Month: March 2024

  • 15 il həbs verilmiş şəxsin işində pozuntular aşkarlandı: Yenidən baxılacaq

    Qeyri-rəsmi şəkildə birgə yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və başqa ittihamlarla təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Samir Ömərovla (şərti) bağlı hökm ləğv edilib.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə qanun pozuntuları aşkar edib.

    Təqsirləndirilən şəxsin şikayəti üzrə beş dəfə ilkin baxış iclası keçirilib, müdafiə tərəfinin etirazları müzakirə edilib. Müttəhimin vəkili Azər Hüseynli vəsatətində müvəkkilinin həm ibtidai, həm məhkəmə istintaqı dövründə hüquqlarının pozulduğunu deyib.

    Həmin qanun pozuntularından biri təqsirləndirilən şəxsin ilkin istintaqın ortalarında dövlət tərəfindən təyin edilmiş vəkildən imtina etdiyi halda imtinasının qəbul edilməməsi və sona qədər həmin vəkillə istintaq aparılmasıdır.

    Başqa bir qanun pozuntusuna isə məhkəmədə yol verilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun icraatına verilib. Sözügedən hakim illər əvvəl təqsirləndirilən şəxsin atasının da cinayət işini araşdırıb. Həmin vaxt müttəhim Ömərov şahid qismində ifadə verib. Müdafiə tərəfinin sözlərinə görə, o vaxt müvəkkili ilə sədrlik edən hakim arasında mübahisə olub. Bu səbəbdən məhkəmənin əvvəlində hakim Azad Məcidova etiraz edilib. Etiraz əsaslı sayılmayaraq rədd edilib.

    Fərid Əyyubovun sədrlik etdiyi yuxarı instansiya məhkəməsinin hakimləri cinayət işindəki qeyd edilən qanun pozuntularını tanıyıb. Məhkəmə belə qənaətə gəlib ki, S.Ömərov haqda hökm tamamilə ləğv edilməli, cinayət işi yenidən araşdırılmalıdır.

    Qərara əsasən, iş yenidən araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu vaxta qədər təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

    Qeyd edək ki Cinayət Məcəlləsinin 15-dən artıq maddəsi ilə ittiham edilən S.Ömərov özünü təqsirli bilmir.

  • На азербайджанский банк совершена кибератака: украденные деньги требуют у клиента – ВИДЕО

    На один из азербайджанских банков совершена кибератака из США.

    С соответствующей жалобой один из граждан обратился в редакцию Baku TV.

    По его словам, банк требует от него выплаты овердрафта в размере 267 манатов, который образовался на его карточном счете после вмешательства из США.

    При этом гражданин отмечает, что карта у него дебетовая и во время происшествия на ней не было средств.

    Подробнее – в сюжете:

  • Azərbaycan bankına hücum edildi: Oğurlanan pul müştəridən tələb edildi – VİDEO

    Azərbaycan bankına ABŞ-dən hücum olub.

    Bu barədə şikayətçi Baku TV-yə müraciət edib.

    Onun sözlərinə görə, Azərbaycan banklarının birinə aid olan kart debet funksiyalıdır və hadisə olan zaman hesabında vəsait yox idi.

    Lakin bir müddətdən sonra bankdan ona zəng edilərək bildirilib ki, kart hesabına ABŞ-dən müdaxilə olunub və 267 manat overdraft borcu var.

    Ondan isə bu məbləğin ödənilməsi tələb edilir.

    Ətraflı süjetdə:

  • В НАР освободили от должности начальника госслужбы – ФОТО

    Начальник Государственной службы по антимонопольному надзору и контролю за потребительским рынком Нахчыванской Автономной Республики (НАР) Бахтияр Исмайылов освобожден от занимаемой должности.

    В связи с этим было подписано соответствующее распоряжение.

    Отметим, что Б.Исмайылов был назначен на эту должность в 2018 году.

  • Naxçıvanda vəzifəli şəxs işdən azad edildi – FOTO

    Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

    Bununla bağlı müvafiq sərəncam imzalanıb.

    Sərəncama əsasən, Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən çıxarılıb.

    Qeyd edək ki, Bəxtiyar İsmayılov bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi.

  • Tanınmış həkim vəkili məhkəməyə verdi – Süni mayalanma qalmaqalı

    Türkiyəli ginekoloq, süni mayalanma mütəxəssisi Önder Tulumbacı vəkil Əkrəm Həsənovu məhkəməyə verib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Ə.Həsənov özü məlumat yayıb. O bildirib ki, Ö.Tulumbacı xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə müraciət edib və vəkilin Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə məsuliyyətə cəlb edilməsini tələb edib. Məhkəmənin baxış iclası bu gün keçiriləcək.

    Qeyd edək ki, bir neçə gün əvvəl Əkrəm Həsənov sosial şəbəkə səhifəsində Öndər Tulumbacı tərəfindən süni mayalanma edilmiş qadının əkiz övladlarının olduğunu, lakin illər sonra boşanma prosesi zamanı uşaqların donor hesab edilən atadan olmadığını bildirmişdi. O, mayalanma üzrə mütəxəssis ilə qadının əlbir olaraq atanı aldatdıqlarını, tamamilə başqa şəxsdən götürülmüş hüceyrələrlə mayalanma prosesinin həyata keçirildiyini iddia etmişdi. Hazırda həmin məsələ ilə bağlı da məhkəmə prosesi davam edir.

  • Bakı-Sumqayıt yolunda “Jeep” və qəribə “sərnişin”i – VİDEO

    Bakı-Sumqayıt yolunda “Jeep” markalı avtomobil və “sərnişin”i təhlükəli vəziyyət yaradıb.

    Hadisə yolun Xırdalan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

    Maşının pəncərəsindən sallanmış vəziyyətdə gedən şəxs həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb.

    Sözügedən görüntüləri təqdim edirik:
    //baku.ws

  • Ильхам Алиев выступил на заседании Консультативного совета Южного газового коридора в Баку – ОБНОВЛЕНО

    В эти минуты в Баку, во дворце “Гюлюстан” проходит 10-е министерское заседание в рамках Консультативного совета Южного газового коридора и 2-е министерское заседание в рамках Консультативного совета по зеленой энергии.

    Как сообщает President.az, на мероприятии выступил Президент Азербайджанской Республики Ильхам Алиев.

    * * * * *

    В эти минуты в Баку, во дворце “Гюлюстан” проходит 10-е министерское заседание в рамках Консультативного совета Южного газового коридора и 2-е министерское заседание в рамках Консультативного совета по зеленой энергии.

    Как сообщает President.az, на мероприятии выступает Президент Азербайджанской Республики Ильхам Алиев.

  • Prezident Cənub Qaz Dəhlizi və yaşıl enerji ilə bağlı nazirlərin iclaslarında iştirak edib – YENİLƏNİB

    Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib.

    President.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

    * * * * *

    Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilir.

    President.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

    * * * * *

    Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilir.

    President.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.

  • Новому населенному пункту в Абшеронском районе присвоен статус поселка

    Новому населенному пункту в Абшеронском районе присвоен статус поселка.

    Это нашло отражение в законопроекте “О внесении частичных изменений в административно-территориальное деление Абшеронского района”.

    Согласно проекту, новому населенному пункту Шафаг (Şəfəq), заложенному на административной территории вышеупомянутого района, будет присвоен статус поселка.