Month: January 2024

  • Vəkillər Kollegiyasından Zaur Məmmədovun intiharı ilə bağlı AÇIQLAMA – YENİLƏNİB

    “Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb”.

    Bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib:

    “Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansı problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”.

    Vəkillər Kollegiyasının sədri Zaur Məmmədovun mərhumun yaxınlarına başsağlığı verib.

    * * * * *

    Vəkil Zaur Məmmədov intihar edib.

    “Qafqazinfo”nun məlumatına görə, Z.Məmmədov hələlik bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə Vəkillər Kollegiyasının yanında qeydə alınıb.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb ediliblər.

    Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərirdi.

  • Xroniki infeksiyaların inkişaf mexanizmi müəyyənləşdi

    Rusiya Elmlər Akademiyasının Hesablama Riyaziyyatı İnstitutunun mütəxəssisləri avropalı həmkarları ilə birlikdə müəyyən ediblər ki, xroniki virus infeksiyalarının inkişafı makrofaqların vaxtından əvvəl ölümü ilə bağlıdır. Bu, antiviral interferon zülallarının istehsalına mane olur və orqanizmdə patogenlərin yaranması ilə nəticələnir.

    Bu barədə TASS Rusiya Elm Fonduna istinadən məlumat yayıb.

    Alimlər limfositik xoriomeningitə səbəb olan LCMV virusu ilə yoluxmuş gəmiricilərlə təcrübə aparıblar. İşin nəticələri göstərib ki, kəskin infeksiya zamanı orqanizm antiviral interferon zülallarının iki dalğası istehsal edir, xroniki infeksiya zamanı isə yalnız bir dalğa əmələ gəlir. Bu, ikinci dalğaya cavabdeh olan siçanların dalağında makrofaqların ölümü ilə əlaqədardır.

    Tədqiqatçılar oxşar mexanizmin insanlarda da baş verdiyini irəli sürürlər. Gələcəkdə müəlliflər xroniki virus infeksiyaları ilə mübarizənin ilk effektiv üsullarını hazırlamaqla makrofaqların ölüm səbəblərini öyrənməyə ümid edirlər. Bu, toxunulmazlıq üçün vacib olan molekulların ölüm prosesinin qarşısını almağa kömək edəcək.
    //qaynarinfo

  • Azərbaycanda bir gündə yüzlərlə nişan qayıtdı – SƏBƏB

    Daxili İşlər Nazirliyi ölkədə yüzlərlə nişanı ləğv edib.

    Bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

    O, ölkədə ilk dəfə bu addımın atıldığını vurğulayıb:

    “2024-cü ilin ilk günü bu məlumatla paylaşmağı özümə borc bilirəm. İlk dəfə baş verdi. Azyaşlı övladını məcburi ərə verməyə çalışan atanın həbsi dönüş yaratdı. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu dəfə elə böyük iş gördü ki, artıq yüzlərlə nişan ləğv edilib, geri qaytarılıb.

    DİN profilaktika tədbirləri ilə erkən yaşda nişanın qarşısını almağın mümkünsüzlüyünü gördükdən sonra sözügedən addımı atıb”.

    “DİN-in bir dəfə yetər deməsi kifayət elədi ki, insanlar ayılsın. Çox çalışdıq. İctimai qınağın da faydası olmadı. Həbs ağır cəza olmalı idi. Biz bacardıq”, – deyə o, paylaşımda bildirib.

    Qeyd edək ki, bir müddət öncə Sabirabad rayonu Məmişli kəndində 12 yaşlı övladını 32 yaşlı şəxslə nikaha daxil olmağa məcbur edən ata həbs edilib.

  • OPEC+ ölkələri neft hasilatını azaltmağa başlayır

    OPEC+ ölkələri 2024-cü ilin 1-ci rübünün sonuna qədər neft hasilatını azaltmağa başlayır.
     
    Noyabrın 30-da keçirilən OPEC+ sammitindən sonra kartelə üzv ölkələr bazarda tarazlığa nail olmaq üçün neft hasilatının könüllü azaldılması barədə qərar qəbul ediblər.
     
    Səudiyyə Ərəbistanı 2024-cü ilin mart ayının sonuna qədər hasilatı 1 milyon barel azaldacaq, Rusiya isə dünya bazarlarına neft tədarükünü sutkada 300 min bareldən 500 min barelə qədər azaldacaq. İraq (gündə 223,000 barel), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (gündə 163,000), Küveyt (gündə 135,000), Qazaxıstan (gündə 82,000 barel), Əlcəzair (gündə 51 000 barel) və Omanın (gündə 42 000 barel) birgə hasilatı təxminən 700,000 barel azaldılacaq. Bu ixtisarlar OPEC+ razılaşmasının bir hissəsi deyil, könüllüdür.
     
    Eyni zamanda, OPEC+ sazişinin bir hissəsi olaraq, yenidən işlənmiş neft hasilatı kvotaları 2024-cü ildə qüvvəyə minəcək. Məsələn, Rusiyanın icazə verilmiş hasilat səviyyəsi sutkada 10,478 milyon bareldən 9,949 milyon barelə, Azərbaycanın kvotası isə sutkada 684 min bareldən 551,000 barelə endirilib, BƏƏ-nin kvotası isə 3,019 milyon bareldən 3,219 milyon barelə yüksəlib. Hesablamalarıa görə, OPEC+ ölkələrinin neft hasilatının limitləri 2024-cü ildən başlayaraq sutkada 1,321 milyon barel azaldılaraq 40,535 milyon barelə enəcək.
    //sfera.az

  • Türkiyədə zəlzələ olub

    Türkiyədə, Tunceli şəhərinin Pülümür rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

    Bu barədə ölkənin Fövqəladə Halların İdarəolunması Mərkəzi (AFAD) məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16.28-də, yerin 8,7 kilometr dərinliyində qeydə alınıb.

  • Nobel Sülh mükafatı laureatı həbs cəzasına məhkum edildi

    Dəkkə məhkəməsi Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusu əmək qanunlarını pozmaqda ittiham edərək ona altı ay müddətinə həbs cəzası verib.

    Yunusla birlikdə onun təsis etdiyi “Grameen Telecom” telekommunikasiya şirkətinin rəhbəri Əşrəful Həsən də məhkum edilib. Onlar, eyni zamanda cərimələniblər.

    Qeyd edək ki, 83 yaşlı iqtisadçı 1983-cü ildə təsis etdiyi “Grameen Bank” vasitəsilə Banqladeşin kəndlərində yoxsullara mikrokreditlər verməyə başlayandan sonra beynəlxalq səviyyədə tanınıb. O, 2006-cı ildə iqtisadi inkişaf sahəsindəki fəaliyyətinə görə Nobel Sülh Mükafatına layiq görülüb.

    Ancaq bir müddət sonra Yunusla ölkənin baş naziri Şeyx Hasina arasında münaqişə yaranıb. Hökumət başçısı tanınmış iqtisadçını kəndliləri maliyyə əsarətində saxlamaqda günahlandırıb (kəndlilər alınan kreditlərə görə illik təxminən 20% faiz ödəməli idilər).

    2022-ci ildə Banqladeş Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Nobel Mükafatı laureatının xeyriyyə fondları ilə bağlı araşdırmaya başlayıb.

  • “Kanal 13”ün aparıcısı azadlığa buraxıldı

    İnzibati qaydada həbs edilən “Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı azadlığa buraxılıb.

    Bu barədə onun yaxınları məlumat yayıblar.

    Aparıcıya verilmiş 30 sutka inzibati həbs cəzası bu gün başa çatıb.

    Qeyd edək ki, R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə təqsirli bilinmişdi.

  • Sürücülərin NƏZƏRİNƏ – Bu yolda məhdudiyyət tətbiq edilir

    Bakının bir küçəsində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

    Bildirilib ki, Cavanşir körpüsünün üzərində, “Azneft” dairəsində sıxlığın qarşısını almaq məqsədilə Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində fasilələrlə məhdudiyyət tətbiq edilir.

    “Sürücülərdən nəzərə almaları xahiş edilir”, – məlumatda qeyd olunub.

  • Azərbaycanda beynəlxalq avtomobil daşımalarına dair qaydaların pozulmasına görə yeni cərimələr tətbiq olunacaq

    Bu gündən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin qayda və şərtlərinin pozulmasına görə yeni cərimələr tətbiq olunacaq.

    Bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin qayda və şərtlərinin pozulmasına, yəni:

    – “İcazə” blankının doldurulması zamanı məlumatların pozulmasına, təhrif olunmasına və yenidən yazılmasına;

    – “İcazə” blankının başqa şəxslərə ötürülməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə ediləcəklər.

    Bu qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

  • В Азербайджане возврат НДС освобожден от подоходного налога

    С сегодняшнего дня в Азербайджана доходы, полученные за счет возврата налога на добавленную стоимость (НДС), будут освобождены от налогообложения.

    Это нашло отражение в поправке к Налоговому кодексу, указ об утверждении которой подписал Президент Ильхам Алиев.

    Согласно закону, доходы, полученные за счет возврата НДС, уплаченного потребителями-физическими лицами, будут освобождены от подоходного налога.