Month: October 2023

  • Ermənipərəst ABŞ senatoruna qarşı yeni ittiham irəli sürüldü

    ABŞ Ədliyyə Nazirliyi Nyu Cersi ştatından olan senator Robert Menendezə qarşı əlavə ittihamlar irəli sürüb və onu Misir üçün qeyri-leqal xarici agent kimi işləməkdə ittiham edib.

    “Ən azı 2018-ci ilin yanvarından 2022-ci ilin iyun ayına qədər Robert Menendez və onun həyat yoldaşı Nadine Menendez (Arslanyan), eləcə də digər tanınmış şəxslər əvəlcədən sövdələşərək xarici agent kimi fəaliyyət göstərməyə razılaşıblar”, – ABŞ Prokurorluğunun Nyu-Yorkun Cənub Bölgəsi Məhkəməsinə təqdim etdiyi sənəddə deyilir.

    Xatırladaq ki, sentyabrda senatora qarşı Nyu Cersi ştatından olan üç iş adamı ilə korrupsiya sövdələşmələrində əli olması və yüz minlərlə dollar rüşvət alması ilə bağlı ittihamlar irəli sürülüb. Bildirilib ki, senator biznezmenlərdən nağd pul, qızıl külçələr, bahalı avtomobillər və digər qiymətli əşyalar alıb.

    Həmçinin, prokurorların sözlərinə görə, Menendez həssas hökumət məlumatlarını Misirə ötürüb və bu ölkənin xeyrinə ABŞ-ın rəsmi qurumlarına təzyiq edib.

    Mənbə: TASS

  • Xaçatryan məhkəmədə ağladı – FOTO/VİDEO

    Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb.

    “Qafqazinfo”nun məlumatına görə, Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Xaçatryanın ağlaması diqqəti çəkib.

    Bugünkü iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir, ilkin dinləmələr keçirilir.

    Qeyd edək ki, V.Xaçatryan 1991-ci ilin dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətmə ittihamı ilə beynəlxalq axtarışa verilmişdi. O, bu ilin iyulunda Azərbaycan sərhədçiləri tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

  • Евро-2024: сегодня состоятся очередные игры седьмого тура – АФИША

    Сегодня в отборочном раунде Евро-2024 пройдут очередные игры VII тура.

    В группах B, F и J состоится семь матчей.

    Евро-2024

    Отборочный этап, VII тур

    13 октября

    Группа B

    Ирландия – Греция

    Нидерланды – Франция

    Положение в таблице: Франция – 15, Нидерланды – 9, Греция – 9, Ирландия – 3, Гибралтар – 0.

    Группа F

    Австрия – Бельгия

    Эстония – Азербайджан

    Положение в таблице: Бельгия – 13, Австрия – 13, Швеция – 6, Азербайджан – 1, Эстония – 1.

    Группа J

    Португалия – Словакия

    Лихтенштейн – Босния и Герцеговина

    Исландия – Люксембург

    Положение в таблице: Португалия – 18, Словакия – 13, Люксембург – 10, Босния и Герцеговина – 6, Исландия – 6, Лихтенштейн – 0.

  • AVRO-2024: Fransa və Portuqaliya bu gün final mərhələsinə vəsiqəni təmin edə bilərlər – AFİŞA

    Bu gün AVRO-2024-ün seçmə mərhələsində VII turun növbəti oyunları baş tutacaq.

    B, F və J qruplarında ümumilikdə yeddi qarşılaşma baş tutacaq.

    F qrupunda yer alan Azərbaycan millisi səfərdə Estoniyanın qonağı olacaq. Qrupun digər matçında Avstriya Belçika ilə üz-üzə gələcək. Bu görüşün qalibi final mərhələsinə vəsiqəni təmin edəcək.

    B qrupunda Fransa Niderlandla qarşılaşacaq. Fransızlar qalib gəlsələr, AVRO-2024-ə vəsiqə əldə edəcəklər. Sözügedən matçın heç-heçə bitməsi halında isə Yunanıstanın məğlubiyyəti son dünya çempionatının finalçısını AVRO-2024-ün əsas yarışına aparacaq.

    J qrupunda isə Portuqaliya öz meydanında Slovakiyaya qalib gəlməklə tapşırığın öhdəsindən gələ bilər. Lakin pireneylilər həm də Lüksemburqun qələbə qazanmamasına ümid etməlidirlər.

    AVRO-2024

    Seçmə mərhələ, VII tur

    13 oktyabr

    B qrupu

    22:45. Niderland – Fransa

    22:45. İrlandiya – Yunanıstan

    Xal durumu: Fransa – 15, Niderland – 9, Yunanıstan – 9, İrlandiya – 3, Cəbəllüttariq – 0

    F qrupu

    20:00. Estoniya – Azərbaycan

    22:45. Avstriya – Belçika

    Xal durumu: Avstriya – 13, Belçika – 13, İsveç – 6, Azərbaycan – 1, Estoniya – 1.

    J qrupu

    22:45. Portuqaliya – Slovakiya

    22:45. İslandiya – Lüksemburq

    22:45. Lixtenşteyn – Bosniya və Herseqovina

    Xal durumu: Portuqaliya – 18, Slovakiya – 13, Lüksemburq – 10, Bosniya və Herseqovina – 6, İslandiya – 6, Lixtenşteyn – 0