Month: September 2021

  • Şabranda yol qəzasında sürücü xəsarət alıb

    Şabranda qəzada sürücünün qolu sınıb.

    “Report” xəbər verir ki, Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    “AzSamand” markalı minik avtomobili yoldakı mühafizə dəmirlərinə çırpılıb.

    Hadisə nəticəsində, sürücü Bakı şəhəri, Lökbatan qəsəbəsi sakini 1996-cı il təvəllüdlü Murad Bayram oğlu Bayramov xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Ona xəstəxanada sol said sümüklərinin aşağı 3/1-nin qapalı sınığı diaqnozu qoyulub.

    İlkin tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане обнародованы результаты выбора специальностей в вузы

    Обнародованы результаты выбора специальностей в вузы Азербайджана.

    Как сообщили АЗЕРТАДЖ в Государственном экзаменационном центре (ГЭЦ), ознакомиться с итогами конкурса можно, добавив цифру 8 в конце номера работы и отправив SMS со всех мобильных операторов на короткий номер 7727. Абитуриенты могут получить информацию о форме обучения (на основании государственного заказа или платной основе), отправив входящий код специальности на номер 7737.

    Результаты будут опубликованы на сайте Государственного экзаменационного центра в ближайшее время.

  • Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanıb

    Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.

    Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iş nömrəsinin sonuna 8 rəqəmini əlavə edib bütün mobil operatorlardan 7727-yə SMS göndərməklə müsabiqənin nəticələri ilə tanış olmaq mümkündür.

    Abituriyent qəbul olduğu ixtisasın dövlət sifarişli və ya ödənişli olmasını bilmək üçün gələn ixtisas kodunu 7737-yə göndərərək bu barədə informasiya əldə edə bilər.

    Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

  • Alimlər: “Koronavirus ilk dəfə 21 min il bundan əvvəl yayılıb”

    Oksford Universitetinin virusoloqları SARS-CoV-2-ni də əhatə edən koronavirusların bir alt növü olan sarbekovirusların on minlərlə il əvvəl epidemiyalara səbəb olduğunu müəyyən ediblər.

    Bu barədə “Current Biology” jurnalında məqalə dərc olunub.

    Belə ki, SARS-CoV-2 və SARS-CoV-1-in 21 min il bundan əvvəl mövcud olduğu ortaya çıxıb ki, bu da əvvəlki təxminlərdən 30 dəfə çoxdur. Həm də bu məlumatlar qədim insanların genom məlumatlarının analizinin nəticələrinə uyğundur – təxminən 21 min il əvvəl insanlar artıq koronavirus epidemiyasından əziyyət çəkirdilər.

    Məqalə müəllifləri digər viruslardakı təkamül dəyişikliklərini yenidən müəyyən edə biləcəklərinə ümid edirlər.

    Bununla yanaşı, hepatit C virusunun yarım milyon il əvvəl heyvanlar arasında yayıldığını və təxminən 150 min il əvvəl Afrikadan köç zamanı insanlar arasında yayıldığı müəyyən edilib.

  • Şabranda yol qəzasında sürücü xəsarət alıb

    Şabranda qəzada sürücünün qolun sınıb.

    Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    “AzSamand” markalı minik avtomobili yoldakı mühafizə dəmirlərinə çırpılıb.

    Hadisə nəticəsində, sürücü Bakı şəhəri, Lökbatan qəsəbəsi sakini 1996-cı il təvəllüdlü Murad Bayram oğlu Bayramov xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Ona xəstəxanada Sol said sümüklərinin aşağı 3/1-nin qapalı sınığı diaqnozu qoyulub.

    İlkin tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ukrayna və ABŞ arasında ticari əməkdaşlıq memorandumu imzalanıb

    Ukrayna və ABŞ hökumətləri arasında ticari əməkdaşlıq haqqında memorandum imzalanıb.

    Bu barədə cümə günü Ukrayna prezidentinin ofisi məlumat verib.

    “Ukrayna Prezidentinin ABŞ-a işgüzar səfəri çərçivəsində bir sıra vacib sənədlər, xüsusən də Ukrayna və ABŞ hökumətləri arasında ticari əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb”, – məlumatda belə deyilir.

    Memorandumu Ukraynanın Baş nazirinin birinci müavini, İqtisadi İnkişaf, Ticarət və Kənd Təsərrüfatı naziri Oleksi Lyubçenko və ABŞ Ticarət Naziri Qina Raimondo imzalayıblar.

    Sənədə əsasən, tərəflər kommersiya layihələri hazırlamağı və həyata keçirməyi, həmçinin Ukrayna və ABŞ-da dövlət satınalmalarında iştirak etməyi planlaşdırırlar.

  • 11 Sentyabr terroruna dair bəzi sənədlər açıqlana bilər

    ABŞ-da 11 sentyabr hücumuna aid bəzi sənədlərin üzərində məxfilik qrifi götürülə bilər.

    Belə ki, ölkə prezidenti Co Bayden həmin sənədlərin icmalının yenidən nəzərdən keçirilməsi ilə bağlı göstəriş verib.

    Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” terrorçuları tərəfindən qaçırılan iki təyyarə Nyu-Yorkdakı əkiz qüllələr kimi tanınan Dünya Ticarət Mərkəzi binalarına çırpılıb.

    Daha bir təyyarə isə Pentaqonun üzərinə düşüb. Terror aktı 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.

    Mənbə: TASS

  • Qənnadı məmulatlarını alarkən nələrə diqqət olunmalıdır?

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə qənnadı məmulatlarının keyfiyyətini formalaşdıran amillər haqqındadır.

    Yüksək qidalılıq dəyərinə malik qənnadı məmulatları qida rasionumuzda geniş istifadə olunur. Bu məhsullar unlu və şəkərli qənnadı məmulatlar olmaqla iki qrupa bölünür. Hər biri də tərkibi, qidalılıq dəyəri və hazırlanma texnologiyasına görə digərindən fərqlənir. Unlu qənnadı məmulatların peçenye, pryanik, vafli, tort, piroq, keks və s. kimi növləri var. Şəkərli qənnadı məmulatlarına isə marmelad, karamel, şokolad, mürəbbə, cem, povidlo və s. aiddir.

    Şəkərli qənnadı məmulatları tərkibinə və qidalılıq dəyərinə görə digər yeyinti məhsullarından fərqlənir. Bu isə həmin məmulatların istehsalında yüksək enerji dəyərinə malik olan xammaldan – şəkər, bal, nişasta və nişasta məhsulları, yeyinti yağları, yumurta, süd və süd məhsulları, meyvə-giləmeyvə, xüsusilə də qərzəkli meyvələrin (qoz, fındıq, badam, püstə və s.) istifadə olunmasına əsaslanır. Şəkərli qənnadı məmulatların istehsalında əsasən karbohidratlarla zəngin olan xammaldan istifadə edildiyindən həmin məhsulların enerji dəyəri də nisbətən yüksəkdir. Lakin bu enerji dəyəri bioloji dəyərə malik deyil.

    Qənnadı məmulatlarının keyfiyyət göstəricilərinə təhlükəsizlik və bakterioloji amillər aiddir. İstehsal zamanı xammal keyfiyyətsiz olduqda, eləcə də daşınma və saxlanma rejiminə düzgün əməl edilmədikdə məhsul insan sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Belə ki, tərkibinə xaricdən bir çox zərərli kimyəvi maddələrin, o cümlədən ağır metal duzların, toksiki elementlərin, həmçinin mezofil və anaerob mikroorqanizmlərin, kif və maya göbələklərinin düşməsi nəticəsində məhsulların keyfiyyəti itir. Əgər sadalanan bu maddələrin miqdarı tibbi-bioloji tələblərin normalarından artıq olarsa, bu zaman insan orqanizmində bir sıra ciddi xəstəliklər yarana bilər.

    Xarici təsirlərdən kifayət qədər etibarlı qorumaq üçün qənnadı məmulatlarının düzgün qablaşdırılması şərtdir. Qənnadı məhsullarının qablaşdırılması məhsulun konkret çeşidi, eləcə də normativ texniki sənədlərin tələbinə uyğun olmalıdır. Bu məmulatlar əsasən içərisinə perqament kağızı sərilmiş taxta, yaxud karton yeşiklərə, çəki ilə satılanları isə karton qutulara və sellofan paketlərə qablaşdırılır. Mürəbbə, cem, povidlo kimi şəkərli qənnadı məmulatlar isə şüşə və ya tənəkə bankalara qablaşdırılaraq satışa çıxarılır. Qablaşdırılmayan məhsullar haqqında informasiya isə ticarət obyektində məlumat vərəqində aydın şəkildə göstərilməlidir. Hər bir istehlakçı bu tip məhsulları alarkən onun saxlanma şəraitinə, qablaşdırmanın üzərindəki markalanmada qeyd edilən məlumatlara diqqət yetirməlidir. Dadı və formasına görə şübhə yaradan, etiket məlumatları aydın olmayan, markalanmayan məhsulları almaqdan çəkinmək lazımdır.

    Qənnadı məhsullarının daşınması zamanı sanitar-gigiyenik qaydaların gözlənməsi onların keyfiyyətli şəkildə saxlanmasını da təmin edir. Daşınma zamanı qaydalara ciddi əməl edilmədikdə məhsul bir sıra amillərin təsirinə məruz qalır. Ona görə də tez xarab olan qənnadı məhsullarının daşınması 60 C-dək temperaturda və xüsusi nəqliyyat vasitələrində həyata keçirilməlidir. Bu məmulatların spesifik iyi olan məhsullarla bir yerdə daşınması və saxlanması qadağandır. Məhsulların saxlanma rejimini xarakterizə edən əsas göstəricilər havanın temperaturu və havanın nisbi rütubəti, sanitar-gigiyenik şərtlər, işıqlandırma, otaqların havalandırılmasıdır. Məhsulların düzgün yerləşdirilməsi və düzülməsi, eləcə də mal qonşuluğu prinsipinə riayət edilməsi zəruridir.

    Konfetlər çəki ilə satılan şəkildə istehsal edilir və ya qutuya, dəstəyə düzülür. Konfetlərin markalanması qənnadı məmulatları üçün adidir. Orada istehsal tarixi və saxlanma müddəti göstərilir. Drajelər bədii tərtibatlı dəstələrə, paketlərə, qutulara qablaşdırılır. Drajenin saxlanma şəraiti konfetlərdə olduğu kimidir. Drajeni birbaşa günəş işığı şüasının təsirindən qorumaq lazımdır. Uzun müddət saxlanan zaman draje köhnəldiyindən xarici görünüşü də korlanır. Karamel yüksək hiqroskopikliyi və kövrəkliyi ilə xarakterizə edilir. Buna görə də onu xarici təsirlərdən kifayət qədər etibarlı şəkildə qorumaq zəruridir. Karamel, halva 180 C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 %-dən çox olmamaqla saxlanmalıdır. Belə şəraitdə küncüt və şokoladla minalanmış halvanın zəmanətli saxlanma müddəti 2 ay, qozlu, yerfındıqlı, günəbaxan və kombinə edilmiş halvanın saxlanma müddəti 1,5 aydır. Saxlanma rejimi pozulduqda halvadan yağ axır, acılaşır, xoşagəlməz dad və qoxu duyulur. Yüksək nisbi rütubət zamanı halvanın səthi nəmlənir və xlorogen turşusunun oksidləşməsi və melanoidin yaranması nəticəsində qaralır. Havanın nisbi rütubətinin artması da yağın axmasına səbəb olur. Şokoladı isə 180 C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 %-dən çox olmamaqla quru, təmiz, yaxşı havalandırılan, anbar zərərvericiləri ilə yoluxmayan, birbaşa günəş işığı düşməyən yerdə saxlamaq lazımdır. Şokolad kağıza bükülmüş vəziyyətdə, çəkilib qutulara qablaşdırılmış şəkildə və bükülməmiş, çəki ilə satılan formada istehsal olunur. Kağız şokoladı işığın, rütubətin, çirklənmənin təsirindən qoruyur və ona cəlbedici xarici görünüş verir. 50 q və daha çox kütləsi olan şokoladın markalanmasında isə əsas komponentlərin tərkibi mütləq göstərilməlidir.

    Unlu qənnadı məmulatlarının forması düzgün və zədəsiz, dadı və iyi isə çeşidinə müvafiq olmalıdır. Bu tip məhsullar kənar iy və dad verməməlidir. Unlu qənnadı məmulatlar soyuducuda əsasən 18º C-dən aşağı temperaturda və 65-75 % nisbi rütubətdə saxlanmalıdır. Bu rejimə əməl edilməklə növ və çeşidindən asılı olaraq tort və piroqlar 3 saatdan 1 ayadək, pryaniklər 10-45 gün, kekslər 2-12 gün, ruletlər 5 gün, vaflilər 1-3 ay saxlana bilər. Açıq şəkildə satılan qənnadı məmulatları, xüsusilə də unlu qənnadı məhsulları xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməlidir. Bu tip məhsullar yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin olunmuş işçi heyət tərəfindən istehlakçılara təqdim edilməlidir.

    Mürəbbə və cemlər isə pasterizə edilmiş halda 6 ay, hermetik qabda olanlar 12 ay, şokoladlar 2-6 ay, konfetlər 1-4 ayadək, irislər 2-6 ay, karamel məmulatı 15 gündən 6 ayadək saxlana bilər. Şüşə bankalarda qablaşdırılmış mürəbbə, cem və povidlolar qapağı açıldıqdan sonra içərisindəki maddələr hava ilə təmas zamanı oksidləşir və nəticədə məhsul yararsız vəziyyətə düşür. Ona görə də qapağı açılandan sonra bu kimi məhsullar 2-4 həftə ərzində mütləq istehlak edilməlidir.

    Düzgün şəraitdə saxlanmayan və ya istifadə müddəti ötmüş qənnadı məmulatları insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Əsasən də kifli qənnadı məhsulları orqanizmə mənfi təsir göstərir, bir sıra xəstəliklərə yol açır. Qeyd edək ki, kiflənmə müхtəlif növ kif göbələklərinin inkişafı ilə əlaqədar olaraq yaranır. Bu zaman məhsulun səthində хovlu ləkələr və müхtəlif rəngli təbəqə əmələ gəlir. Kif göbələkləri zülalları, yağları və karbohidratları parçalayır. Qənnadı məmulatları yüksək nisbi nəmlik və temperatur şəraitində saхlandıqda onlarda kif göbələkləri (mukor, penisilium və s.) inkişaf edir.

  • Taksi sürücülərinə bəd xəbər – Polis açıqladı

    Taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən də COVID pasportu tələb olunur.

    Bu barədə “bizim.media”ya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

    Onun sözlərinə görə sentyabrın 1-dən birinci doz vaksin qəbul edən taksi sürücüləri sözügedən xidməti göstərə bilərlər.

    Oktyabrın 1-dən isə taksi sürüclərindən ikinci doz peyvənd olunmaları və ya immunitet sertifikatı almaları tələb olunur:

    “Nazirlər Kabinetinin 26 iyul 229 nömrəli 2021-ci il tarixl qərarında və əlavələrdə COVID -19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatı tələb olunan xidmət sahələri sırasında nəqliyyat, logistika və komunikasiya da var.

    Yəni dəmiryolu, hava və avtomobil nəqliyyatı, yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin mütləq qaydada peyvəd olunması, yaxud immunsertifikatı tələb olunur.

    Bu qərara uyğun olaraq taksi fəaliyyəti ilə məşğul olan şəxslər 1 sentyabr tarixindən etibarən birinci doz COVID pasportu ilə fəaliyyət göstərə bilərlər.

    Nazirlər Kabinetinin qərarının icra edilməsi və taksi fəaliyyəti ilə məşğul olan şəxslərin COVID pasportunun olub-olmaması barədə xidmətə cəlb olunan əməkdaşlarımız tərəfindən müvafiq nəzarət profilaktik yoxlamalar həyata keçirilir. Aşkarlanan hallarla bağlı müvafiq tədbirlər görülür”.

    Xatırladaq ki, İnzibati Xətalar Məcəllənin 211-ci maddəsi əsas tutularaq, karantin rejimlərinin pozulmasına görə fiziki şəxsləri 200 manatdan 400 manatadək, vəzifəli şəxsləri isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə gözləyir.

  • YUNESKO-nun baş direktoru dünyada qoruqların sahəsini iki dəfə artırmağı təklif edib

    YUNESKO 2030-cu ilə qədər dünyanın mühafizə olunan ərazilərini iki dəfə artırmağı nəzərdə tutur.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Audre Azoulay bildirib.

    “2030-cu ilədək qorunan ərazilərin sahəsini iki dəfə artırmaq üçün beynəlxalq səyləri dəstəkləməkdə qərarlıyıq”, – Baş direktor qeyd edib.

    Onun sözlərinə görə, qoruqlar planetdəki biomüxtəlifliyin qorunması üçün strateji qaynaqlardır.