Month: March 2024

  • Xankəndidə ermənilərin yaşadığı evdən Azərbaycan SSR tərəfindən verilən sənədlər tapıldı – VİDEO

    Baku TV Xankəndi şəhərində ermənilərin yaşadığı evlərdən birində olub.

    Lentə alınan görüntülərdə evdə vaxtilə Azərbaycan SSR tərəfindən erməni sakinlərə verilən sənədlər aşkarlanıb.

    Qeyd edilib ki, orta təhsili bitirmək haqqında attestat və şəhadətnamədən ibarət sənədlər Armida Abramyan adlı şəxsə məxsusdur.

    Bu, bir daha onu göstərir ki, vaxtilə burada yaşayan erməniəsilli sakinlər Azərbaycanın onlara təqdim etdiyi sənədlərdən istifadə ediblər.

    Ətraflı videonu təqdim edirik:

  • Azərbaycanlı olduğu deyilən gənc Rusiyada terror zamanı 100-dən çox insanı xilas edib – AUDİO

    Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktı zamanı azərbaycanlı olduğu deyilən Kamil Nəsibov 100-dən çox insanı xilas edib.

    Terror baş verən gün o, binada ofisiant işləyib və növbəsi 19:55-də başa çatıb.

    “Çölə çıxdıq və güllə səsləri eşitdik. Əvvəlcə qorxsaq da, sonra qayıtmaq qərarına gəldik”, – Kamil bildirib.

    O, güllə yarası almış bir neçə nəfəri yolun kənarına çıxarıb, yoldan keçən maşınları saxlayıb, yaralıları mindirib, konsertə gecikənlərin hamısını oradan uzaqlaşdırıb. Sonra binaya girib, qapıları sındırıb və insanlara harada çıxacaqlarını göstərib. Hər yeri qatı tüstü bürüyəndə isə aşağı mərtəbədəki dəhlizlərin birində bir qrup insanı – 80-ə yaxın adamı görüb və onlara çıxmağa kömək edib.

    “İnsanları axtararkən yerdə fənəri yanan smartfona rast gəldim və yolu işıqlandırmaq üçün onu götürdüm. Telefon zəng çaldı – Kamilla adı yazılmışdı. Telefonu açdım və bir qızın qışqıraraq yardım istədiyini eşitdim. O, dəhşət içində idi, dedi ki, ətrafdakı hər şey yanır və özü də ikinci mərtəbədəki bir yerə yıxılıb”, – deyə Kamil əlavə edib.

    Kamil bundan sonra ikinci mərtəbədə Kamillanı axtarıb:

    “Üçüncü mərtəbə çökmüşdü. Yanğın çıxışları açılanda orada çoxlu cəsəd gördüm. Mən səndələyirdim, nəfəs ala bilmirdim”.

    O, xüsusi təyinatlı əsgəri görüb və hər şeyi danışıb. Hərbçi onun vəziyyətini görüb binadan çıxarıb. Sonra isə qızın tapıldığını bildirib. Kamil daha sonra xilasedicilər vasitəsilə Kamillaya telefonunu qaytarıb.

  • Paşinyan və Kobaxidze Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib

    “Ermənistan regionda sülh və sabitliyin bərqərar olmasında öz məsuliyyətini təsdiq edir”.

    Nikol Paşinyan bu sözləri İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib

    O qeyd edib ki, bu gün keçirilən danışıqlarda Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsi də müzakirə olunub.

    “Biz bilirik və görürük ki, Gürcüstan təkcə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı deyil, həm də effektiv addımlarla bu prosesdə vasitəçi olmağa çalışır”.

    Mənbə: Sputnik Ermənistan

  • İsrail 700-ə yaxın fələstinli məhbusu azad edə bilər

    Təl-Əviv Fələstinin radikal HƏMAS hərəkatı ilə girov mübadiləsində ABŞ-nin təklif etdiyi şərtlərlə razıdır.

    Bu barədə CNN diplomatik mənbəyə istinadən məlumat yayıb.

    Bildirilir ki, İsrail Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börnsün irəli sürdüyü təkliflə razılaşıb və bununla bağlı Fələstin hərəkatının cavabını gözləyir.

    ABŞ-nin təklifinə əsasən, İsrail 40 girovun qaytarılması müqabilində 700-ə yaxın fələstinli məhbusu azad etməlidir.

    Qeyd edək ki, İsrailin “Mossad” kəşfiyyat xidmətinin direktoru David Barnea martın 22-də Dohaya səfər edib. O, Dohada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns, Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani və Misir kəşfiyyatının rəhbəri Abbas Kamel ilə Qəzza zolağında saxlanılan girovların qaytarılması üçün radikal HƏMAS hərəkatı ilə razılaşmanı müzakirə edib.

  • Mətbuat Şurası rusiyalı jurnalisti Azərbaycana qarşı qərəzli mövqedən əl çəkməyə çağırıb

    Azərbaycan Mətbuat Şurası rusiyalı teleaparıcı, jurnalist Vladimir Solovyovun “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü informasiya təxribatını qətiyyətlə pisləyir.

    Bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub.

    Bildirilib ki, “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı xüsusunda yaranmış durum hadisə ilə bağlı yayılmış informasiyalara həssas yanaşılmasını aktuallaşdırır: “Təəssüf ki, Rusiyada bu həssaslığı heç də hər kəs ciddi şəkildə düşünmür. Teleaparıcı, jurnalist Vladimir Solovyov belələrindən biri, bəlkə birincisidir. Məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri bu şəxsin ölkəmizə qarşı ənənəvi qərəz ritorikasının sərhədlərini aşır. V.Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır. Nəzərə almır ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti ola bilməz. Üstəlik, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun konsprioloji təfəkkürünü işə salmasına heç bir ehtiyac yoxdur”.

    Vurğulanıb ki, V.Solovyovun “Crocus City Hall”da törədilmiş təxrtibata etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir: “Bu şəxsin hansı dairələrin “sifarişlərini” yerinə yetirdiyi məlumdur. Onun erməni əsillilər – rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyinin” təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bu “trio” hələ 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək istəmişdi. Solovyovun “Crocus City Hall” olayı ilə bağlı eyhamları eyni yarıtmaz dəst-xəttin davamıdır. Hiss olunur ki, başlıca məqsədi Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir. Şübhə yoxdur ki, V.Solovyovun “Crocus City Hall” terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır. Bu, media prinsipləri, söz və ifadə azadlığının imkanları ilə aşkar manipulyasiyadır. Jurnalistin hadisə və proseslərə yanaşması, habelə qiymətləndirmə tərzi Rusiya ictimaiyyətini, o cümlədən, media cameəsini ciddi şəkildə düşündürməlidir. Çünki Solovyov cəmiyyəti yanlış yönləndirməklə məşğuldur. Onun tutduğu mövqe əsl həqiqətləri və reallıqları korporativ maraqlara qurban verməkdir. Bu, bir peşə sahibinin nəinki başqa, ən əsası vətəndaşı olduğu ölkəyə vurduğu son dərəcə ağır zərər və ziyandır”.

    “Azərbaycan Mətbuat Şurası V.Solovyovun “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü informasiya təxribatını qətiyyətlə pisləyir. Şura Rusiya mediasına, eləcə də ölkə ictimaiyyətinə müraciət edərək, Vətəni və xalqı qarşısında heç bir məsuliyyət hissi duymadığı aşkar görünən, peşəni qərəz alətinə çevirmiş jurnalistin hərəkət və davranışlarına biganə qalmamağa çağırır. Mətbuat Şurası ümidvardır ki, V.Solovyova qarşı zəruri ictimai qınaq formalaşacaq, bu şəxsin əməllərinə layiqli hüquqi qiymət veriləcək”, – bəyanatda qeyd olunub.

  • В Баку произошел пожар в отеле – ОБНОВЛЕНО

    Пожар в отеле на улице Гаср в Сабаильском районе Баку потушен.

    Об этом сообщили в пресс-службе Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана.

    Отмечается, что сотрудники Госслужбы пожарной охраны МЧС в короткие сроки потушили возгорание.

    * * * * *

    В Центр управления в кризисных ситуациях Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила предварительная информация о пожаре в отеле на улице Гаср в Сабаильском районе Баку.

    Как сообщили в ведомстве, в связи с информацией по вызову прибыли подразделения пожарной охраны Государственной службы пожарной охраны и соответствующие силы Службы спасения особого риска МЧС.

    В настоящее время проводятся мероприятия по тушению огня и другие необходимые и неотложные меры.

  • Bakıda hoteldə baş verən yanğın söndürülüb – YENİLƏNİB

    Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Səbail rayonunun Qəsr küçəsində qeydə alınan yanğını nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qısa müddətdə söndürüblər.

    * * * * *

    Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub.

    Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    Əlavə məlumat veriləcək.

  • Azərbaycanın batut gimnastikası tarixində bir ilk

    Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

    Bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə əldə etdiyi ilk lisenziyadır.

    Beləliklə, gimnastika yığmamızın Paris-2024-ə qazandığı vəsiqələrin sayı ikiyə yüksəlib.

    Xatırladaq ki, daha əvvəl bədii gimnast Zöhrə Ağamirova da olimpiya lisenziyasına sahib çıxıb.

  • Apreldə işğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin DİQQƏTİNƏ

    Martın 27-si, saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə aprel ayına olan biletlər satışa çıxarılacaq.

    Bu barədə AYNA-nın məlumatında deyilir.

    Qeyd olunur ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

    Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 691 reys həyata keçirilib, 28 227 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

  • Peskovdan Moskvadakı terror aktı ilə bağlı mühüm açıqlama

    “Rusiya Prezidenti Vladimir Putin Moskvada törədilən terror aktından sonra həyata keçirilən tədbirləri müzakirə etmək məqsədi ilə martın 25-də iclas keçirəcək”.

    Bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

    D.Peskov vurğulayıb ki, Kreml istintaqın gedişi ilə bağlı şərh verməyəcək.

    O, həmçinin əlavə edib ki, Rusiya xüsusi xidmət orqanları “Crocus City Hall”da baş vermiş terror aktının araşdırmasını müstəqil şəkildə həyata keçirir və yardım üçün başqa ölkələrə müraciət etməkdən söhbət gedə bilməz.

    Rusiya prezidentinin mətbuat katibi həmçinin söyləyib ki, hazırda Kreml Rusiyada ölüm hökmünə qoyulan qadağanın aradan qaldırılmasının mümkünlüyü ilə bağlı müzakirə aparmır.

    D.Peskov açıqlamasında terrorizmə qarşı mübarizəyə də toxunub.

    O vurğulayıb ki, terrorizmə qarşı mübarizə beynəlxalq əməkdaşlıq tələb edir, lakin hazırkı gərgin vəziyyətdə buna dair kontaktlar yoxdur.

    Mənbə: TASS