Month: March 2024

  • Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb

    Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Martın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, bir tapança, üç qumbara, iki tüfəng, beş patron darağı və 223 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

  • Представитель ИГИЛ выступил с обращением после теракта в России

    Медиацентр Исламского государства “Фуркан” опубликовал 40-минутную речь спикера группировки Абу Хузайфы аль-Ансари. В целом его речь представляет собой краткий экскурс в историю группировки и попытку приободрить сторонников, показав, что джихадисты все еще на коне.

    Отдельно аль-Ансари похвалил боевиков из “вилаята Хорасан” за теракт в концертном зале “Крокус Сити Холл” в Подмосковье (Россия). Пропагандист напомнил, что противостояние с Россией началось после военной кампании Вооруженных сил РФ против ИГИЛ в Сирии.

    Спикер ИГИЛ призвал к стойкости филиалы группировки, информацию о которых пропагандисты давно не публиковали. Речь идет о террористах из Ливии, Туниса, Египта и Северного Кавказа.

    Напомним, вечером 22 марта в “Крокус Сити Холле” в Красногорске был совершен теракт. По последним данным, погибли 144 человека, пострадал 551. В тот же день были задержаны четверо исполнителей теракта – Далерджон Мирзоев, Саидакрам Рачабализода, Шамсидин Фаридуни и Мухаммадсобир Файзов. Их задержали в Брянской области, они направлялись к украинской границе. Еще пять человек, как полагает следствие, являются соучастниками преступления.

    Источник: Telegram-канал Direktorad4

  • İŞİD sözçüsü Rusiyada baş verən terror aktından sonra müraciət yayıb

    İŞİD terror təşkilatının sözçüsü Əbu Huzeyfə Əl-Ənsari yeni bəyanat yayıb.

    40 dəqiqəlik çıxış terror təşkilatının “Al-Furkan” media mərkəzində dərc olunub.

    Bəyanatda terrorçuların bütün dünyada fəaliyyəti barədə danışılıb, həmçinin martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall”da 143 insanın ölümü ilə nəticələnən terror aktını yüksək qiymətləndirib, buna görə “Vilayəti-Xorasan” terrorçularına təşəkkür edilib.

    Əl-Ənsari qeyd edib ki, İŞİD-lə Rusiya arasında qarşıdurma Rusiyanın Suriyada hərbi əməliyyata qoşulması ilə başlayıb.

    Terror qruplaşmasının sözçüsü bununla kifayətlənməyəcəklərini, Rusiyanın “qanuni hədəf” olmağa davam edəcəyini deyib. O, həmçinin Şimali Qafqazdan olan üzvlərini “inadkar olmağa” çağırıb.

    Əl-Ənsari qeyd edib ki, uzun müddətdir ki, onlar haqqında mediada heç bir məlumat olmayıb.

    Xatırladaq ki, martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 382 nəfər yaralanıb, 144 nəfər həlak olub. Terrorçular tezliklə ələ keçiblər.

    Mənbə: “Direktorad4” “Telegram” kanalı

  • Fəvvarələr Meydanında qanunsuz tikintinin qarşısı alınıb – FOTO/VİDEO

    Bakının Fəvvarələr Meydanında qanunsuz tikintinin qarşısı alınıb.

    Bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən məlumat verilib.

    Bildirilib ki, 29 mart 2024-cü il tarixində Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi və Əhməd Cavad küçəsinin kəsişdiyi (Fəvvarələr Meydanı) ünvanda qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı daxil olan müraciətə əsasən, şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı sözügedən ərazidə özbaşına tikinti faktı təsdiqlənib.

    Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından 29 mart 2024-cü il tarixində axşam saatlarında özbaşına tikintinin Baş İdarə və aidiyyəti qurumlarla birlikdə qarşısı alınaraq müvafiq qaydada söküntüsü təmin edilib.

  • Число пострадавших в результате теракта в “Крокус Сити Холле” выросло до 551

    Число пострадавших в результате теракта в “Крокус Сити Холле” увеличилось до 551, сообщает подмосковный главк МЧС России.

    По последним данным в результате теракта погибли 144 человека. По данным МЧС, в числе пострадавших 15 детей.

    В медицинских службах уточнили, что большинство пострадавших были направлены на амбулаторное лечение.

    22 марта в “Крокус Сити Холле” в Красногорске за несколько минут до начала концерта группы “Пикник” в зал ворвалась группа вооруженных мужчин в камуфляже. Они открыли стрельбу по посетителям и подожгли здание. Во время пожара часть посетителей оказалась заблокирована на втором этаже.

    Источник: ТАСС

  • “Crocus”da törədilən terrorda yaralananların sayı 550 nəfəri keçdi

    Moskva vilayətində “Crocus City Hall”da törədilən terror aktında yaralananların sayı 551 nəfərə çatıb.

    Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi xəbər yayıb.

    Məlumata görə, ölənlərin sayı 144 nəfərdir. Onlardan beşi uşaq olub.

    Xatırladaq ki, martın 22-də Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs olunublar. İstintaq davam edir.

  • Журналисты нашли предполагаемый криптокошелек спонсоров теракта в “Крокусе”

    Журналистами был обнаружен криптокошелек, с которого, предположительно, спонсировался теракт в подмосковном “Крокус Сити Холле”. Отмечается, что номер телефона, связанный с кошельком, был найден в одном из Telegram-каналов “Голос Хорасана”.

    “С криптокошелька, номер которого был размещен в связанном с “Голосом Хорасана” Telegram-канале, в день теракта в “Крокусе”, перевели сумму, примерно равную половине той, что обещали террористам”, – передает источник. Отмечается, что данный канал использовался для вербовки исполнителей теракта в концертном зале в “Крокусе”.

    Кошелек был размещен на платформе Tronscan и активирован 13 марта этого года. Администратор Telegram-канала “Голосом Хорасана” с ником Mavlavi_56 три раза размещал пост, в котором просил собрать средства для помощи детям и пленным семьям. В этих постах был указан адрес криптокошелька.

    В день трагедии на него начали приходить большие суммы денег, до тысячи долларов. Всего было произведено четыре перевода и почти сразу деньги снимались с кошелька для неизвестных нужд.

    Один из исполнителей теракта Фаридун Шамсиддин после своего задержания сообщал, что за теракт группировке обещали выплатить полмиллиона рублей (9 200 манатов). На карту было переведено порядка половины суммы. Уточняется, что операции через криптокошелек больше не проходили после теракта.

    Теракт в “Крокус Сити Холле” был организован 22 марта. По официальным данным, в тот вечер погибло не менее 144 человек. Следствие продолжается.

    Источник: РИА Новости

  • Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar

    Jurnalistlər Moskva vilayətində “Crocus City Hall”dakı terror aktının sponsorluq etdiyi ehtimal olunan kriptopulqabı aşkar ediblər. Qeyd olunub ki, pulqabı ilə əlaqəli telefon nömrəsi “Xorasanın səsi” “Telegram” kanallarından birində (İŞİD-in Əfqanıstan qanadı) tapılıb.

    “Terror aktı baş verən gün “Xorasanın səsi” ilə əlaqəli teleqram kanalında nömrəsi dərc edilmiş kriptopulqabıdan terrorçulara vəd edilənin təxminən yarısına bərabər məbləğ köçürülüb”, – deyə mənbədən qeyd edilib.

    Bildirilib ki, bu kanaldan “Crocus” konsert zalında terror aktını törədənləri öz sıralarına cəlb etmək üçün istifadə olunub.

    Pulqabı “Tronscan” platformasında yerləşdirilib və bu il martın 13-də aktivləşdirilib.

    “Xorasanın səsi” “Telegram” kanalının administratoru – “Mavlavi_56” ləqəbli biri üç dəfə paylaşım edərək uşaqlara və əsir ailələrə kömək üçün vəsait toplamaq barədə post paylaşıb. Bu yazılarda kriptopulqabının ünvanı olub.

    “Crocus”da terror baş verən gün ona 1000 dollara qədər külli miqdarda pullar gəlməyə başlayıb. Ümumilikdə dörd köçürmə edilib və pulqabından demək olar ki, dərhal naməlum ehtiyaclar üçün pul çıxarılıb.

    Terror aktını törədənlərdən biri Faridun Şamsiddin həbs olunduqdan sonra məlumat verib ki, qruplaşmaya terror aktına görə yarım milyon rubl (9,2 min manat) ödəyəcəyi vəd edilib.

    Məbləğin təxminən yarısı karta köçürülüb. Terror aktından sonra kriptopulqabı vasitəsilə əməliyyatların artıq baş tutmadığı vurğulanıb.

    Xatırladaq ki, Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında terror aktı martın 22-də təşkil edilib. Rəsmi məlumatlara görə, hücuma görə azı 144 nəfər ölüb. İstintaq davam edir.

    Mənbə: RIA Novosti

  • Каким автомобилем заменят Toyota Prius в Азербайджане? – ВИДЕО

    После постановления Кабмина о такси, стала известна модель автомобиля, который заменит поступивший в массовую продажу Toyota Prius.

    В результате расследования Oxu.Az стало известно, что за несколько дней на сайтах, специализирующихся на покупке и продаже автомобилей, увеличились объявления о продажах автомобилей Toyota Prius, выпущенных до 2016 года. На тех же сайтах увеличились заказы другой модели. Речь идет о Toyota Corolla Fielder.

    Оснащенный гибридным двигателем Fielder в настоящее время можно встретить на улицах Баку. Предполагается, что в скором времени ожидается массовый приток в страну Fielder, дата производства которого более поздняя, чем у Prius. Потому что представители компаний и частные лица, ввозящие автомобили из-за рубежа, сообщили о резком росте заказов именно марки Fielder.

    Отметим, что согласно новому постановлению, с 1 июля 2024 года автомобили с годом выпуска более 8 лет не смогут оказывать услуги такси.

  • Azərbaycanda “Prius”ları əvəzləyəcək maşın modeli məlum oldu – VİDEO

    Bir neçə gün əvvəl Nazirlər Kabinetinin taksilər barədə məlum qərarından sonra kütləvi surətdə satışa çıxarılan “Prius”ları əvəzləyəcək maşın modeli məlum olub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bir neçə gündür maşın alqı-satqısı üzrə ixtisaslaşmış saytlarda istehsal ili 2016-cı ilə qədər olan “Prius”ların satış elanları çoxalıb. Taksi xidməti göstərən maşınların dəyər-dəyməzə satılması fonunda digər bir modelin sifarişləri isə elə həmin saytlarda artıb. Söhbət “Toyota Corolla Fielder” modelindən gedir.

    Hibrid mühərriklə təchiz olunmuş “Fielder”ə hazırda Bakının küçələrində rast gəlmək mümkündür. Ehtimal edilir ki, istehsal tarixi “Prius”la müqayisədə daha təzə olan “Fielder”lərin tezliklə ölkəyə kütləvi axını gözlənilir. Çünki xaricdən maşın gətirən şirkətlərin nümayəndələri və fiziki şəxslər məhz “Fielder”lərin sifarişlərinin kəskin artdığını bildiriblər.

    Qeyd edək ki, yeni qərara əsasən, bu il iyulun 1-dən etibarən istehsal ili 8 ildən çox olan avtomobillər taksi xidməti göstərə bilməyəcəklər.