Month: March 2024

  • Sahibə Qafarovanın sədrliyi ilə Asiya Parlament Assambleyasının iclası keçirilib

    Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının (APA) Koordinasiya iclasına sədrlik edib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan Milli Məclisin sədri bildirib ki, bu, APA-nın Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən ilk koordinasiya iclasıdır.

    Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2024-cü ilin 20-24 fevral tarixlərində Bakıda “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın təşviqi” mövzusuna həsr olunmuş APA-nın 14-cü plenar iclası keçirilib. İclasda Azərbaycan rəsmi olaraq 2024-2025-ci illər üçün təşkilatın sədri seçilib. O, inamını ifadə edib ki, bu, həm APA, həm də Azərbaycan üçün yeni səhifə açacaq.

    S.Qafarova qeyd edib ki, APA-nın 14-cü plenar iclası 26 dövlətin və 8 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə təşkilat daxilində əməkdaşlığın inkişafı, regional və beynəlxalq proseslərlə bağlı ümumi maraq doğuran müxtəlif məsələlər barədə fikir mübadiləsi aparmaq üçün dəyərli imkan yaradıb. Plenar iclasın yekunları üzrə Bakı Bəyannaməsi qəbul edilib və sənəddə iştirakçıların müzakirə olunan məsələlərlə bağlı ümumi mövqeyi əks olunub.

    Çıxışda qeyd olunub ki, 14-cü plenar iclasda, hamımızın daha qətiyyətli davranmağımızı tələb edən iqlim dəyişikliyi məsələsi də müzakirə edilib. Ötən ilin sonunda beynəlxalq ictimaiyyət COP29-un keçirilməsi üçün yekdilliklə Azərbaycanı seçdi. Spiker diqqətə çatdırıb ki, belə bir mühüm tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəf və imtiyazdır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir və qlobal Şimalla qlobal Cənub arasında körpülərin yaradılmasında mühüm rol oynayır. Azərbaycan COP29 iqlim danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə etmək və hərtərəfli danışıqlara kömək etmək üçün ideal mövqedə yerləşir.

    Spiker bugünkü görüşün rolu daim artan parlament diplomatiyasının möhkəmlənməsi və inkişafı məqsədinə xidmət edəcəyinə ümidini ifadə edib. O, deyib ki, müasir şəraitdə parlament diplomatiyası ölkələr arasında etimadı gücləndirə və mövcud beynəlxalq və regional problemlərin həllinə müsbət təsir göstərə bilər. Parlamentin böhranların, münaqişələrin həlli prosesində iştirakı və parlament diplomatiyası klassik hökumət diplomatiyasını uğurla tamamlaya bilər və ona əvəzsiz töhfə verə bilər.

    Parlamentlərarası təşkilatların fəaliyyətinin genişləndirilməsinə yönəlmiş qlobal tendensiyalar, parlamentlərarası əməkdaşlığı tənzimləyən normativ-hüquqi bazanın inkişafı, parlamentlərin qlobal qərar qəbuletmə proseslərində daim artan iştirakı – bütün bunlar parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini göstərir.

    Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu kontekstdə APA-nın rolu xüsusi vurğulanmalıdır. Bu, Asiyada və dünyada əməkdaşlığın, sülhün və sabitliyin möhkəmlənməsinə nail olmaq üçün cari məsələlərin və çağırışların həlli üçün ümumi səyləri birləşdirən parlament diplomatiyasının mühüm platformasıdır. Biz bu platformanın səmərəliliyini artırmaq üçün bütün tədbirləri görməliyik.

    Spiker çıxışının sonunda qeyd edib ki, müzakirə olunan məsələlərlə yanaşı, iki təşkilatın – APA və Parlamentlərarası İttifaqın ümumi məqsədlərin həyata keçirilməsində daha yaxşı nəticələr əldə etmək üçün fəaliyyətlərini və səylərini necə əlaqələndirə biləcəyi barədə də ciddi düşünməliyik. Həqiqi əməkdaşlıq mexanizmlərinin yaradılması hər iki tərəfin resurslarını artırmağa kömək edə bilər. Bu, şübhəsiz ki, onların biri-birinin fəaliyyətini tamamlayacaq və parlament diplomatiyasının təsirini gücləndirəcək.

    İclas daha sonra APA-ya üzv olan ölkələrin parlament nümayəndələrinin Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında APA-nın ümumi mövqeyinin ifadə olunması, həmçinin təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında çıxışları ilə davam etdirilib.

  • Предупреждение посольства США об атаках в РФ было отчасти основано на данных об ИГ

    Американские должностные лица утверждают, что опубликованное в начале марта предупреждение на сайте посольства США в Москве о подготовке вылазок экстремистов в столице было частично основано на разведывательных данных об ответвлении террористической группировки “Исламское государство”.

    Как передает Report, такая версия приводится в статье газеты The Washington Post.

    В ней констатируется, что 7 марта американское диппредставительство в Москве сообщило, что отслеживает сообщения, согласно которым “у экстремистов есть планы атак на большие скопления людей в Москве, включая концерты”.

    Посольство тогда рекомендовало гражданам США “избегать больших скоплений людей в следующие 48 часов”.

  • ABŞ səfirliyi bir neçə gün əvvəl Rusiyadakı terror xəbərdarlığını İŞİD barədə məlumatlara əsaslandırıb

    ABŞ rəsmiləri bildiriblər ki, martın əvvəlində Birləşmiş Ştatların Moskvadakı səfirliyinin saytında Rusiya paytaxtda ekstremist hücumlara hazırlıqla bağlı yerləşdirilən xəbərdarlıq qismən İŞİD terror qruplaşmasının bir qolu haqqında kəşfiyyat məlumatlarına əsaslanıb.

    “Report”un məlumatına görə, bu versiya “The Washington Post” qəzetində dərc olunan məqalədə yer alıb.

    Qeyd edilir ki, martın 7-də ABŞ-nin Moskvadakı diplomatik missiyası “ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla, insanların böyük toplaşdığı yerlərə hücum etmək planları” xəbərlərinə nəzarət etdiyini bildirib.

    Daha sonra səfirlik ABŞ vətəndaşlarına “növbəti 48 saat ərzində böyük izdihamdan çəkinməyi” tövsiyə edib.

  • Rusiyada ölüm hökmü bərpa oluna bilər

    Moskvanın “Crocus City Hall” konsert kompleksində baş vermiş terror hücumundan sonra Rusiyada ölüm hökmünün bərpasına dair çağırışlar edilməyə başlanılıb.

    Artıq Rusiya Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri olan Vladimir Vasilyev də hadisəyə münasibət bildirib.

    O qeyd edib ki, dövlət terror hadisələri ilə əlaqədar ölüm cəzasının bərpasını dərindən araşdıracaq.

    “Nəticədə, biz bu məsələ ilə bağlı cəmiyyətin gözləntilərinə uyğun qərar verəcəyik”, – deyə Vladimir Vasilyev əlavə edib.

    Mənbə: TASS

  • Карл III гордится мужеством Кейт Миддлтон, объявившей о своей онкологии – ВИДЕО

    Король Великобритании Карл III выразил свою гордость принцессой Уэльской Кейт Миддлтон, которая сообщила о своем онкологическом заболевании.

    Об этом пишет газета Guardian, ссылаясь на представителя Букингемского дворца.

    Принцесса Уэльская Кейт Миддлтон объявила в пятницу, что после операции на брюшной полости у нее был обнаружен рак, и она сейчас проходит химиотерапию.

    “Король Карл III очень гордится Кейт и ее смелостью в этой ситуации”, – цитирует заявление издание.

    Как пишет Guardian, король Карл III и королева Камилла будут продолжать поддерживать и любить всю семью в это трудное время.

    Кенсингтонский дворец объявил 17 января, что Миддлтон прошла операцию на брюшной полости. Причины операции не были раскрыты, но отмечалось, что принцесса Уэльская пожелала, чтобы ее медицинская информация оставалась конфиденциальной.

    При этом друг принцессы Уэльской заявил, что она чувствует себя лучше и вернется к королевским обязанностям в ближайшую неделю. Один из родителей в школе, которую посещают дети Кейт и принца Уильяма, также рассказал The Daily Beast, что принцессу видели в последние дни во время школьных прогулок.

  • Aylardır yoxa çıxan Uels şahzadəsi vəziyyəti barədə açıqlama verdi – VİDEO

    Uzun müddətdir yoxa çıxan və haqqında şayiələr gəzən Keyt Middlton nəhayət açıqlama ilə ictimaiyyət qarşısına çıxıb. Uels şahzadəsi ona xərçəng diaqnozu qoyulduğunu açıqlayıb.

    Bu barədə o, özünün sosial şəbəkə hesabından xəbər verib.

    Middltonun sözlərinə görə, xərçəng xəstəliyi qarın əməliyyatından sonra aparılan müayinələr zamanı aşkarlanıb.

    “Həkimlər mənə profilaktik olaraq kimyaterapiyadan keçməyi tövsiyə etdi. Mən hazırda bu müalicənin ilkin mərhələsindəyəm”, – deyə Keyt bildirib.

    Açıqlamadan sonra Böyük Britaniya Kralı III Çarlz Uels şahzadəsinin çıxışına münasibət bildirib və gəlininin bu vəziyyətində sərgilədiyi mətanəti ilə qürur duyduğunu deyib.

    Xatırladaq ki, Kensinqton sarayı yanvarın 17-də Middltonun qarın nahiyəsindən əməliyyat olunduğunu açıqlayıb. Əməliyyatın səbəbləri açıqlanmasa da, Uels şahzadəsinin tibbi məlumatların məxfi qalmasını arzuladığı qeyd edilib.

    Bundan sonra Uels şahzadəsi uzun müddət ictimaiyyət arasında görünməyib, bu isə onun öldüyü barədə şayiələrə səbəb oldu.

  • Kür çayında qanunsuz olaraq balıq ovlayan şəxs saxlanılıb

    Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və hüquqazidd əməlləri törədən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    İdarənin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Kür çayında qanunsuz olaraq balıq ovu ilə məşğul olan N.Məmmədov saxlanılıb.

    Həmin şəxsdən ovladığı balıqlar və istifadə etdiyi digər avadanlıqlar maddi sübut kimi götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Время имсака, ифтара и намаза четырнадцатого дня месяца Рамазан – ФОТО

    Завтра четырнадцатый день священного месяца Рамазан.

    Согласно календарю, объявленному Управлением мусульман Кавказа (УМК), время имсака 24 марта приходится на 05:11, а время ифтара – на 19:11.

    Время намаза:

    Субх азан 05:16
    Зухр азан 12:47
    Аср азан 17:09
    Магриб азан 19:11
    Иша азан 20:13

    Молитва, которую произносят во время имсака:

    “Аллахуммя ля туахызни фихи биль асарат Уа акильни фихи миналь хатайа уаль хафават Уа ля тадж’альни фихи гха́разан лиль баляйа уаль афат Бииззатикя йа иззаль муслимин”.

    Перевод:

    “О, Аллах! Не наказывай меня в этот месяц за нерешительность, удержи меня от ошибок и прегрешений, не допусти, чтобы стал я мишенью для бед и страданий. Во имя твоего величия, о тот, кто дарует величие правоверным!”

    Молитва, читаемая перед разговением (ифтар):

    “Аллахуммя лякя сумту ва аля рызгыкя афтарту ва алейкя таваккальту. Бисмилляхир-Рахмянир-Рахим. Я васияль-магфирати игфирли”.

    Перевод:

    “О, Аллах! Ради тебя я держал пост, в тебя уверовал и на тебя лишь уповаю, разговляюсь тем, что ты мне послал. Прости, о прощающий, мои грехи, прежние и будущие!”

    Да примет Аллах ваш пост!

  • Ramazan ayının on dördüncü gününün imsak, iftar və namaz vaxtları – FOTO

    Sabah Ramazan ayının on dördüncü günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 24-də imsak vaxtı saat 05:11-də, iftar vaxtı isə 19:11-dədir.

    Martın 24-ü üçün namaz vaxtları:

    Sübh azanı 05:16
    Zöhr azanı 12:47
    Əsr azanı 17:09
    Məğrib azanı 19:11
    İşa azanı 20:13

    On dördüncü günün imsak vaxtı üçün duanı təqdim edirik:

    “Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin!”

    Tərcüməsi:

    “İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!”

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi:

    “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul eləsin!

  • В “Крокус Сити Холле” ликвидировали открытое горение – ВИДЕО

    Российские пожарные ликвидировали открытое горение в концертном зале “Крокус Сити Холл” в Подмосковье.

    Об этом сообщили в областном главке Министерства по чрезвычайным ситуациям (МЧС) России и подтвердили в центральной пресс-службе ведомства.

    “В 19:18 (20:18 по бакинскому времени – ред.) объявлена ликвидация открытого горения”, – сказали в министерстве.

    Напомним, 22 марта террористы открыли огонь по посетителям подмосковного комплекса “Крокус Сити Холл”, после чего залили бензином концертный зал и подожгли помещение.

    Число погибших в теракте в концертном зале выросло до 150. Эта цифра неокончательная.

    В свою очередь, в Следственном комитете России заявили о 115 погибших. Число жертв теракта в “Крокус Сити Холле” превышает количество жертв теракта во время мюзикла “Норд-Ост” в Театральном центре в Москве.