Month: May 2021

  • Türkiyənin Gənclər və İdman naziri: “Azərbaycanın və ölkəmizin başı sağ olsun” – FOTO

    Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu azərbaycanlı həmkarı Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

    Bununla bağlı “Twitter” hesabında paylaşım edən qurum rəhbəri bu xəbəri eşidəndə dərin kədər hissi keçirdiyini bildirib.

    “Azərbaycanın Gənclər və İdman naziri cənab Rəhimov ölkələrimiz arasında münasibətlərin inkişafında hər zaman öz töhfəsini verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə isə səbr diləyirəm. Azərbaycanın və ölkəmizin başı sağ olsun”, – deyə o, vurğulayıb.

  • Avokadonun xərçəng əleyhinə faydası aşkar olunub

    ABŞ və Kanada alimləri avokadonun daha bir faydasını aşkar ediblər.

    “Blood” elmi jurnalında dərc olunan məqalədə bildirilib ki, meyvənin tərkibindəki avokatin B maddəsi leykoz zamanı xərçəng hüceyrələrinin artmasına səbəb olan fermenti zərərsizləşdirir.

    Alimlər ümid edirlər ki, bu kəşf qan xərçənginə qarşı yeni dərman vasitəsinin hazırlanmasında istifadə olunacaq.

    Qeyd edək ki, avokado həm də orqanizmdəki xolesterini əridən vasitə kimi tanınır. Meyvə ürək fəaliyyəti üçün vacib olan kalium ilə zəngindir.

  • В Азербайджане завершился очередной призыв на военную службу

    Завершился очередной призыв на срочную действительную военную службу в соответствии с распоряжением Президента Азербайджана Ильхама Алиева от 2 марта 2021 года.

    Об этом сообщила Государственная служба по мобилизации и призыву на военную службу.

    Структурой было обеспечено исполнение распоряжения главы государства. В течение апреля успешно завершено комплектование Вооруженных сил Азербайджана по призыву.

    Согласно распоряжению Президента, с 1 по 30 апреля был объявлен призыв на срочную действительную военную службу граждан Азербайджана 2003 года рождения, которым ко дню призыва исполнилось 18 лет, а также 1986-2002 годов рождения, в возрасте до 35 лет, не прошедших срочную действительную военную службу, не имеющих права на отсрочку или не освобожденных от призыва на срочную действительную военную службу в ВС Азербайджана.

  • Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il martın 2-də imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

    Bildirilib ki, Dövlət Xidməti tərəfindən Sərəncamın icrası təmin edilib və aprel ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

    Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

  • Начались пятидневные весенние каникулы для учащихся начальных классов

    С сегодняшнего дня начались дополнительные пятидневные весенние каникулы для учащихся дошкольных групп и начальных классов.

    Согласно “Типовому Уставу общеобразовательной школы”, каникулы продлятся до 5 мая.

    Напомним, что занятия в общеобразовательных учреждениях начинаются 15 сентября и завершаются 14 июня.

  • İbtidai siniflər üçün beş günlük yaz tətili başladı

    Bu gündən məktəbəhazırlıq və ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili başlayıb.

    Median.Az-ın məlumatına görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, yaz tətili mayın 1-5-i tarixlərini əhatə edəcək.

    Ümumtəhsil məktəblərində beş günlük yaz tətili olacaq.

    Qeyd edək ki, şagirdlər üçün beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə beş günlük əlavə yaz tətili (1-5 may) olur.

    Xatırladaq ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

  • В Баку из-за пожара в здании эвакуированы 20 человек

    В коридоре 4-го этажа девятиэтажного здания общежития в Насиминском районе Баку произошло возгорание электросчетчиков, кабелей и шкафа.

    Об этом сообщила пресс-служба МЧС.

    Во время инцидента пожарные эвакуировали 20 жильцов здания в безопасное место.

    Квартиры были защищены от огня. Пожар потушен.

  • Bakıda binada yanğın: 20 nəfər təxliyə edildi

    Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin dəhlizində 10 ədəd elektrik sayğacı, kabel 2 p.m və dolab 1 m² sahədə qismən yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

    Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Ариф Рагимов поделился публикацией в связи с кончиной отца – ФОТО

    Мой отец скончался вчера в 22:45 по бакинскому времени в Соединенных Штатах Америки, где проходил лечение от рака легких.

    Об этом сын министра молодежи и спорта Азада Рагимова Ариф Рагимов написал в Instagram.

    “Несмотря на то, что он на протяжении долгого времени страдал тяжелой болезнью, до последнего момента жизни он думал о своей Родине, своем государстве. Мой отец был очень счастлив, что при жизни стал свидетелем освобождения Карабаха азербайджанской армией под руководством Верховного главнокомандующего.

    Азад Рагимов был хорошим сыном, хорошим отцом, хорошим другом и любящим свое государство гражданином. Мой отец, храня традиции государственности, унаследованные от деда Садыга Рагимова, всегда работал на благо Родины.

    Он был не только министром, но и общественным деятелем.

    Знаем, что многие желают попрощаться с ним. Но из-за пандемии мы просим вас не приходить на похороны, проявив понимание.

    Мы благодарим господина Президента, уважаемого Первого вице-президента и общественность за поддержку нашей семьи в это трудное время.

    Аллах рехмет элясин!

  • Azad Rəhimovun oğlu atasının vəfatından YAZDI – FOTO

    Ötən gün vəfat edən Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovun oğlu atasının vəfatı ilə bağlı paylaşım edib.

    Median.Az
    xəbər verir ki, Arif Rəhimov paylaşımında atası Azad Rəhimovun dünən Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişdiyini qeyd edib.

    O bildirib ki, atası uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəksə də, həyatının son anına qədər Vətənini, dövlətini düşünüb:

    “Atam çox xoşbəxt idi ki, sağlığında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı azad etməsinin şahidi oldu. Azad Rəhimov yaxşı övlad, yaxşı ata, yaxşı dost olmaqla bərabər dövlətini sevən vətəndaş idi. Atam babası Sadıq Rəhimovdan miras qalan dövlətçilik ənənələrini yaşadaraq, hər zaman Vətəni üçün çalışırdı.

    Azad Rəhimov tək nazir deyil, ictimai xadim idi. Biz bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik.

    Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab Prezidentə, hörmətli Vitse-prezidentə və ictimaiyyətə təşəkkür edirik”.