Month: March 2024

  • Məmurlara şər atıb 192 min manatlıq dələduzluq edən şəxslə bağlı QƏRAR

    Ali Məhkəmədə dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Zamin Qarayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamin Qarayev yeddi il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilib, zərərçəkmişlərin şikayəti təmin olunmayıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı apellyasiya protestinə münasibətdə dəyişdirilib və Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddəsi məhkəmənin hökmündən xaric edilib.

    Qeyd edək ki, Zamin Qarayev Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarının şikayəti əsasında həbs edilib. Onlar adıçəkilən şəxsin cinayət əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161” qaynar xətt əlaqə mərkəzinə məlumat veriblər. 13 sentyabr 2021-ci il tarixdə faktla bağlı cinayət işi başlanıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış ilkin araşdırmalarla Zamin Qarayevin dövlət orqanının və dövlət məmurlarının nüfuzuna şər atmaqla, onların adından sui-istifadə etməklə, icra məmuruna rüşvət verilməsi adı altında ayrı-ayrı şəxslərin ümumilikdə 192 000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan sonra o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Zamin Qarayevə Cinayət Məcəlləsinin 29 (külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

  • Ильхам Алиев: Азербайджан зарекомендовал себя в качестве надежного партнера

    Азербайджан зарекомендовал себя в качестве надежного партнера. Наше слово так же значимо, как и наша подпись.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев на 10-м министерском заседании в рамках Консультативного совета Южного газового коридора и 2-м министерском заседании в рамках Консультативного совета по зеленой энергии.

    “Я уверен, что все планы, которые мы наметили, будут реализованы”, – сказал глава государства, подчеркнув, что итоги только прошлого года свидетельствуют об этом.

  • Prezident: “Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğruldub”

    “Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğruldub. Bizim sözümüz imzamız qədər eyni qüvvəyə malikdir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib.

    “Biz yeni təşəbbüslər irəli sürmüşük və əminəm ki, onlar həyata keçiriləcək”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, təkcə ötən ilin nəticələri bunu nümayiş etdirir.

  • В Турции у Мирзояна запланированы двусторонние встречи

    Министр иностранных дел Армении Арарат Мирзоян 1-3 марта будет находиться в Турции.

    Об этом сообщила пресс-секретарь армянского дипведомства Ани Бадалян в соцсети Х.

    У Мирзояна запланировано участие в дискуссиях и двусторонних встречах.

  • Mirzoyanın Türkiyədə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 1-3-də Türkiyədə səfərdə olacaq.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

    XİN rəhbərinin müzakirələrdə və ikitərəfli görüşlərdə iştirakı planlaşdırılır.

  • Məhkəmə azyaşlını maşınla vuraraq öldürən sürücü ilə bağlı qərar çıxardı

    Şəki Apellyasiya Məhkəməsində Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurullah Dibirovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Balakən Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Nurullah Dibirov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayının 11-də baş verib. Balakən şəhəri R.Səmədov küçəsi ilə Talalar kəndi istiqamətinə hərəkət edən rayon sakini Nurullah Dibirov idarə etdiyi QAZ-31 markalı minik avtomobili ilə piyada 2013-cü il təvəllüdlü Rail Nail oğlu Nağıyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan R.Nağıyev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Azyaşlı sentyabrın 14-də xəstəxanada vəfat edib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

  • Президент: Сегодняшняя геополитическая ситуация в Евразии точно доказывает важность нашей работы

    Наша позиция по диверсификации всегда была и остается следующей: диверсификация должна заключаться как в диверсификации маршрутов поставок, так и в диверсификации источников.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев 1 марта на 10-м министерском заседании в рамках Консультативного совета Южного газового коридора и 2-м министерском заседании в рамках Консультативного совета по зеленой энергии.

    “Сегодняшняя геополитическая ситуация в Евразии точно доказывает важность нашей работы”, – подчеркнул глава государства.

  • İlham Əliyev: “Bu gün Avrasiyadakı geosiyasi vəziyyət bizim görəcəyimiz işlərin vacibliyini göstərir”

    “Şaxələndirmə haqqında danışdıqda bizim mövqeyimiz hər zaman belə olub və indi də belədir ki, şaxələndirmə nəinki təchizat marşrutlarının, həmçinin mənbələrin şaxələndirilməsi olmalıdır. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət bizim görəcəyimiz işlərin vacibliyini göstərir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.

  • Женщина убила мужа в Нахчыване и скинула тело в колодец: об этом узнали спустя 21 год

    Стали известны некоторые подробности убийства, совершенного 21 год назад в селе Гарабаглар Кенгерлинского района Нахчыванской Автономной Республики.

    Как сообщает АПА, убитый Мухаммед Керимов страдал алкоголизмом.

    В состоянии алкогольного опьянения он избивал жену и детей. В день происшествия М.Керимов в очередной раз явился домой пьяным. Его супруга Халима Керимова начала упрекать его, и между ними вспыхнул конфликт. Мужчина начал избивать свою супругу. Когда она выбежала во двор, М.Керимов побежал за ней. Тогда же Х.Керимова схватила камень и несколько раз ударила мужа по голове. Керимов скончался от полученных травм. Затем женщина бросила тело мужчины в колодец во дворе дома.

    После этого Халима Керимова сообщила всему селу и родственникам, что Мухаммед Керимов уехал работать в Турцию и о нем ничего не известно.

    Об этом убийстве знали только дети Керимовых. Поводом для раскрытия преступления спустя 21 год стал развод дочери Х.Керимовой. Бывший зять сообщил нескольким жителям села, что Мухаммеда Керимова убила его супруга.

    После этого сотрудники прокуратуры и органов внутренних дел вышли на след преступления.

    В настоящее время по данному факту возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) Уголовного кодекса Азербайджана, проводятся следственные действия.

    В отношении Халимы Керимовой избрана мера пресечения в виде ареста.

  • 21 il əvvəl qadının ərini öldürərək quyuya atmasının TƏFƏRRÜATI

    Naxçıvanın Kəngərli rayon Qarabağlar kəndində 21 il əvvəl törədilmiş qətlin bəzi təfərrüatı məlum olub.

    APA-nın əldə etdiyi məlumata görə, hadisə zamanı qətlə yetirilən Məhəmməd Kərimov spirtli içki aludəçisi olub.

    O, spirtli içki qəbul edərək arvadı və uşaqlarını döyürmüş. Hadisə günü də Məhəmməd Kərimov sərxoş halda evə gəlib. Bu zaman arvadı Həlimə Kərimova ona içki içdiyinə görə irad bildirib. Tərəflər arasında mübahisə yaranıb. Məhəmməd Kərimov arvadı Həlimə Kərimovanı döyərkən qadın həyətə qaçıb. Kişi onun dalınca qaçaraq tutmaq istəyərkən Həlimə Kərimova yerdən daş götürərək əri Məhəmməd Kərimovun baş nahiyəsinə bir neçə zərbə vuraraq onu qətlə yetirib. Daha sonra qadın ərinin meyitini quyuya ataraq basdırıb.

    Bundan sonra Həlimə Kərimova bütün kəndə və qohumlara Məhəmməd Kərimovun Türkiyəyə işləməyə getdiyini və ondan xəbər almadıqlarını bildirib.

    Qadının ərini qətlə yetirməsini bir özü və övladları bilib. 21 ildən sonra cinayətin üstünün açılmasına səbəb isə Həlimə Kərimovanın qızının həyat yoldaşından boşanması olub. Keçmiş kürəkən kənddə bir neçə şəxsə Məhəmməd Kərimovun arvadı tərəfindən öldürüldüyü ilə bağlı məlumat verib.

    Bundan sonra prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətin izinə düşülüb. Məlumat dərindən öyrənilib və hadisənin üstü açılıb.

    Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) ilə maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır. Həlimə Kərimova barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.