Month: May 2021

  • Ağdamın Sarıhacılı kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Ağdam rayonunun Sarıhacılı kəndindən video yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • 4 500 манатов за нострификацию диплома зарубежного вуза? – ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ

    В социальных сетях встречается много жалоб в связи с тем, что выпускники зарубежных учебных заведений сталкиваются с проблемами при нострификации своих дипломов в Азербайджане. Утверждается, что для признания диплома требуется 3 000 – 4 500 манатов.

    Предметом обсуждения также является повышение госпошлины, необходимой для признания дипломов. Так, пошлина, которая раньше составляла 15 манатов, сначала увеличилась до 60 манатов, а сейчас – 250 манатов.

    Чем объясняется этот фантастический рост?

    В Министерстве образования Qafqazinfo сообщили, что согласно утвержденному постановлением Кабинета Министров от 24 декабря 2020 года № 507 “Перечню других услуг, связанных с признанием квалификаций зарубежных стран о получении образования, и размером платы за эти услуги”, плата за одну услугу по приему документов и проведению экзамена на признание квалификаций высшего образования зарубежных стран определяется в размере 250 манатов.

    “Агентство по обеспечению качества в образовании не сотрудничает ни с какими компаниями и частными лицами в сфере образования за рубежом, в том числе в области признания иностранных дипломов. Кроме того, оно не несет ответственности за деятельность этих лиц и компаний.

    Граждане, столкнувшиеся с подобной ситуацией, могут написать на info@tkta.edu.az “, – говорится в сообщении ведомства.

  • Xarici diplomların tanınması üçün 4500 manat tələb olunur? – RƏSMİ AÇIQLAMA

    Sosial şəbəkələrdə xaricdə təhsil alan şəxslərin diplomlarının Azərbaycanda nostrifikasiyası zamanı problemlə üzləşmələri ilə bağlı çoxlu şikayətlər var. İddia olunur ki, xaricdə dövlət universitetini bitirən şəxslərdən diplomun tanınması üçün 3000-4500 manata yaxın pul tələb olunur.

    Eyni zamanda diplomların tanınması üçün tələb olunan dövlət rüsumunun artırıldığı da müzakirə mövzusudur. Xaricdə təhsil alan tələbələr bildirir ki, həmin rüsum həndəsi silsilə ilə artır. Belə ki, əvvəl 15 manat olan rüsum sonra 60 manat oldu, hazırda isə 250 manatdır.

    Bəs bu fantastik artım nə ilə izah oluna bilər?

    “Qafqazinfo” məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı təsdiq edilib:

    “Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

    Vətəndaşlar bu kimi hallarla rastlaşdıqları halda info@tkta.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər”.

    Dövlət rüsumunun məbləğinə gəlincə isə nazirlikdən bildirilib ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması dedikdə ali təhsilin hər hansı səviyyəsinə qəbul olmaq hüququnu yaradan, eləcə də ali təhsil pilləsi üzrə kvalifikasiya standartlarına uyğun olan kompetensiyaların (səriştələrin) və təlim (öyrənmə) nəticələrinin əldə edilməsi haqqında xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən təhsil haqqında sənədlərin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür və tanınma proseduru bir sıra mərhələlərdən keçir:

    “Tanınma prosedurunun birinci mərhələsi müraciətlərin qəbulu mərhələsidir. Bu mərhələ elektron qaydada həyata keçirilir. Bu isə elektron informasiya sisteminin təkmilləşdirilməsi və onun müşayiət olunması xərclərinin maliyyələşdirilməsini tələb edir.

    Tanınma prosedurunun ikinci mərhələsi müraciətlərin baxılması mərhələsidir. Tanınmanın növündən asılı olaraq müxtəlif xərclərin (beynəlxalq ekspertlərin cəlb olunmasını və həmin ekspertlər tərəfindən yerli ekspertlərə təlimlərin keçirilməsi imkanlarının yaradılması məqsədi ilə əlavə maliyyə ehtiyaclarının ödənilməsi, peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycanda mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə minimal səviyyədə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə sınaq yoxlamalarının təşkili xərclərinin ödənilməsi və s.) qarşılanması tələb olunur”.

    Təhsil Nazirliyindən həmçinin bildirilib ki, nəzərə alınmalıdır ki, tanınma ilə bağlı xidmətlərin göstərilməsi Agentlik tərəfindən həyata keçirilir. Agentlik publik hüquqi şəxs statusunda fəaliyyət göstərdiyindən onun xərclərinin, əsasən də əmək haqqı xərclərinin toplanan xidmət haqları hesabına maliyyələşdirilməsi qanunvericiliklə nəzərdə tutulub.

  • Faktiki hava açıqlandı

    Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mayın 1-i saat 13:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

    Düşən yağıntının miqdarı Lerik, Lənkəranda 5 mm, Yardımlı, Sədərəkdə 4 mm, Gədəbəy, Ordubad, Ağdərə (Ordubad), Naxçıvanda 3 mm, Neftçala, Şərurda 2 mm, Şahbuz, Daşkəsən, Bərdə, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Astarada 1 mm-dək olub.

    Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 3-ü gündüzədək davam edəcək, gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.

  • Погранслужба Кыргызстана: Таджикские военные открыли огонь по жилым домам

    Пограничная служба Кыргызстана заявила, что таджикские военные открыли огонь по жилым домам в кыргызском селе Арка.

    “Жители села были ранее эвакуированы”, – сказал РИА Новости представитель пресс-службы ведомства.

    По его словам, обстановка на границе с Таджикистаном напряженная. Пограничные подразделения КР заняли оборонительные позиции.

    Конфликт между жителями приграничных районов Кыргызстана и Таджикистана разгорелся 29 апреля и перерос в вооруженное противостояние пограничников. Столкновения длились более шести часов, с обеих сторон погибли около 40 человек, более 200 пострадали.

    Вечером того же дня Бишкек и Душанбе договорились о прекращении огня и отводе сил, но на следующий день перестрелки возобновились, а вечером сообщалось, что на этот раз стороны достигли окончательного перемирия.

  • Qırğızıstan Sərhəd Xidməti: Tacikistanlı hərbçilər yaşayış evlərini atəşə tutublar

    Tacikistanlı hərbçilər Qırğızıstanın Arka kəndindəki yaşayış evlərinə atəş açıblar.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə Qırğızıstanın Sərhəd Xidmətindən xəbər verilib.

    Bildirilir ki, bundan əvvəl kənd sakinləri təxliyyə edilib.

    Hazırda Tacikistanla sərhəddə vəziyyət gərgin olaraq qalır. Qırğızıstanın sərhəd bölmələri müdafiə mövqeləri tutublar.

    Tacikistandan bu mövzuda açıqlama verilməyib.

    Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasında münaqişə iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurmaya çevrilib. Altı saatdan çox davam edən atışma nəticəsində hər iki tərəfdən təxminən 40 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

  • Похороны Азада Рагимова пройдут с участием ограниченного числа людей

    Похороны министра молодежи и спорта Азербайджана Азада Рагимова пройдут с участием ограниченного числа людей.

    Об этом Report сообщила пресс-секретарь ведомства Самая Мамедова.

    По ее словам, на церемонии будут присутствовать члены семьи А.Рагимова.

    “У меня нет информации о том, где и когда состоятся похороны. Наверное, похороны господина министра будут проводиться на государственном уровне, поскольку он являлся общественным деятелем”, – добавила С.Мамедова.

    Отметим, Азад Рагимов скончался вчера в больнице в США, где проходил лечение.

  • Azad Rəhimovun dəfn mərasimi məhdud çərçivədə keçiriləcək

    Ötən gün vəfat edən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

    Bu barədə “Report”a nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

    Onun sözlərinə görə, mərasim mərhumun ailə üzvləri olmaqla təşkil olunacaq:

    “Dəfn mərasiminin harada və nə vaxt olacağı barədə mənə heç bir məlumat verilmir. Belə başa düşürəm ki, ictimai xadim olduğuna görə cənab nazirin dəfni dövlət səviyyəsində həyata keçiriləcək”.

    Qeyd edək ki, Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

  • МЧС: За минувшие сутки спасены три человека – ОФИЦИАЛЬНО

    МЧС Азербайджана опубликовало статистику аварийно-спасательных операций, осуществленных за минувшие сутки на основании звонков, поступивших на горячую линию 112.

    Как сообщили в ведомстве, соответствующими структурами были проведены неотложные мероприятия по 22 случаям возникновения пожаров, одному ДТП и трем фактам пребывания граждан в беспомощном положении.

    В общей сложности за минувшие сутки были спасены три человека, 20 – эвакуированы в безопасную зону, тело одного человека было извлечено из деформированного в результате ДТП автомобиля.

    Кроме того, водолазно-поисковая группа извлекла тело мужчины, обнаруженное в водохранилище Тахтакерпу в Шабранском районе.

  • Ötən sutka ərzində üç nəfər xilas edilib – RƏSMİ

    Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış, 1 nəqliyyat qəzası və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

    Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib, 1 nəfərin meyiti qəza nəticəsində deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, Şabran rayonunda Taxtakörpü su anbarında aşkar edilmiş naməlum kişi meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.