Month: September 2021

  • Ильхам Алиев изменил состав межправительственной комиссии

    В распоряжение Президента Азербайджана от 13 мая 2011 года “О составе смешанной комиссии по экономическому, научно-техническому и культурному сотрудничеству между правительствами АР и Чехии с азербайджанской стороны” внесены изменения.

    Соответствующее распоряжение 30 сентября подписал Президент Ильхам Алиев. Текст документа опубликован на сайте president.az.

    Согласно распоряжению, сопредседателем указанной комиссии назначен заместитель министра экономики АР Ровшан Наджаф.

    Кроме того, в состав комиссии включен председатель правления уполномоченной структуры Алятской свободной экономической зоны.

  • İlham Əliyev komissiyanın tərkibində dəyişiklik etdi

    “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilib.

    Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, Komissiyanın həmsədri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf təyin olunub.

    Bundan başqa, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri də komissiyanın tərkibinə daxil edilib.

  • Президент освободил от должности Агабея Аскерова

    Президент Азербайджана Ильхам Алиев 30 сентября подписал распоряжение об освобождении Агабея Мамед оглу Аскерова от должности генерального директора издательства “Азербайджан”.

    Текст документа опубликован на сайте president.az.

  • Prezident Ağabəy Əsgərovu vəzifəsindən azad etdi

    Prezident İlham Əliyev Ağabəy Məmməd oğlu Əsgərovun “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı Prezident.az məlumat yayıb.

  • Арестован предприниматель, избивший Эльзу Сеиджахан

    Арестован Рустам Керимзаде, применивший насилие в отношении певицы Эльзы Сеиджахан.

    Об этом в Facebook написал известный адвокат Эльчин Садыгов.

    По его словам, 29 сентября в Насиминском районном суде на процессе под председательством судьи Эльмеддина Гусейнова Р.Керимзаде был приговорен к лишению свободы сроком на один месяц.

    Ему инкриминируется статья 157 (умышленное нанесение побоев или совершение иных насильственных действий, причинивших физическую боль) Кодекса об административных проступках АР.

    Э.Садыгов также отметил, что арестованный объявил голодовку.

    Отметим, Эльза Сеиджахан обратилась в 21-е отделение Насимского РУП и заявила, что Р.Керимзаде применил в ее отношении насилие.

    Напомним, что Рустам Керимзаде является учредителем и директором ООО ELİT SRC GROUP.

  • Elza Seyidcahanı döyən iş adamı həbs edildi

    Müğənni Elza Seyidcahana zor tətbiq edən Rüstəm Kərimzadə həbs olunub.

    Bu barədə tanınmış vəkil Elçin Sadıqov “Facebook” səhifəsində paylaşım edib.

    Vəkil bildirib ki, sentyabrın 29-da Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Kərimzadə barəsində bir aylıq həbs qərarı çıxarılıb.

    O, İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə təqsirləndirilir.

    E.Sadıqov həmçinin qeyd edib ki, həbs edilən şəxs aclıq aksiyasına başlayıb.

    Qeyd edək ki, müğənni Elza Seyidcahan Nəsim Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, R.Kərimzadənin ona zor tətbiq etdiyini bildirib.

    Xatırladaq ki, Kərimzadə Rüstəm Fuad oğlu “ELİT SRC GROUP” MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir.

  • Парламент Азербайджана принял заявление по случаю годовщины начала Отечественной войны

    Милли Меджлис Азербайджана принял заявление по случаю первой годовщины начала Отечественной войны.

    Текст зачитал депутат Низами Сафаров.

    “Прошел год с момента начала восстановления территориальной целостности международно признанной территории Азербайджана – Отечественной войны. Как известно, необоснованные претензии и агрессивная политика Армении привели к оккупации 20% территории Азербайджана. В отношении азербайджанцев были совершены ужасные преступления, совершены Ходжалинский и другие акты геноцида, разрушены и сожжены 877 городов, сел и поселков. На захваченных землях были уничтожены объекты культурного наследия Азербайджана”, – говорится в заявлении.

    Документ был вынесен на голосование и принят.

  • Parlament Vətən müharibəsinin başlanmasının ildönümü ilə bağlı Bəyanat qəbul etdi

    Milli Məclis Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bəyanat qəbul edib.

    Bəyanatın mətnini deputat Nizami Səfərov oxuyub.

    Bəyanatda deyilir: “Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin pozulmasına son qoyulmasından, Vətən müharibəsinin başlamasından bir il keçir. Məlum olduğu kimi, Ermənistanın əsassız iddiaları və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə gətirib çıxarmışdı. Azərbaycanlılara qarşı dəhşətli cinayətlər həyata keçirilib, Xocalı və digər soyqırımı aktları törədilib, 877 şəhər, kənd və qəsəbə dağıdılıb, yandırılıb. İşğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsi məhv edilib və ya dağıdılıb”.

    Bəyanat səsverməyə qoyularaq, qəbul edilib.

    //oxu.az

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость снизилась на 0,12%, или на 0,1 доллара за баррель, и составила 80,08 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan neftinin qiyməti ucuzlaşdı

    Azərbaycan nefti ucuzlaşıb.

    “Azeri Light” markalı neftin bir barelinin dəyəri 0,1 ABŞ dolları və ya 0,12 faiz azalıb.

    Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 80,08 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.