Türkiyənin İstanbul şəhərində bir qrup gənc Azərbaycana dəstək üçün Taksim meydanına toplaşıb.
Sondakika.com xəbər verir ki, Azərbaycan və Türkiyə bayraqlarına bürünən gənclər Ermənistanın Qarabağa təcavüzünə qarşı çıxaraq, birlik nümayiş etdiriblər.
Month: October 2020
-
Ermənistan mülki şəxsləri döyüşlərə cəlb edir – VİDEO
Ermənilər mülki şəxslərinin vurulması ilə bağlı iddialarını özləri ifşa ediblər.
Trend-in məlumatına görə, Ermənistan hərbçiləri mülki şəxsləri qəsdən döyüş bölgəsinə cəlb edərək Azərbaycan Silahlı Qüvvələrinin guya mülki şəxslərə atəş açdığını iddia edir.Erməni mediasının kadrlarından aydın görünür ki, ermənilər artıq mülki şəxsləri döyüşlərə cəlb ediblər. Azərbaycan ordusu belə atəş nöqtələrini darmadağın edəndə də, erməni aqitpropu bunu Azərbaycanın mülki əhaliyə qarşı həmləsi kimi qələmə verir. Artıq Azərbaycan ordusu qarşısında tab gətirə bilməyən düşmən indi bu cür hiyləgərliyə əl ataraq Azərbaycan ordusunu ittiham etmək istəyir.
Erməni mediası isə istəməyərək də olsa, onların əsl üzünü ortaya çıxarıb.
-
Ermənistan sülh istəyir
İrəvan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir. Ermənistan XİN-in yaydığı bəyanatdan belə məlum olur.
“RİA Novosti”nin məlumatına görə, sənədin mətni xarici işlər qurumunun saytında dərc olunub.Bəyanatda rəsmi İrəvan Qarabağda atəşkəs rejiminin bərpası üçün ATƏT-in MQ ilə işləməyə hazır olduğunu bəyan edib.
-
В Минобороны обсуждается последняя ситуация на фронте – ВИДЕО
2 октября в Министерстве обороны Азербайджана проходит брифинг в связи с последней ситуацией на фронте.
В пресс-конференции принимают участие помощник Президента – завотделом Администрации главы государства по вопросам внешней политики Хикмет Гаджиев и пресс-секретарь Минобороны полковник-лейтенант Анар Эйвазов. -
Cəbhədəki son vəziyyətlə bağlı açıqlama – VİDEO
Сəbhədəki son vəziyyətlə bağlı brifinq keçirilir.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə Nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov cəbhədə baş vermiş hadisələr haqqında məlumatlar verirlər. -
Deputatdan TƏKLİF: “Həbsdə olan əsgər və zabitlərimizin də döyüşdə iştirakını təmin edə bilərik”
“Fransa ona dəxli olmayan, özündən uzaq regionda erməni təəssübkeşliyini davam etdirir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.O, Azərbaycan dövlətinin qətiyyətli şəkildə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılmasının tələb olunması təklifini irəli sürüb:
“Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bunu gündəmə gətirib. İkinci təklifim isə bundan ibarətdir ki, bizim həbsdə əsgər və zabitlərimiz var, onların da qısa müddətə əfv olunaraq, həm əsgər, həm də zabit kimi döyüşə qatılmasını təmin edək.
Bu, könüllü şəkildə olmalıdır və beynəlxalq təcrübədə var. Üçüncü təklifim isə budur ki, Türkiyə hərbi əməliyyatlar həyata keçirəndə məscidlərdən azan səsi yüksəlirdi və əsgərlər üçün dualar oxunurdu. Azərbaycanda da bu qədər məscid var. Burada da hər gün azan səsinin ucalması əsgərlərə mənəvi olaraq ruh yüksəkliyi verər”.
-
Между армянскими солдатами произошла перестрелка
Согласно полученной информации, между военнослужащими отступающего в ходе ночных боев 6-го горнострелкового полка вооруженных сил Армении в Мадагизе произошла перестрелка. Страх и паника среди личного состава врага вызвали у него в целом отчаяние и деморализацию.
Об этом сообщает Министерство обороны Азербайджана.