Month: December 2023

  • Prezident İlham Əliyev rumıniyalı həmkarını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 1-də Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik məktubu ünvanlayıb.

    Bu barədə President.az xəbər verir.

    Məktubda deyilir:

    “Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Azərbaycan-Rumıniya münasibətləri xoş ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi və gündən-günə genişlənməsi məmnunluq doğurur.

    Bu gün ölkələrimiz arasında əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, son dövrdə həyata keçirilən ali və yüksəksəviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar strateji tərəfdaşlığımızın möhkəmlənməsinə, siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə birgə fəaliyyətimizin geniş potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcək.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Rumıniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

  • В Румынию прибыли самолеты F-16 Военно-воздушных сил Турции

    Четыре самолета F-16 ВВС Турции прибыли на 86-ю авиабазу “Лейтенант авиации Георге Мочорницэ” в Борче для патрулирования в небе страны в рамках миссии воздушной полиции НАТО. Об этом сообщила пресс-служба Министерства национальной обороны Румынии.

    “Отряд в составе примерно 80 военных (пилоты и технический персонал) и 4 самолета F-16 будет выполнять вместе с летчиками ВВС Румынии задачи укрепленной воздушной полиции под командованием НАТО, – указывается в сообщении. – Совместное выполнение задач воздушной полиции обеспечивает развитие способности реагирования и сдерживания, а также укрепление взаимодействия между ВВС Румынии и Турции”.

    Воздушная полиция НАТО была создана в 1961 году для защиты воздушного пространства альянса. В Румынии она действует с 2004 года, когда страна вступила в альянс. Задачи воздушной полиции в стране выполняют румынские ВВС вместе с отрядом одной из стран НАТО, которые сменяют друг друга каждые 4-6 месяцев. С 2017 года эта группа сил, включающая 4-6 самолетов и 150-250 военных, называется “укрепленной воздушной полицией”.

    Источник: ТАСС

  • Türkiyə F-16 qırıcılarını Rumıniyaya yolladı

    Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd F-16 təyyarəsi NATO hava polisi missiyası çərçivəsində Rumıniya səmasında patrul xidməti həyata keçirmək üçün Borcedəki 86-cı aviasiya bazasına gəlib.

    Bu barədə Rumıniya Milli Müdafiə Nazirliyinin mətbuat Xidməti məlumat yayıb.

    “Təxminən 80 hərbi personaldan (pilotlar və texniki heyət) və dörd F-16 təyyarəsindən ibarət heyət Rumıniya Hərbi Hava Qüvvələrinin pilotları ilə birlikdə NATO komandanlığı altında gücləndirilmiş hava polisi missiyasını yerinə yetirəcək”, – məlumatda deyilir.

    Bildirilir ki, bu missiya cavabdehlik və çəkindirmə qabiliyyətinin inkişafına, həmçinin Rumıniya və Türkiyə Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verir.

    Qeyd edək ki, NATO hava polisi alyansın hava məkanını qorumaq üçün 1961-ci ildə yaradılıb. Rumıniya alyansa 2004-cü ildən qoşulub.

    Mənbə: TASS

  • Siqaretə görə üç nəfəri döyən şəxslərlə bağlı qərar verildi

    Bakı Apellyasiya Məhkəməsində üç nəfərin sağlamlığına qəsdən ağır zərər vurmada təqsirləndirilən Ayxan Məmişov, Niyazi Hacıxanov və Əlizamin Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Hacıxanov 7 il 6 ay, A.Məmişov və Ə.Əliyevin hər biri isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunublar.

    Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Belə ki, təqsirləndirilən şəxslərlə paytaxt sakinləri – İdris Ağabalayev, Yasin Rzayev və Elməddin Sadıqov arasında siqaret üstündə insident baş verib və sonradan bu, davaya çevrilib. Dava zamanı zərərçəkmişlərdən Elməddin Sadıqovun gözünə ağır xəsarət yetirilib və o, görmə qabiliyyətini itirib.

    Faktla bağlı polis A.Məmişov, N.Hacıxanov və Ə.Əliyevi saxlayıb.

    N.Hacıxanova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə), A.Məmişov və Ə.Əliyevə qarşı isə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

  • В Мингячевире 11-летняя девочка отравилась угарным газом

    В Мингячевире 11-летняя девочка отравилась угарным газом.

    Жительница города Ш.Асадова (2012 г.р.) скончалась от отравления угарным газом в ванной комнате своего дома.

    По данному факту ведется расследование.

  • Mingəçevirdə 11 yaşlı qız dəm qazından boğulub

    Mingəçevir şəhərində 11 yaşlı qız dəm qazından boğulub.

    2012-ci il təvəllüdlü Ş.Əsədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Tanınmış aparıcının maşınından oğurluq edilib

    Aparıcı Samir Bayramlının avtomobilindən oğurluq edilib.

    Bu barədə aparıcı öz “Instagram” səhifəsində paylaşıb.

    Bildirib ki, bununla ikinci dəfədir maşını qarət olunur:

    “Ehtiyat hissələri çox çətin tapılan avtomobilimdən artıq ikinci dəfədir ki, aksesuar oğurlanır. Mən isə bunu ya həmin günün axşamı, ya da bir gün sonra kimsə göstərəndə görürəm. Bunu kim və hansı məqsədlə, hansı niyyətlə götürürsə, mən bilmirəm. Avtomobilinizi park edərkən ehtiyatlı olun”.

  • Президент Азербайджана прибыл на Всемирный саммит по действиям в области климата

    Президент Азербайджанской Республики Ильхам Алиев прибыл на Всемирный саммит по действиям в области климата, который проходит сегодня в Дубае в рамках 28-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата – COP28.

    Об этом cообщает командированный в Дубай корреспондент Report.

    Прибывшего на саммит главу государства встретили генеральный секретарь ООН Антониу Гутерриш и президент Объединенных Арабских Эмиратов шейх Мухаммед бен Заид Аль Нахайян.

  • Azərbaycan Prezidenti Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir

    Azərbaycan Prezidenti İlham Əliyev bu gün Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir.

    Bu barədə “Report”un Dubaya ezam olunmuş müxbiri xəbər verir.