Month: November 2023

  • Azərbaycanda tədavüldən çıxarılmış pul nişanlarının məhv edilməsi qaydaları təsdiqlənib

    Nazirlər Kabineti “Tədavüldən çıxarılmış pul nişanlarının (saxta pul nişanları istisna olmaqla) məhv edilməsi Qaydaları”nı təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, hökumətin “Tədavüldən çıxarılmış kağız və metal pul nişanlarının məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 30 iyul 2018-ci il tarixli qərarı ləğv edilib.

    Qərarda dəyişiklik ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

  • В Астане состоялась встреча Ильхама Алиева и Реджепа Тайипа Эрдогана – ОБНОВЛЕНО

    3 ноября в столице Казахстана Астане состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и президента Турецкой Республики Реджепа Тайипа Эрдогана.

    Как сообщает АЗЕРТАДЖ, на встрече было отмечено, что дружеские, братские и союзнические отношения между Азербайджаном и Турцией успешно развиваются в различных сферах. С удовлетворением было подчеркнуто успешное завершение проведенных в сентябре этого года антитеррористических мероприятий.

    Реджеп Тайип Эрдоган поздравил главу нашего государства с поднятием флага Азербайджана в городах Ханкенди и Ходжалы.

    В ходе беседы было отмечено, что 10-й юбилейный саммит Организации тюркских государств под девизом “Тюркский век” служит дальнейшему укреплению сотрудничества между нашими странами и народами.

    На встрече была выражена уверенность, что двусторонние отношения будут и дальше успешно развиваться, состоялся обмен мнениями о перспективах сотрудничества и вопросах, представляющих взаимный интерес.

    * * * * *

    3 ноября в столице Казахстана Астане состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и президента Турецкой Республики Реджепа Тайипа Эрдогана.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Astanada Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşü olub – YENİLƏNİB

    Noyabrın 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

    AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması məmnunluqla vurğulanıb.

    Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını Xankəndi və Xocalı şəhərlərində Azərbaycan Bayrağını ucaltması münasibətilə təbrik edib.

    Söhbət zamanı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi qeyd olunub.

    Görüşdə ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    * * * * *

    Noyabrın 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Президент Узбекистана поздравил Азербайджан с полным восстановлением территориальной целостности

    Президент Узбекистана Шавкат Мирзиеев поздравил Президента Ильхама Алиева с полным восстановление Азербайджаном своей территориальной целостности.

    Как сообщает Report, об этом узбекский лидер сказал на открытии 10-го юбилейного саммита Организации тюркских государств (ОТГ) в Астане, Казахстан.

    Президент Узбекистана подчеркнул, что теперь восстановлена историческая справедливость, Карабах уже вступил на путь возрождения и процветания.

    Ш.Мирзиеев сообщил, что в ходе своего визита в Азербайджан он посетил Шушу и Физули и стал свидетелем масштабных восстановительных работ на освобожденных территориях страны.

    “Я еще раз искренне поздравляю азербайджанский народ с обеспечением Азербайджаном своей территориальной целостности”, – сказала он.

  • Şavkat Mirziyoyev Azərbaycanın suverenliyinin tam bərpa edilməsi münasibətilə İlham Əliyevi təbrik edib

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın bütün ərazisində suverenliyini təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib.

    “Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, Özbəkistanın dövlət başçısı təbriklərini Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb.

    Özbəkistan prezidenti vurğulayıb ki, tarixi ədalət bərqərar olub və Qarabağ artıq bərpa və rifah yoluna qədəm qoyub.

    Ş.Mirziyoyev bildirib ki, Azərbaycanda səfərdə olarkən Şuşa və Füzulini ziyarət edib və Azərbaycanın azad olunmuş ərazilərində genişhəcmli yenidənqurma işlərinin şahidi olub:

    “Azərbaycan xalqını öz ərazi bütövlüyünü təmin etməsi münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm”.

  • Xaçmazda iki gün əvvəl evdə meyiti tapılan qadının öldürüldüyü məlum olub

    Xaçmazda 62 yaşlı qadını öldürməkdə şübhəli bilinən 38 yaşlı Şahin Səməd oğlu Əhmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, iki gün əvvəl Mafizə Şirinbalayevanın meyiti Xaçmaz şəhəri ərazisində tək yaşadığı evində aşkarlanıb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Türk dünyasında sarsılmaz birliyə doğru – Naxçıvandan başlayan missiya uğurla davam etdirilir

    Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçiriləcək. Yubiley Zirvə görüşü Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi niyyətinin növbəti nümunəsidir. Ümumiyyətlə, son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

    AZƏRTAC Azərbaycanın Türk dünyası ölkələri ilə münasibətlərinə bir daha nəzər salır.

    Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Azərbaycanın bu istiqamətində töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Belə ki, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradılıb. O vaxt Sazişi dörd ölkənin rəhbərləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalayıblar. Lakin illər ötdükcə, xüsusilə son dövrlər Azərbaycanın və Türkiyənin liderliyi Şuraya üzv ölkələr arasında əməkdaşlıq və əlaqələr genişlənib, 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına (TDT) çevrilib və onun üzvlərinin sayı artıb. Hazırda təşkilatın 5 əsas – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü – Macarıstan və Türkmənistan var. Bu gün Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. TDT-yə üzv ölkələrin coğrafi mövqeyinə diqqət yetirsək görərik ki, onlar Şərqdən Qərbə tam bir nəqliyyat marşrutu – Orta Dəhliz təşkil edir. Heç şübhəsiz, Azərbaycan bu marşrutda aparıcı rola malikdir. Çünki Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz mühüm tranzit mövqeyə sahibdir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqləyib: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

    Dövlətimizin başçısının söylədiyi bu fikirlər bu gün TDT-yə üzv ölkələrin iqtisadi münasibətlərində öz əksini tapır.

    Türk dövlətləri arasında iqtisadi münasibətlər genişlənir

    Ümumilikdə 4,8 milyon kvadrat kilometr əraziyə, 1,4 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsula və 855 milyard ABŞ dollarından çox ticarət dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir.

    Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb. Bu gün Orta Dəhlizlə yükdaşımaların həcmi nəzərəçarpacaq dərəcədə artmaqdadır. Təsadüfi deyil ki, 2023-cü ilin yanvar-avqust aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların dinamikası ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,3 faiz artaraq 1,7 milyon tondan çox olub.

    Təbii ki, bu artım Azərbaycanın da həmin ölkələrlə iqtisadi əlaqələrinə öz təsirini göstərib. Belə ki, 2022-ci ildə Azərbaycanla Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 7 milyard 170 milyon dollar təşkil edib. 2023-cü ilin yanvar-iyul aylarında isə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 5 milyard 666 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,9 faiz çoxdur. Həmin dövründə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi illik müqayisədə 40,5 faiz, Qazaxıstanla 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb.

    Qeyd edək ki, Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək artırılması hədəflənir.

    Türk Dövlətləri Təşkilatının dünya üçün artan əhəmiyyəti

    Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qondarma qurum tərəfindən keçirilmiş “prezident seçkiləri”ni tanımadıqlarını bəyan ediblər. Üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və bu yaxınlarda açılışı baş tutan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən tikiləcək Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksini və s. qeyd etmək olar. Eyni zamanda, bu ilin fevralında qardaş Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına TDT-üzv dövlətlərin dəstəyi xüsusi vurğulanmalıdır.

    Beləliklə, tam əminliklə söyləmək olar ki, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir.

    Prezident İlham Əliyev hələ bir neçə il əvvəl təşkilatın gözəl gələcəyinin olacağını böyük uzaqgörənliklə bildirərək demişdi: “Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir”.

    Dövlətimizin başçısı təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər TDT-nin inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayıb.

    Yubiley – 10-cu Zirvə görüşü: müzakirə olunacaq mövzular, gözləntilər

    Bu gün Astanada Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşündə ötənilki sammitdən keçən dövr ərzində görülmüş işlər və əldə olunmuş nailiyyətləri qiymətləndirəcək, təşkilatın inkişafı və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparacaqlar.

    Zirvə görüşündə TDT-də müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak edəcəklər.

    TDT-nin 10-cu yubiley sammitində dövlət başçıları müxtəlif sahələr üzrə əsas məsələlərə dair qərarlar qəbul edəcək, sazişləri yekunlaşdıracaq, üzv və müşahidəçi dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirəcəklər.

    Zirvə Görüşünün sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

    Əminliklə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.

  • Samuxda qanunsuz saxlanılan silah-sursat aşkar edilib

    Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədilə profilaktiki-əməliyyat tədbirləri davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, bu istiqamətdə Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun Füzuli, Alıuşağı kəndlərinin və Nəbiağalı qəsəbə sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı və kalibrli ümumilikdə 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

    Bundan başqa Rayon Polis Şöbəsinə rayonun Nəbiağalı qəsəbəsindəki yol kənarında odlu silah olması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib və bir ədəd “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb

    Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Samux RPŞ-də müvafiq araşdırmalar aparılır.

  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Декабрьские фьючерсы на марку WTI подорожали на 0,41% – до 82,8 доллара за баррель, январские на Brent – на 0,29%, до 87,1 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri artıb

    Dünya bazarında neft qiymətləri artıb.

    Belə ki, WTI markalı neftin dekabr füçersləri 0,41% faiz bahalaşaraq, bir barelinin qiyməti 82,80 ABŞ dolları olub.

    “Brent” markalı neftin yanvar füçersləri 0,29% bahalaşaraq, bir barelinin qiyməti 87,10 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg