Month: September 2021

  • Türkiyə topçularından sərrast zərbə: Doqquz terrorçu zərərsizləşdirildi

    Türkiyə Silahlı Qüvvələri “Barış Pınarı” əməliyyatı bölgəsində terrorçulara zərbə endirib.

    Belə ki, Türkiyə ordusuna atəş açan terrorçulara topçular cavab verib. Atəş açan PKK-YPG terrorçularının mövqeləri dəqiq artilleriya atəşi ilə vurulub.

    İlkin məlumata görə, zərbə nəticəsində ən azı doqquz terrorçu məhv edilib.

    Mənbə: “Hürriyet”

  • В Баку мужчина украл из дома тещи золотые украшения на 20 000 манатов

    Сотрудники 3-го отделения Хазарского РУП задержали подозреваемого в краже 18 августа из частного дома в бакинском поселке Бина 500 манатов и золотых украшений общей стоимостью 20 000 манатов.

    Об этом сообщили в МВД Азербайджана.

    Им оказался зять пострадавшей – Т.Керимов. В своих показаниях он признался в содеянном.

    По данному факту проводится расследование.

  • Bakıda kişi qayınanasının evindən 20 min manatlıq qızıl oğurladı

    Bakıda evdən xeyli miqdarda qızıl oğurlanıb.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Binə qəsəbəsindəki evlərin birindən 500 manat pul və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

    Bu ev sahibəsinin kürəkəni T.Kərimovdur. O, törətdiyi əməli etiraf edib.

  • Məşhur qadın hakim Azərbaycan yığmasının oyununa təyinat aldı

    2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin V turunun İrlandiya – Azərbaycan oyununun hakimləri açıqlanıb.

    Sentyabrın 4-də keçiriləcək matçı fransalı ədalət təmsilçiləri idarə edəcək.

    Dublinin “Aviva” stadionundakı qarşılaşmada baş hakim Jerom Brisar olacaq. Ona Benjamen Peyc və Finjin Ervan Kristof yardım edəcək. Mikael Lesaj dördüncü hakim funksiyasını yerinə yetirəcək.

    2019-cu ildə İstanbulda “Liverpul” və “Çelsi” arasındakı UEFA Superkuboku matçını idarə etmiş qadın referi Stefani Frapar VAR hakimi olacaq. Onun köməkçisi kimi qarşılaşmaya Mikael Berşebru təyinat alıb.

  • Азербайджанские танкисты вышли в финал конкурса “Танковый биатлон”

    В Москве состоялся полуфинал конкурса “Танковый биатлон” в рамках “Армейских международных игр – 2021”.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    Наша команда вышла в финал конкурса, который намечен на 4 сентября.

    Азербайджанские танкисты сразятся с экипажами России, Китая и Казахстана.

    В финале представители АР выступят на танках красного цвета, команда России – на синих, Китая – на желтых, а Казахстана – на зеленых.

  • Tankçılarımız “Tank biatlonu” müsabiqəsində finala yüksəlib

    “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Yarmfinal mərhələsində uğurla çıxış edən komandamız final mərhələsinə yüksəlib.

    Sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.

    Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.

  • Türkiyəli məşhur aktyor vəfat etdi

    Türkiyəli məşhur aktyor və uzun illər dublyaj sahəsində çalışmış Nusret Çetinel 69 yaşında vəfat edib.

    N.Çetinelin vəfatı barədə Türkiyənin Aktyorlar Sindikatı paylaşım edib.

    “Həmkarımız Nusret Çetinel vəfat edib. Çox məyusuq. Bütün sevənlərinə səbir diləyirik. Başımız sağ olsun”, – deyə təşkilatdan bildirilib.

    Mənbə: “Hürriyet”

  • Özünü media əməkdaşı kimi təqdim edərək pul tələb edən şəxs tutulub

    Özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək iaşə obyektlərinə daxil olmaqla ayrı-ayrı vətəndaşlardan şantaj yolu ilə pul tələb edən şəxs barəsində Ağdam Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırmaların təfərrüatı məlum olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə rayonunda yaşayan Fəxri Əliyevin Bərdə və Ağdam rayonlarında yerləşən iaşə obyektlərinə daxil olaraq özünü televiziya əməkdaşı və eləcə də, səlahiyyətli şəxs kimi təqdim edərək şantaj yolu ilə pul tələb etdiyi müəyyən edilib.

    Belə ki, Bərdə rayonunda daxil olduğu aptekdə özünü səlahiyyətli şəxs kimi təqdim edib, maskadan istifadə edilmədiyini səbəb göstərərək 1 400 manat məbləğində pul tələb edib.

    Bundan başqa F.Əliyev Ağdam rayon ərazisində yerləşən marketlərdən birinə daxil olub və özünü televiziya əməkdaşı kimi təqdim edib. Onun obyekt daxilində tibbi maskadan istifadə edilmədiyinə dair video görüntüləri silmək üçün 50 manat məbləğində pul tələb etdiyi də müəyyən edilib.

    Müəyyən edilmiş faktlarla bağlı şikayətçilərin ərizələri alınıb. F.Əliyev Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun digər analoji əməllərinin olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.

  • Адвокат, на которого напал сын Ровшана Акперова, дал объяснения в отделении полиции

    Член коллегии адвокатов Азербайджана Эльчин Садыгов сегодня дал объяснения в 27-м отделении полиции Ясамальского района Баку в связи с нападением на него в ходе судебного процесса сына экс-командира соединения генерал-лейтенанта Ровшана Акперова.

    Об этом юрист написал в Facebook.

    “Надеюсь, что этот инцидент, произошедший без уважительной причины при исполнении мной своих обязанностей, будет расследован, а виновник привлечен к ответственности”, – отметил Э.Садыгов.

    Напомним, 1 сентября во время очередного судебного заседания в Бакинском военном суде сын подсудимого Р.Акперова напал на адвоката Э.Садыгова, о чем последний сообщил в соцсети.

  • Rövşən Əkbərovun oğlunun hücum etdiyi vəkil polis şöbəsində izahat verib

    Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlunun ona məhkəmə prosesində hücum etməsi ilə bağlı polis şöbəsində izahat verib.

    Bu barədə Elçin Sadıqov özü sosial şəbəkədə paylaşım edib.

    “Bu gün Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində izahat verdim. Ümid edirəm ki, Rövşən Əkbərovun oğlunun mənə öz vəzifələrimi icra etməyimlə əlaqədar, heç bir səbəb olmadan hücum etməsi araşdırılacaq və məsuliyyətə cəlb edilərək cəzalandırılacaq”, – deyə E.Sadıqov bildirib.

    Qeyd edək ki, sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən növbəti məhkəmə iclası zamanı R.Əkbərovun oğlu E.Sadıqova hücum edib. Bu barədə vəkilin özü sosial şəbəkə hesabında bildirib.