Month: February 2024

  • Сердар Бердымухамедов присвоил Реджепу Тайипу Эрдогану звание почетного старейшины Туркменистана

    Глава Туркменистана Сердар Бердымухамедов присвоил президенту Турецкой Республики Реджепу Тайипу Эрдогану по случаю его 70-летнего юбилея звание “Почетный старейшина Туркменистана”.

    Об этом говорится в поздравлении президента Туркменистана турецкому коллеге по случаю его 70-летнего юбилея.

    “Важное место в отношениях между Туркменистаном и Турцией занимают культура, искусство, наука и образование. Это имеет большое значение в развитии сотрудничества, сохранении и пропаганде общего культурно-исторического наследия, сближении туркменского и турецкого народов, укреплении взаимопонимания и доверия.

    Вы широко известны в Туркменистане и пользуетесь огромным уважением как истинный друг, мудрый и дальновидный государственный деятель.

    В качестве высокой оценки Вашего труда, Вы в 2021 году были награждены орденом Туркменистана Hyzmatdaşlygy ösdürmäge goşan goşandy üçin (“За вклад в развитие сотрудничества”).

    Следуя исконным традициям туркменского народа добрососедства и уважения к старшему поколению, оценивая Ваш огромный личный вклад в развитие туркмено-турецких отношений, Ваши заслуги, направленные на сплоченность наших народов, а также по случаю 70-летнего юбилея решено присвоить Вам, господин Реджеп Тайип Эрдоган, почетное звание Hormatly il ýaşulusy Туркменистана, – говорится в послании.

    Пользуясь возможностью, глава государства от имени всего туркменского народа сердечно поздравил турецкого лидера с присвоением звания “Почетный старейшина Туркменистана” и выразил пожелания крепкого здоровья, счастья и семейного благополучия, а братскому народу Турецкой Республики – мира, дальнейшего прогресса и процветания.

    Источник: еdh.gov.tm

  • Berdiməhəmmədov Ərdoğana “Türkmənistanın fəxri ağsaqqalı” adını verib

    Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə “Türkmənistanın Fəxri Ağsaqqalı” adı ilə təltif edib.

    Bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun türkiyəli həmkarına göndərdiyi təbrikdə deyilir.

    “Türkmən xalqına mehriban qonşuluq və yaşlı nəslə hörmət ənənələrinə sadiq qalaraq, Türkmənistan-Türkiyə münasibətlərinin inkişafına verdiyiniz böyük şəxsi töhfənizi, xalqlarımızın birliyinə yönəlmiş xidmətlərinizi yüksək qiymətləndirərək, həmçinin 70 illik yubileyi münasibətilə sizə “Hormatly il a ulusy” (“Türkmənistanın fəxri ağsaqqalı”) fəxri adının verilməsi qərara alınıb”, – Türkmənistan prezidentinin məktubunda qeyd olunur.

    S.Berdiməhəmmədovun sözlərinə görə, ölkəsinin xarici siyasətinin mühüm istiqamətlərindən biri Türkiyə ilə müxtəlif sahələrdə strateji və uzunmüddətli əlaqələrin ardıcıl inkişafı və möhkəmləndirilməsidir. Türkmənistan prezidenti, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar, o cümlədən BMT və Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığını qeyd edib.

    S.Berdiməhəmmədov iki ölkə arasında artan ticarət dövriyyəsinə də diqqət çəkib. Onun sözlərinə görə, Türkiyə Türkmənistanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir, onun ölkəsində iqtisadi layihələrin həyata keçirilməsində iştirak edən çoxsaylı türk şirkətləri Türkmənistan iqtisadiyyatının şaxələndirilməsinə və sosial layihələrin həyata keçirilməsinə töhfə verir.

    Berdiməhəmmədov Ərdoğanı bütün türkmən xalqı adından “Türkmənistanın fəxri ağsaqqalı” adına layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edib, möhkəm cansağlığı, xoşbəxtlik və ailə rifahı, Türkiyə Cümhuriyyətinin qardaş xalqına isə sülh, gələcək tərəqqi və firavanlıq arzulayıb.

    Mənbə: Еdh.gov.tm

  • Армяне разрушили ходжалинскую школу и построили на ее месте консервный завод – ВИДЕО

    Обнародованы новые кадры из освобожденного от оккупации Ходжалинского района.

    Соответствующий материал был показан в эфире İTV Xəbər.

    На кадрах можно увидеть консервный завод, построенный на месте разрушенной армянами ходжалинской школы.

    Представляем данное видео:

  • Ermənilər Xocalı məktəbini dağıdıb yerində konserv zavodu tikiblər – VİDEO

    İşğaldan azad olunmuş Xocalı rayonundan yeni görüntülər yayılıb.

    Bu barədə kadrlar “İTV Xəbər”in efirində yayımlanıb.

    Kadrlarda ermənilər tərəfindən dağıdılmış Xocalı məktəbinin yerinə tikilən konserv zavodunu görmək mümkündür.

    Həmin görüntüləri təqdim edirik:

  • Мехрибан Алиева поделилась публикацией в связи с 32-й годовщиной Ходжалинского геноцида – ФОТО

    Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева поделилась в своем аккаунте в соцсети публикацией в связи с 32-й годовщиной Ходжалинского геноцида.

    В публикации отмечается:

    “Справедливость для Ходжалы. 26 февраля 1992 года”.

  • Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib.

    Paylaşımda “Xocalıya ədalət” şüarı yer alıb.

  • Ucarda arxda kişi meyiti tapıldı

    Ucarda su arxında kişi meyiti aşkarlanıb.

    APA xəbər verir ki, meyiti aşkarlanan şəxsin Lək kənd sakini Niyaməddin İsrayıl oğlu Mehdiyev olduğu bildirilib.

    İlkin ehtimallara əsasən, N.Mehdiyev ürək çatışmazlığından dünyasını dəyişərək su arxına yıxılıb.

  • Fransa Qarabağda yeni müharibəyə zəmin hazırlayır? – VİDEO

    Ermənilərdən daha çox erməni kimi davranan Fransa Prezidenti Emmanuel Makron Ermənistana hərbi texnika göndərəcəyini bildirmişdi. Bu açıqlamadan sonra Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti silah tədarükü ilə bağlı danışıqlar aparmaq üçün tezliklə Ermənistana səfər edib.

    “Haber Global” Fransadan Ermənistana silah tədarükünün Qara dəniz və ya İran vasitəsilə baş tutacağı ilə bağlı bilgilər əldə edib.

    Telekanal bildirir ki, Fransa Ermənistanı silahlandırmaq üçün yenidən ortaya atılıb. Makronun bəyanatının ardınca fransalı nazir Lekornu erməni həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi İrəvana müdafiə silahları göndərib: “Yaxın vaxtlarda “Bastion” zirehli texnikaları da tədarük ediləcək. Lazım olarsa, qısa, orta və uzaqmənzilli raketlər də verəcəyik”. S.Papikyan isə bildirib ki, hərbi əməkdaşlıq uzunmüddətli xarakter daşıyır.

    Bütün bunlar onu göstərir ki, Fransa Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyası reallıqla birmənalı şəkildə razılaşmır. Rəsmi Parisin əməkdaşlıq və iqtisadi layihələr əvəzinə, bölgəni silahlandırmaq istəməsi onun gələcək məkrli niyyətlərindən xəbər verir.

    Ermənistana silah tədarükü isə tamamilə yeni bir şey deyi. Bundan əvvəl 2023-cü ilin Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib. Tədarük Gürcüstanın Poti limanı vasitəsilə çatdırılıb.

    “Haber Global”ın əldə etdiyi məlumata görə, budəfəki silah göndərişinin Qara dəniz vasitəsilə baş tutması mümkün deyil. Çünki Türkiyə hər vəchlə buna mane olaraq bölgədə sülhə qarşı yaradılan maneələrin qarşısını kəsmək iqtidarındadır. Digər tədarük variantı kimi İran göstərilsə də, Tehranın da bu məkrli plana qarşı çıxacağı bildirilir. İranın kəşfiyyat qurumları Fransanın Ermənistanda hərbi bazalar qurması ilə bağlı məlumatlar əldə etdiyindən Tehran hakimiyyəti öz sərhədlərində NATO mövcudluğuna qarşı çıxacaq.

    Telekanal Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il noyabrın 23-də “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətindən sitat gətirir:

    “Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır”.

    Bu səbəbdən regionda istənilən silahlı insident və ya münaqişənin məsulliyətini birbaşa Fransa daşıyır.

    Bununla yanaşı, “Haber Global” televiziya kanalında Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya səfəri təhlil edilib. Verilişin qonağı olan ekspertlər N.Paşinyanın Fransa prezidenti Emmanuel Makronla görüşünü, həmçinin Fransada səfərdə olan Ermənistanın Baş naziri N. Paşinyanın növbəti dəfə anti-Azərbaycan bəyanatlarına münasibət bildiriblər. Xüsusən Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə Azərbaycana qarşı yenidən səsləndirdiyi əsassız iddialar və bunun sülh prosesinə növbəti zərbə kimi qiymətləndirilib.
    //milli.az

  • Azərbaycanda qız evinə gələn bəyin hərəkəti gündəm oldu – VİDEO

    Azərbaycanda qız evində maraqlı hadisə yaşanıb.
     
    Qız evinə gələn bəy maraqlı hərəkət edib. Gəlinə yaxınlaşmağa 1 addım qalmış, bəy onu öz yanına dəvət edib. Görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Cütlüyə gələcək həyatlarında xoşbəxtlik arzu ediblər.
     
    Həmin görüntüləri təqdim edirik:

  • Tramp Cənubi Karolina praymerizində qalib gələcəyinə ümid edir

    ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu dəfə Cənubi Karolinada keçirilən ardıcıl dördüncü Respublikaçı praymerizdə qalib gələcəyinə ümid edir.

    “Report” xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

    Sorğuların nəticələrinə görə, Tramp ştatın aparıcı respublikaçılarının dəstəyi ilə bu bölgədə böyük üstünlüyə malikdir.

    Onun rəqibi, vətəni Cənubi Karolina olan ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Nikki Heyli son bir neçə həftə ərzində seçicilərlə görüşərək onlara xəbərdarlıq edib ki, 77 yaşlı Tramp yenidən prezident olmaq üçün çox qocadır.

    Praymeriz üçün səsvermə fevralın 24-də yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 16:00) başlayıb, nəticələr saat 19:00-da (Bakı vaxtı ilə 04:00) məlum olacaq.