Month: March 2024

  • Bakıda tanınmış bloqerin restoranında baş verən bıçaqlanma ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

    Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında bıçaqlanma ilə nəticələnən dava düşüb.

    DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır:

    “Əlavə məlumat veriləcək”.

    * * * * *

    Bakının Yasamal rayonunda restoranda dava düşüb.

    APA xəbər verir ki, hadisə “Papaq” restoranında qeydə alınıb.

    Belə ki, 2001-ci il təvəllüdlü Aqil Anar oğlu Yaqubov restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub. Həmin vaxt o bıçaqlanıb.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloqer olan Hüseyn Əzizoğludur.

    Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Şöbəsinin əməkdaşları araşdırırlar.

  • Начался визит министра обороны Азербайджана в Турцию

    6 марта делегация во главе с министром обороны Азербайджанской Республики генерал-полковником Закиром Гасановым отправилась с официальным визитом в Турецкую Республику.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    В рамках визита запланированы встречи министра в братской стране, а также посещение ряда военных объектов и предприятий Турции.

  • Azərbaycanın müdafiə nazirinin Türkiyəyə səfəri başlayıb

    Martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Səfər çərçivəsində müdafiə nazirinin qardaş ölkədə görüşləri, eləcə də Türkiyənin bir sıra hərbi obyekt və müəssisələrini ziyarəti planlaşdırılır.

  • В Шекинском районе корова забодала 70-летнего мужчину

    2 марта в Шекинском районе пожилого мужчину забодала корова.

    Пострадавший в результате инцидента Фикрет Исмайылов (1954 г.р.) был госпитализирован.

    Согласно данным, 70-летний мужчина скончался минувшим днем в больнице.

  • Şəkidə inək vuran 70 yaşlı kişi ölüb

    Martın 2-də Şəki rayonunda inək yaşlı kişini vurub.

    Hadisə zamanı xəsarət alan 1954-cü il təvəllüdlü Fikrət İsmayılov xəstəxanaya yerləşdirilib.

    Xəsarət alan 70 yaşlı kişi dünən xəstəxanada dünyasını dəyişib.

  • Суд отклонил жалобы двух членов семьи экс-генерала МНБ – ПОДРОБНОСТИ

    Члены семьи бывшего начальника Главного следственного управления упраздненного Министерства национальной безопасности (МНБ) Мовлама Шихалиева протестуют против выставления на аукцион конфискованного имущества.

    Как сообщает Qafqazinfo, они обратились в суд по указанной причине.

    Отмечается, что супруга бывшего начальника управления Айбениз Шихалиева, их дети Эльгюн Шихалиев и Самира Алиева недовольны тем, что имущество, изъятое в пользу государства, выставлено на аукцион исполнителем.

    Иски всех трех лиц были переданы в отдельное производство судьям Наримановского районного суда.

    В тот же день судьи ознакомились с жалобами А.Шихалиевой и С.Алиевой. Обе жалобы были отклонены, поскольку не соответствовали требованиям законодательства.

    Жалоба Э.Шихалиева будет рассмотрена сегодня.

    Отметим, что Мовлам Шихалиев приговорен к 12 годам лишения свободы. Его имущество стоимостью 8 млн было конфисковано. При этом распоряжением Президента он также был лишен звания генерала и государственных наград.

  • “MTN işi”nin əsas fiqurlarından birinin ailəsinin şikayəti qəbul edilmədi

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin ailəsi müsadirə edilmiş əmlakların hərraca çıxarılmasına etiraz edir.

    “Qafqazinfo”nun məlumatına görə, onun ailə üzvləri qeyd olunan səbəbdən məhkəməyə müraciət ediblər.

    Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev və qızı Samirə Əliyeva dövlət nəfinə alınmış əmlakların icra məmuru tərəfindən hərraca çıxarılmasından narazıdırlar. Onlar hər biri ayrı-ayrılıqda Nərimanov Rayon Məhkəməsinə müraciət ediblər.

    Hakimlər eyni gündə A.Şıxəliyeva və qızı S.Əliyevanın şikayətləri ilə tanış olublar. Hər iki şikayət qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılıb.

    E.Şıxəliyevin şikayətinə isə bu gün baxılacaq.

    Qeyd edək ki, Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun 8 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə edilib. O, eyni zamanda Prezidentin sərəncamı ilə general rütbəsindən və dövlət təltiflərindən də məhrum edilib.

  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Апрельские фьючерсы на марку WTI подорожали на 0,29% – до 78,38 доллара за баррель, майские на Brent – на 0,29%, до 82,28 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri artıb.

    Belə ki, WTI markalı neftin aprel füçersləri 0,29% bahalaşaraq, bir barelinin qiyməti 78,38 ABŞ dolları olub.

    “Brent” markalı neftin may füçersləri 0,29% bahalaşaraq, bir barelinin qiyməti 82,28 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Narkotik vasitənin təsiri altında maşın idarə edən sürücü saxlanıldı

    Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünü saxlayıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan VAZ markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

    Nəqliyyat vasitəsini idarə edən Elxan Cəfərovun narkotik vasitə qəbul etdiyinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub. E.Cəfərovun barəsində toplanmış material məhkəməyə göndərilib.

    Bundan başqa, keçirilən profilaktik tədbirlər zamanı təhlükəsizlik və işıq cihazlarından istifadə etməyən, sürücülük hüququ olmadan və ya sərxoş halda nəqliyyat vasitələrini idarə edən, normadan artıq qaz tullantısı ixrac edən və digər qayda pozuntularına yol verən avtomobil sahibləri də aşkar edilib. Polis əməkdaşları həmin sürücülərlə profilaktik söhbətlər apararaq onlara yol hərəkəti qaydalarının tələblərini xatırladıblar. Bildirilib ki, bu qaydalara riayət edilməsi həm sürücülərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacibdir.

    Qeyd edilən qayda pozuntularına yol verən 19 sürücü barəsində inzibati protokol tərtib edilib.