Month: April 2024

  • Alimlərdən aprelin 8-də müşahidə olunacaq Günəş tutulması ilə bağlı AÇIQLAMA

    ABŞ alimləri Şimali amerikalıların aprelin 8-də müşahidə edə biləcəkləri tam tutulma zamanı Günəş tacını araşdırmaq niyyətindədirlər.

    NASA rəsmiləri ulduzun səthində aktivliyin 11 illik pik həddinə yaxınlaşdığı bir vaxtda elektromaqnit şüalanma haqqında məlumat əldə etməyi gözləyirlər.

    NASA administratorunun müavini Pem Melroy bildirib ki, tacı öyrənmək üçün ən yaxşı vaxt Günəş tutulması zamanıdır. Korona istilik və enerjinin günəş küləyinə ötürülməsində əsas rol oynayır, onun aktivliyi güclü partlayışlara səbəb ola bilər. Bu hadisələr Yerə elektromaqnit şüalanması ilə təsir edir və bu, hətta radio rabitəsinin pozulmasına səbəb ola bilər.

    “Tacla bağlı tam başa düşmədiyimiz şeylər var və tutulma bizə ulduzumuzun gələcəyi ilə bağlı məlumat toplamaq üçün unikal fürsət verir”, – Melroy qeyd edib.

    Mənbə: NBC

  • Индиец убил своего работодателя за то, что тот мешал ему спать

    В Индии мужчина убил своего работодателя за то, что тот мешал ему спать.

    Как сообщают СМИ, случай произошел в городе Пури.

    Согласно информации, мужчина по имени Пракаш Кумар Бхоуми работал сиделкой у 74-летнего бизнесмена Амара Прасада. В день, когда было совершено преступление, Саху несколько раз будил своего помощника. В итоге тот разозлился, напал на старика и убил.

    Тело пожилого мужчины наутро нашли его родственники – ночью их не было дома. Камеры наблюдения засняли, как Пракаш выкручивал старику руки, избивал и швырял на кровать.

    Пракаша арестовали, он заявил, что не хотел убивать работодателя, а просто вышел из себя из-за того, что хотел спать. Саху же постоянно жал на звонок, чтобы помощник к нему подошел. Злоумышленника отправили в тюрьму, однако на какой срок, не уточняется.

    Источник: mk.ru

  • Hindistanda şok hadisə: Kişi yuxusunu pozduğu üçün müdirini öldürdü

    Hindistanda kişi ona rahat yatmağa imkan verməyən müdirini öldürüb.

    Qeyd olunur ki, hadisə Puri şəhərində baş verib.

    Prakaş Kumar Bhoumi baxıcı kimi işə düzəlib və 74 yaşlı iş adamına baxıb. Yaşlı iş adamı gecə ərzində bir neçə dəfə kişini yuxudan oyadıb, bundan sonra o, çox əsəbiləşib və yumruqlarla ona hücum edib.

    Səhər qohumları təqaüdçünün evinə gələrək orada onun meyitini tapıblar. Müşahidə kameralarının görüntüləri sayəsində cinayətkar tez bir zamanda aşkarlanıb. Kişi yaşlı adamın qollarını burub, çarpayıya atıb və şiddətlə döyüb.

    Hüquq-mühafizə orqanları artıq cinayətkarı həbs edib. Hindlinin sözlərinə görə, o, işəgötürəni öldürmək istəməyib, sadəcə yatmaq istəyib deyə özündən çıxıb. Yaşlı kişi isə onun yanına gəlməsi üçün tez-tez zəngə basıb.

    Mənbə: The Times of India

  • Ermənistan KİV: Paşinyan istefa vermək qərarına gəlib

    Ermənistanın baş naziri Nikol Paşinyan istefa vermək qərarına gəlib.

    Bu barədə Ermənistan KİV məlumat yayıb.

    “Azərbaycanın anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan müvəqqəti hakimiyyətdən getməyə qərar verib, bununla da özünü və hökumətini xilas etməyi düşünür”, – mənbə yazır.

    Məlumatda həmçinin qeyd olunur ki, Ermənistanda növbədənkənar parlament seçkisi sentyabrın 10-da keçirilməlidir.