Month: May 2021

  • В Египте рассказали о размере компенсации за инцидент в Суэцком канале

    Размер компенсации в отношении компании – владельца судна Ever Given, которое в марте на шесть дней блокировало судоходство через Суэцкий канал, основывается на сумме товара, находившемся на контейнеровозе. Об этом заявил в воскресенье Халед Абу Бакр, главный советник председателя комиссии, занимающейся расследованием обстоятельств происшествия с Ever Given.

    «Сразу после возникновения происшествия с судном мы запросили у компании-владельца сумму товара, находящегося на борту, но не получили ответа. По нашим подсчетам, сумма товара достигала $3 млрд», – рассказал Абу Бакр на пресс-конференции, проходившей в египетском городе Исмаилия.

    «Затем компания информировала нас о том, что сумма товара составляла $775 млн, а стоимость контейнеровоза – $140 млн, поэтому мы снизили размер компенсации до $550 млн [с $916 млн], указав, что целью администрации [Суэцкого канала] является не получение прибыли, а компенсация понесенных ею убытков», – приводит ТАСС его слова.

    «Юридический комитет, который я возглавляю, собрал все необходимые детали по инциденту. <…> Мы надеемся в ближайшее время достигнуть решения вопроса с нашими партнерами. Но подчеркиваем, что единственный, кто уполномочен выносить решение, – это египетский суд», – отметил представитель администрации канала.

  • Руководство Суэцкого канала отвергло обвинения в причастности к инциденту с Ever Given

    Ответственность за инцидент с контейнеровозом Ever Given, который в марте на шесть суток блокировал судоходство через Суэцкий канал, лежит на капитане судна. Об этом по результатам расследования заявил в воскресенье Саид Шеайша, глава комиссии при администрации главной водной артерии Египта.

    «Все обвинения в адрес руководства канала в том, что инцидент произошел по его вине, якобы администрация допустила проход судна в неблагоприятные [погодные] условия, являются безосновательными, потому что тогда три корабля с тем же тоннажем, что и Ever Given, пересекали [Суэцкий канал], <…> поэтому, как показало расследование, вся ответственность лежит на капитане судна», – подчеркнул Шеайша на пресс-конференции, проходившей в египетском городе Исмаилия. Его слова приводит ТАСС.

    Суд Исмаилии по экономическим и хозяйственным вопросам первой инстанции в субботу перенес по просьбе сторон на 20 июня слушания по делу о выплате компенсации.

  • İşsiz və işaxtaran şəxslərə məsləhət xidmətləri göstəriləcək

    Dövlət Məşğulluq Agentliyi pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün “Alo Karyera” dəstək xidmətini istifadəyə verib.

    İşsiz və işaxtaran şəxslərə “Alo Karyera” vasitəsilə operativ şəkildə peşəyönümü məsləhət xidmətləri göstəriləcək.

    Xidmətdən yararlanmaq üçün vətəndaşlar bu gündən etibarən Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında “Layihələr” bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Hər bir müraciət peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılacaq, görüş üçün vaxt təyin ediləcək və onlayn formada dəstək göstəriləcək.

    “Alo Karyera” dəstək xidmətinə karyera planlaması, məqsədlərin təyin olunması, ixtisas seçimi, əmək bazarı və iş axtarışı, CV-lərin hazırlanması, müsahibəyə hazırlıq və s. ilə bağlı məlumat və tövsiyyələrin verilməsi, bu sahələrdə zəruri köməkliyin göstərilməsi daxildir.

    Qeydiyyatdan keçmək üçün linkə daxil ola bilərsiniz. 

  • İyunda 41 dərəcə isti olacaq

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayına olan hava proqnozunu açıqlayıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

    Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi, lakin dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-38 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 9-12 mm) olacaq.

    Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 22-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 18-23, gündüzlər 25-30, bəzi günlərdə 34-39 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 21-35 mm) olacaq.

    Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18, gündüzlər 19-24, bəzi günlərdə 27-32 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 86-130 mm) olacaq.

    Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-38 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 46-63 mm) olacaq.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22, gündüzlər 25-30, bəzi günlərdə 33-37 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-179 mm) olacaq.

    Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24, gündüzlər 28-33, bəzi günlərdə 36-41 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 12-49 mm) olacaq.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 21-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-36 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 29-47 mm) olacaq.

  • Azərbaycanda yeni televiziya kanalı açılacaq

    Mayın 31-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

    Qurumdan verilən məlumata görə, iclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət, həmçinin ümumrespublika televiziya yayımında janr müxtəlifliyi məsələləri müzakirə olunub.

    Qeyd olunub ki, hazırda ümumölkə statuslu mövcud 11 televiziya kanalından 2-si idman, 2-si xəbər, 1-i mədəniyyət və qalan 6-ı isə ümumi janrlıdır.

    İnformasiya texnologiyalarının inkişafı ilə təhsil və elm sahəsinə gələn yenilikləri, son zamanlar elm və təhsil sahəsində baş verən davamlı inkişafı, cəmiyyətin bu sahəyə maraq və diqqətini, ictimaiyyətin və media ekspertlərinin teleradio yayımında elmi-maaridləndirici janra böyük tələbatın olması barədə fikirlərini nəzərə alaraq təhsil və elmi-maarifləndirici istiqamətdə ixtisaslaşmış televiziya kanalının açılması məqsədəuyğun hesab edilib.

    Geniş müzakirələrdən sonra Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 07 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək müsabiqə elan edilməsi barədə qərar qəbul edib.

    İclasda həmçinin Bakı şəhəri və Abşeron yarımadası ərazisində Azərbaycan Respublikasına məxsus ümumrespublika televiziya proqramlarının və Türkiyə Respublikasının “TRT-1” televiziya kanalının yayım paketlərində olan siyahısının yenilənməsi barədə qərar qəbul edilib.

  • “Başkent” və “Qızıl ay” restoranları cərimələndi

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

    AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 30-da ölkə üzrə 412 ictimai iaşə obyektində 698 monitorinq keçirilib. Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Binəqədi rayonu‎, Ağasadıq Gəraybəyli 28 b 3068 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Xaliq Lətif oğluna məxsus “Şabalıd” restoranı;

    2. Bakı şəhəri, Xətai rayonu‎, Hadi və Sarayevo küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pak dad” restoranı;

    3. Bakı şəhəri, Xətai rayonu, Hadi küçəsi, ev 51‎ ünvanında yerləşən, fiziki şəxs Ağamətov Xəlil Gülmət oğluna məxsus “Qızıl ay” restoranı;

    4. Bakı şəhəri, Nəsimi ‎rayonu, Ali Mustafayev küçəsi, ev 15 B ünvanında yerləşən, fiziki şəxs Ağayev Orxan Rasim oğluna məxsus kafe;

    5. Bakı şəhəri, Nəsimi ‎rayonu, 3-cü mkr., Cavadxan küçəsi 3005, 5-ci məhəllədə yerləşən, fiziki şəxs Mədinəyeva Mətanətə məxsus “Başkent” restoranı;

    6. Bakı şəhəri, Nizami ‎rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Fariz Aslan oğluna məxsus “Arpaçay” kafesi;

    7. Bakı şəhəri, Yasamal rayonu‎, İzmir küçəsi, ev 27 E ünvanında yerləşən, fiziki şəxs Əliyev Hidayət Arzu oğluna məxsus “Pizza bruno” restoranı;

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindənrespublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

  • На сессии Всемирной ассамблеи здравоохранения представлено видеовыступление Президента Ильхама Алиева – ВИДЕО

    С 24-го по 31 мая в формате видеоконференции состоялась 74-я сессия Всемирной ассамблеи здравоохранения, являющейся основным решающим органом Всемирной организации здравоохранения (ВОЗ). Онлайн-мероприятие было посвящено теме “Предотвращение очередной угрозы пандемии путем ее прекращения: совместное построение более здорового, безопасного и справедливого мира”, сообщает АЗЕРТАДЖ.

    По инициативе генерального директора ВОЗ Тедроса Аданома Гебреисуса на церемонии закрытия сессии 31 мая было представлено выступление Президента Азербайджана Ильхама Алиева в видеоформате.

  • İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında çıxışı – TAM MƏTN + VİDEO

    Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası 2021-ci il mayın 24-dən 31-dək virtual şəkildə keçirilib.

    AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında mayın 31-də sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim edilib.

    Qeyd edək ki, sessiyanın bağlanış mərasimində xüsusi qonaq qismində Azərbaycan, Qazaxıstan, Əfqanıstan, Argentina, Malayziya, Avstraliya və Butanın dövlət və hökumət başçıları çıxış ediblər.

    Ümumdünya Səhiyyə Assambleyasının prezidenti xanım Deçen Vanqmo deyib:

    “Hörmətli nümayəndələr, indi isə Assambleyaya müraciət edəcək yüksək səviyyəli qonağımızı salamlamaqdan şərəf hissi duyuram. Sözü Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğlu Əliyevə verməkdən məmnunluq hissi keçirirəm”.

    Prezident İlham Əliyevin çıxışı:

    “Hörmətli cənab Baş direktor.

    Hörmətli tədbir iştirakçıları.

    İlk növbədə, davam etməkdə olan COVID-19 pandemiyası ilə əlaqədar qlobal səhiyyə gündəliyi üçün olduqca çətin bir dönəmdə baş tutan Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxış etməklə bağlı dəvətə görə minnətdarlığımı bildirmək istərdim.

    Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizənin əlaqələndirilməsi də daxil olmaqla, qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini dəstəkləyir.

    Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır.

    Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir.

    Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır.

    Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi “SinoVac”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir.

    Biz 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayırıq.

    Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq edir. Ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır.

    Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar.

    Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir.

    Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür.

    Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur.

    Bu xüsusda, biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırıq.

    Təşəkkür edirəm”.

  • Prezident ölkədəki vaksinasiya prosesindən DANIŞDI

    Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır.

    Bu sözləri Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışı zamanı deyib.

    Dövlət başçısı qeyd edib ki, bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilib:

    “Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır.

    Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir”.

  • Azərbaycanlı dünya çempionunun üçəmi oldu

    Şotokan karate üzrə dünya və Avropa çempionu Əli Cəfərovun bu gün üç uşağı birdən dünyaya gəlib.

    Üçəmin biri oğlan, ikisi isə qızdır. Artıq hər üçünün adı da məlumdur.

    Oğlan uşağının adı Raqub, qızlarınkı isə Nur və Şəmsdir.

    Qeyd edək ki, Əli Cəfərov +84 kq çəki dərəcəsində WKF karate millimizin də üzvlərindən biridir.