mütləq qaydada sürücü və yükü müşayiət edən digər şəxslər haqqında müvafiq məlumatlar gücləndirilmiş elektron imzadan istifadə olunmaqla “icaze.e-gov.az” portalına daxil edilərək xüsusi icazə alınmalıdır”.

  • Azərbaycan xalqı ordumuza dəstək üçün əlindən gələni əsirgəmir – FOTO

    İşğal altındakı torpaqlarımızı düşmənlərdən azad etmək üçün cəbhədə gedən döyüşlərdə iştirak edən ordumuza Azərbaycan xalqının dəstəyi davam edir.

    Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilir.

    Bu gün paylaşılan daha bir fotoda isə qeyd olunub ki, müəllim öz maaşı ilə ət alıb, yolun kənarında manqal qoyub, şagirdləri ilə birlikdə kabab çəkir və cəbhəyə yollanan hərbi maşınları saxlayıb, çörəkdə isti kabab göndərirlər.


  • Almaniyada ordumuza dəstək yürüşü keçirildi – VİDEO

    Almaniyanın Düsseldorf şəhərində “Azərbaycan əsgərinə dəstək və erməni terroruna son” adlı yürüş keçirilib.

    Aksiyada yüzlərlə insan iştirak edib.

    Həmin görüntüləri təqdim edirik:

  • Ermənistan bir qrup qadını cəbhəyə göndərdi – FOTO

    Xəbər verdiyimiz kimi, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində böyük itki ilə üzləşən Ermənistan hərbçiləri kəskin əsgər çatışmazlığı şəraitində qadınları da cəbhəyə göndərir.

    Artıq bir qrup qadının cəbhəyə göndərilməsi ilə bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

    Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir.

  • Противник признал уничтожение азербайджанской армией еще 51 армянского военнослужащего

    Армянская сторона признала, что потеряла еще 51 военнослужащего в результате контрнаступательных действий азербайджанской армии.

    Таким образом, как передает Sputnik, ВС Азербайджана уничтожили 207 человек живой силы противника.

    Отметим, что на днях Минобороны АР заявило об уничтожении 2 300 человек живой силы врага.

  • Düşməndən etiraf: Azərbaycan Ordusu daha 51 erməni hərbçisini məhv etdi

    Ermənistan tərəfi Azərbaycan Ordusunun əks-hücumu nəticəsində daha 51 hərbçisini itirdiyini etiraf edib.

    “Sputnik”in məlumatına görə, bununla Azərbaycan ordusunun ümumilikdə 207 erməni işğalçısını məhv etdiyi bildirilib.

    Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Müdafiə Nazirliyi 2300 işğalçının məhv edildiyini açıqlamışdı.

  • В Азербайджане выявлены 108 новых случаев инфицирования COVID-19, скончался еще один человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 108 новых случаев инфицирования коронавирусом, еще 137 человек вылечились и были выписаны домой.

    Об этом 3 октября сообщает оперативный штаб при Кабинете министров.

    За последние 24 часа от COVID-19 скончался еще один пациент.

    В целом в Азербайджане заразился 40 561 человек, 595 – скончались, 38 354 – излечились, 1 612 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 132 327 тестов (за последние 24 часа – 5 789) на COVID-19.

  • Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 108 yeni yoluxma – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

    Aktiv xəstə sayı 1612 nəfərdir.

    Ölkədə son sutka ərzində 5789, hazırkı dövrədək isə 11323227 test aparılıb.