Month: March 2021

  • Sosial şəbəkələrdə narkotiklərin qəbulunu təbliğ edən şəxs saxlanıldı – VİDEO

    Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində “İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin təbliği ilə məşğul olan Əli İsmayılzadə tutulub.

    Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib.

    Ə.İsmayılzadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə o, 30 sutka inzibati qaydada həbs edilib.

  • ADPU-da şöbələrdən biri ləğv edildi

    Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) struktur dəyişikliyi edilib.

    Bunu universitetin Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev elmi şuranın iclasında çıxışı zamanı bildirib.

    O qeyd edib ki, qurumun “İctimaiyyətlə əlaqələr və marketinq” şöbəsi ləğv edilərək “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinə birləşdirilib.

    “Yeni yaradılan şöbə “Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr” şöbəsi adlandırılır. Qərar layihəsi elmi şura tərəfindən yekdilliklə qəbul edilərək yeni təşkil edilən “Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr” şöbəsinin struktur və əsasnaməsi təsdiq edilib”, – deyə prorektor əlavə edib.

  • Qubadlıda DSX-nin Hərbi Xəstəxanası fəaliyyətə başladı

    Mart ayının 5-də Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb.

    Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadiqov açılış mərasimində çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olmasını xüsusi qeyd edib, hazırda Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında Azərbaycanın dövləti maraqlarının ən yüksək səviyyədə qorunmasını vurğulanıb.

    Tədbir çərçivəsində Mühəndis-İstehkam Mərkəzinin inzibati binası və təchizat anbarı, mina və partlamamış hərbi sursatların aşkar edilməsi üzrə mövcud texniki vasitələr, xüsusi geyimlər tədbir iştirakçılarına nümayiş etdirilib. Bu Mərkəzin hərbi qulluqçuları tərəfindən sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin hərəkəti üçün yolların salınması istiqamətində görülən işlər xüsusi vurğulanıb.

    Yeni istifadəyə verilmiş dördmərtəbəli, 70 çarpayı fonduna malik Hərbi Xəstəxanada hərbi qulluqçulara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi üçün yaradılmış şəraitə baxış keçirilib. Hərbi Xəstəxanada əməliyyat, ultra-səs müayinəsi və exokardioqrafiya, stomatoloji, manipulyasiya otaqları, somatik və infeksion palataları var Bununla yanaşı, inzibati otaqlar, əczaxana, depo, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları mövcuddur. Bölmələr tibb heyəti ilə tam komplektləşdirilmiş, zəruri avadanlıq və cihazlarla təchiz olunublar. Hərbi tibb müəssisəsi mərkəzi istilik sistemi ilə təmin edilib.

    Hərbi xəstəxananın tibbi ambulans avtomobillərinə baxış keçirilib, səhra şəraitində yaralılara ilkin tibbi yardım göstərilməsi və onların təxliyə edilməsi üçün yaradılmış imkanlar nəzərdən keçirilib.

  • Армяне превратили Зангезур в «священную корову» (СОТНИ АРМЯНСКИХ ГРУЗОВИКОВ ЗАСТРЯЛИ В ЛАРСЕ)

    Армянские грузовики уже 15 дней как застряли на контрольно-пропускном пункте Верхний Ларс на российско-грузинской границе. Официально сообщается об около 600 грузовиках, но их количество превышает 1000.

    Соцсети наполнены стенаниями армянских дальнобойщиков. «Самое обидное, что русские помогают проезжать азербайджанским грузовикам, а наши грузовики останавливают. Они говорят, что мы с азербайджанцами враги и ночью между нами возможны стычки, поэтому мы пропускаем азербайджанцев», – говорят водители грузовиков. Не забывая при этом сообщить, что в большей части машин находится продукция, срок годности которой уже истекает.

    При всем уважении и с пониманием проблем простых работяг, всё же стоит заметить, что не российские миротворцы и не азербайджанские дальнобойщики являются виновниками этой ситуации. Претензии должны отправляться в Ереван, который в очередной раз стреляет в ногу собственного народа, саботируя Зангезурский транспортный коридор (ЗТК).

    Состоявшийся накануне резкий обмен мнениями между главой службы массовых галлюцинаций МИД Армении Анной Нагдалян и пресс-секретарем дипломатического ведомства Азербайджана Лейлой Абдуллаевой – даёт исчерпывающее представление о сути происходящего.

    Ереван воспринимает ЗТК как «священную корову», выступая здесь по принципу «так не используйся же ты никем». Любой разговор на эту тему вызывает в Ереване приступы ярости, расцениваясь как провокационные. «Неприкрытый вызов международному праву, который никоим образом не способствует установлению стабильности в регионе», – блажат армянские официальные представители, ни больше и не меньше.

    Как не без крытого ехидного сарказма охарактеризовала данную позицию Лейла Абдуллаева, «становится ясно, что эта страна все еще не определилась с тем, чего она хочет. Мы бы хотели посоветовать представителю МИД Армении, чтобы он, прежде чем комментировать, ознакомился с текстом заявления от 10 ноября 2020 года, подписанного главой их правительства, прочитал резолюции СБ ООН от 1993 года, а также выучил, в чем суть принципов международного права, на которые он сослался».

    Справедливо поставив при этом вопрос: «Каким интересам служит армянская сторона, негативно комментируя позицию Азербайджана по сотрудничеству и прогрессу в регионе?»

    Крайне маловероятно, что Ереван ответит правду. Что-то типа: «Мы неадекватно воспринимаем сложившиеся региональные реалии, мы не умеем возвращаться в мирную жизнь и сотрудничество, если они не на наших условиях, мы жили и будем жить фантазиями, что все само собой вернётся».

    Поэтому они будут крутить и мутить, саботировать и пакостить, в первую очередь своим же гражданам, пытающимся заработать – лишь бы не использовать ЗТК. Они бы весь свой народ в курдских колбаров – контрабандистов-носильщиков в Иранском Курдистане, тех, что пешком через горные перевалы с сумками – превратили, будь их воля.

    А пока не получается – намеренно, подчеркиваю это – намеренно создают заторы на дорогах с Грузией. Чтобы вновь раненым пингвинами взвыть перед международным сообществом: «Бабайка Азербайджан нас обижает и угрозы стабильности в регионе создает». А за спиною, подленько так, подпустить шепоток: «А Москва ему в том способствует».

    Правда, здесь для Еревана есть плохие новости. Функционирование Зангезурского транспортного коридора – это не каприз Азербайджана как страны победителя. Это объективная региональная необходимость, которую признали большинство местных игроков. И от воплей и фантазий армянской стороны здесь мало что зависит.

    Когда Ильхам Алиев говорит, что «Армения пытается препятствовать реализации Зангезурского коридора, но ей это не удастся. Мы заставим их» – он выражает точку зрения, в отношении которой у Анкары, Москвы и Баку достигнут полный консенсус. И не Еревану его оспаривать.

  • Dövlət proqramının icrasının qiymətləndirilməsi – Üçüncü tərəflərdən məlumatlar alınacaq

    Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin monitorinqi məqsədilə məlumatların yığılmasında və emalında üçüncü tərəflərdən məlumatlar əldə ediləcək.

    Bu barədə “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nda bildirilir.

    Dövlət proqramının icra vəziyyətinin monitorinqi üzrə metodologiyada əlaqələndirici orqanın (qurumun) təqdim etdiyi hesabatların və təsdiqedici sənədlərin təhlili də yer alır.

    Həmçinin tədbirin icra vəziyyətinin müəyyən olunması məqsədilə sənədlərin təhlili, aidiyyəti dövlət orqanları (qurumları) ilə və mütəxəssislərlə müzakirələrin təşkili nəzərdə tutulur.

    Qeyd edək ki, martın 6-da Prezident İlham Əliyev “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

  • Azad olunan ərazilərdə sərhədçilərin vaksinasiyasına başlanıldı

    İşğaldan azad olunan ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının vaksinasiyasına start verilib.

    Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    İlk gündə 100 sərhədçinin koronavirus infeksiyası əleyhinə peyvənd olunmaları təşkil edilib.

    Vaksinasiya prosesi Qubadlı rayonu ərazisində yeni fəaliyyətə başlayan DSX-nin Hərbi Xəstəxanasında aparılıb.

    COVID-19 xəstəliyi əleyhinə vaksinasiya strategiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2000-dən artıq hərbi qulluqçusu vaksinasiya olunub.

  • Цена азербайджанской нефти превысила 69 долларов за баррель

    Азербайджанская нефть марки Azeri Light продолжает дорожать.

    Ее стоимость на мировом рынке повысилась на 2,3% или на 1,56 доллара за баррель – до 69,26 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan neftinin qiyməti 69 dolları keçdi

    Azərbaycan neftinin qiyməti artmaqda davam edir.

    “Azeri Light” markalı neftin bir bareli 1,56 ABŞ dolları və ya 2,3 faiz bahalaşıb.

    Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,26 dollar təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

  • Bakıda üç fərqli nöqtədə yarmarka təşkil olundu

    Bu gündən Kənddən Şəhərə yarmarkaları yenidən fəaliyyətə başlayıb.

    Bu barədə Aqrar Tədarük və Təchizat ASC məlumat yayıb.

    Yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətləri:

    Kartof 0.45 qəpikdən başlayaraq (1 kiloqram);

    Soğan 0.55 qəpikdən başlayaraq (1 kiloqram);

    Alma 0.40 qəpikdən başlayaraq (1 kiloqram);

    Pomidor 1.20 manatdan başlayaraq (1 kiloqram);

    Mandarin 1.70 manatdan başlayaraq (1 kiloqram);

    Portağal 1.50 manatdan başlayaraq (1 kiloqram);

    Badımcan 1.30 manatdan başlayaraq (1 kiloqram);

    Kələm 0.30 qəpikdən başlayaraq (1 kiloqram);

    Çuğundur 0.60 qəpikdən başlayaraq (1 kiloqram);

    Kök 0.60 qəpikdən başlayaraq (1 kiloqram);

    Yumurta 0.25 qəpikdən başlayaraq (1 kiloqram);

    Xurma 0.50 qəpikdən başlayaraq (1 kiloqram);

    Nar 1.50 manatdan başlayaraq (1 kiloqram);

    Göyərti 0.10 qəpikdən başlayaraq (1 kiloqram);

    Heyva 0.70 qəpikdən başlayaraq (1 kiloqram);

    Yarmarkaların ünvanları:

    – Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

    – Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

    – Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

  • Видеокадры из села Гарадере Зангиланского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Гарадере Зангиланского района.