Month: December 2020

  • Dünyada koronavirusa yoluxanların sayı 66 milyonu keçdi

    Dünyada 66 230 912 nəfərdə koronavirus aşkar edilib.

    Virusdan 1 524 457 xəstə ölüb, 45 812 406 nəfər sağalıb.

    Avropada 18 086 541, Asiyada 17 265 311, Şimali Amerikada 17 152 893, Cənubi Amerikada 11 431 372, Afrikada isə 2 248 159 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (14 772 535 nəfər), Hindistan (9 608 418 nəfər), Braziliya (6 534 951 nəfər), Rusiya (2 402 949 nəfər) və Fransadır (2 268 552 nəfər).

    İranda 1 016 835, Türkiyədə 765 997, Gürcüstanda 152 704, Ermənistanda isə 139 692 nəfərdə koronavirus müəyyən edilib.

    Azərbaycanda koronavirusa yoluxan 138 000 nəfərin 1 551-u ölüb, 83 800-ü sağalıb.

  • Abşeronda ev yandı

    Abşeron rayonunda ev yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 48 kvadrat metr olan birmərtəbəli evin ondulindən ibarət dam örtüyü, içərisində üç ədəd məişət avadanlığı və bitişik ümumi sahəsi 48 kvadrat metr olan digər birmərtəbəli evin ondulindən ibarət dam örtüyü yanıb.

    Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • Özünə Bakıda restoranda ad günü keçirən məşhur model cərimələndi – FOTO/VİDEO

    Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq, ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə noyabrın 27-də paytaxtda yerləşən restoranların birində keçirilən ad günü məclisinin təşkilatçısı model Raziyyət Əliyeva (Model Razi kimi tanınır), onun üç rəfiqəsi və restoranın icarədarı müəyyən olunaraq, polis idarəsinə dəvət olunublar.

    Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib edilib.

    R.Əliyeva və rəfiqələri 200 manat, restoranın icarədarı 4000 manat cərimə ediliblər.

    Bir daha diqqətə çatdırırıq ki, daxili işlər orqanları tərəfindən ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət olunur.

  • Начинается суд над обвиняемыми во взяточничестве должностными лицами ГФСЗ

    Завершилось предварительное следствие по делу о получении взятки должностными лицами Кяпязского районного отделения Госфонда социальной защиты (ГФСЗ) города Гянджи – Абульфаза Ибрагимова, Арифа Гамбарова, Низами Ахмедова, Самаи Эминовой, Бейали Халилова, Шахина Мамедова и Эльчина Алекберова.

    Как сообщает АПА, материалы уголовного дела направлены для рассмотрения в Гянджинский суд по тяжким преступлениям.

    Отметим, что в Главном управлении по борьбе с коррупцией при генеральном прокуроре было проведено расследование на основании материалов, поступивших из Минтруда и соцзащиты населения в связи с незаконными действиями должностных лиц Кяпязского районного отделения города Гянджи.

    В результате возникли обоснованные подозрения в том, что бывший завсектором в Кяпязском районном отделении ГФСЗ Эльчин Алекперов, войдя в сговор с заместителем главы фонда Бейали Халиловым и Арифом Ганбаровым, который был завотделением в 2010-2016 годах, потребовал и получил в 2015-2017 годах через своего знакомого Шахина Мамедова в качестве взятки за назначение пенсии с учетом трудового стажа и инвалидности на основании фиктивных документов от 32 жителей района 122 тыс. манатов.

    Кроме того, были выявлены основания для подозрения в том, что, обманув 21 человека, пообещав назначение пенсии, Э.Алекперов завладел принадлежавшими им 70 тыс. манатов и, поделив эти деньги с другим членом преступной группы А.Ибрагимовым, израсходовал их на личные нужды, а также повторно принуждал граждан к даче взятки.

    В отношении их было выдвинуто обвинение по статье 311.3.3 (повторное получение взятки в крупном размере по предварительному сговору) и другим статьям УК АР.

    Обвиняемые были арестованы решением суда.

  • Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısında

    Rüşvət almaqda təqsirləndirilən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxsləri – Əbülfəz İbrahimov, Arif Qəmbərov, Nizami Əhmədov, Səmayə Eminova, Bəyəli Xəlilov, Şahin Məmmədov və Elçin Əkbərovun barəsində aparılan ibtidai istintaq başa çatıb.

    APA xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib.

    Qeyd edək ki, Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    Keçirilmiş istintaq tədbirləri nəticəsində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində sektor müdiri işləmiş Elçin Ələkbərovun həmin fondun müdir müavini Bəyəli Xəlilov və 2010-2016-cı il tarixlərində DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Arif Qənbərovla əlbir olaraq, 2015-2017-ci illər ərzində saxta sənədlər əsasında əmək stajı və əlillik dərəcəsinin nəzərə alınmaqla, pensiya təyin etmək müqabilində 32 nəfər rayon sakinindən ayrı-ayrı vaxtlarda və təkrarən ümumilikdə 122 min manat məbləğində pulu rüşvət kimi tələb edərək, vasitəçi kimi tanışı Şahin Məmmədovun köməyindən istifadə edib almasına şübhələr üçün əsaslar müəyyən edilib.

    Həmçinin, Elçin Ələkbərovun pensiya təyin etdirmək imkanına malik olduğunu yalandan bildirərək,ümumilikdə 21 nəfər şəxsi təkrarən aldadıb 70 min manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə və vasitəçi kimi iştirak etmiş cinayətkar qrupun üzvü Əbülfəz İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, habelə həmin qanunsuz hərəkətinə görə vətəndaşları pul vəsaitini rüşvət qismində verməyə təkrar təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət alma) və digər maddələrlə ittiham elan olunaraq barələrində müvafiq məhkəmə qərarları ilə həbs-qətimkan tədbirləri seçilib.

    Şahin Məmmədov Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət almağa kömək etmə) və Əbülfəz İbrahimov CM-nin 178.2.4 (qabaqcadan əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda təkrar dələduzluq) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • “Оригинальное” решение от БТА: парковка не запрещена, но штраф применяется – ВИДЕО

    Сотрудник Avtosfer.az Тебриз Юсубов был оштрафован Бакинским транспортным агентством (БТА), несмотря на законную парковку своего автомобиля на улице Рашида Бейбутова.

    Отметим, что с левой стороны улицы установлен знак 3.27, запрещающий парковку, а на асфальте нанесена желтая разметка 1.4.

    Согласно пункту 10 части IV статьи 52 закона “О дорожном движении”, парковка запрещена в зонах совместного действия знака 3.27 и разметки 1.4.

    В пункте 4 части VI статьи 69 закона также указано, что на участках, где имеются и знак 3.27, и разметка 1.4, остановка запрещена.

    Т.Юсубов же припарковал свою машину на левой стороне улицы Р.Бейбутова (возле прокуратуры города Баку – ред.) на месте окончания желтой линии, то есть там, где знак утратил силу. Однако сотрудники BNA применили в отношении его штраф, якобы за нарушение правила.

    Надеемся, что БТА пересмотрит свое незаконное решение.

  • Bakıda “unikal” üsul: Dayanma qadağan deyil, lakin BNA cərimə yazır – VİDEO

    Avtosfer.az saytının əməkdaşı Təbriz Yusubov idarə etdiyi avtomobili paytaxtın Rəşid Behbudov küçəsində qanuni şəkildə park edən zaman Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.

    Qeyd edək ki, R.Behbudov küçəsinin sol tərəfində dayanma durmanı qadağan edən 3.27 nişanı quraşdırılıb, asfalta isə 1.4 sarı nişanlanma xətti çəkilib.

    “Yol Hərəkəti Haqqında Qanun”un 52-ci maddəsinin IV hissəsinin 10-cu bəndində qeyd olunub ki, 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma durma qadağandır.

    Həmçinin, 69-cu maddənin VI hissəsinin 4-cü bəndində qeyd olunub ki, 1.4 nişanlanma xətti 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir.

    T.Yusubov Rəşid Behbudov küçəsinin sol tərəfində (Bakı Şəhər Prokurorluğunun yanında) sarı xətt bitdikdən sonra, yəni nişan qüvvəsini itirən yerdən sonra avtomobilini qaydalar çərçivəsində park edib. Lakin BNA əməkdaşları onun barəsində qanunsuz qərar qəbul edərək, guya qayda pozduğunu bildirilib.

    Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi düzgün tərtib edilməmiş qərarı ləğv edəcək.

  • Azərbaycanda daha bir həkim koronavirusdan öldü – FOTO

    Sumqayıt şəhər 1 nömrəli xəstəxananın həkimi Şaiq Əliyev bu gün yeni növ koronavirusdan vəfat edib.

    Bununla bağlı sosial şəbəkələrdə məlumat yerləşdirilib.

    55 yaşlı həkim xəstəxananın ümumi cərrahı olub və bir müddət əvvəl koronavirusa yoluxub. Səhhəti ağırlaşdığı üçün Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

  • Çinin COVID-19-la mübarizədə uğur qazanmasının səbəbi nədir?

    Rusiyanın Seçenov Universitetinin professoru Artyom Qil Çinin Avropa və ABŞ-la müqayisədə koronavirusla mübarizədə uğur qazanmasının səbəbini açıqlayıb.

    Bu barədə kp.ru məlumat yayıb.

    Professorun sözlərinə görə, Pekinin uğurunun sirri hökumətin “drakon qanunları” tətbiq etməsi olub. Tsindao şəhərində görülən tədbirləri nümunə göstərən A.Qil bildirib ki, sözügedən ərazidə oktyabr ayında 13 yoluxma qeydə alınıb. Bu isə Çin üçün fövqəladə vəziyyət hesab olunub.

    Virusun yayılması xəstəxanalardan birində baş verib. Hökumət ilk növbədə baş həkimi, şəhərin səhiyyə komissiyasının sədrini işdən çıxarıb. Bundan sonra bir neçə gün ərzində şəhərin 11 milyon əhalisi testdən keçirilib. Əhalinin maksimal nəzarətdə saxlanması və kontaktların izlənməsi sayəsində virusun yayılmasının qarşısı alınıb.

    Ekspert həmçinin qeyd edib ki, Çin koronavirusa yeni yoluxma hallarının sayını sərt şəkildə alır.

    “Hətta elə hallar olur ki, Çin hökuməti göyərtəsində testdən keçməmiş sərnişin olanı təyyarəni də geri qaytarıb”, – deyə A.Qil bildirib.