Month: May 2024

  • Qazaxda gənc qız 15 gündür itkin düşüb

    Qazaxda 20 yaşlı qız itkin düşüb.

    “Qafqazinfo” xəbər verir ki, aprelin 16-da rayonun Yuxarı Salahlı kənd sakini F.Süleymanov polisə müraciət edərək qızının itkin düşdüyünü bildirib.

    O qeyd edib ki, qızı, 10 may 2004-cü il təvəllüdlü Mehriban İsayeva aprelin 16-da evi tərk edib.

    O, naməlum istiqamətdə gedərək itkin düşüb.

    Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma və axtarış işləri həyata keçirilir.

  • Bakıda küçədən keçən şəxsləri döyənlərə cəza verildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Vəli Səfərovun (şərti) xuliqanlıqda ittiham olunan Zəfər Məmmədov və Kamil Əsədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Vəli Səfərova 7 il 2 ay, Zəfər Məmmədova 1 il 7 ay 26 gün və Kamil Əsədova isə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

    İttihama görə, hadisə 2023-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən “Zamin” marketin qarşısında qeydə alınıb.

    Belə ki, Vəli Səfərov orada gəzərkən həmin ərazidən keçən, əvvəllər tanımadıqları zərərçəkmiş şəxslər – Katib Dadaşov (şərti) və Babək Kərimovun (şərti) öz aralarında olan danışıqlarını özü üçün yüksək səs kimi qəbul edib. O, bunu cüzi olaraq bəhanə edib zərərçəkmişlərin söhbətlərinə müdaxilə edib. Bu zaman həmin şəxslərin arasında mübahisə düşüb. Həmin vaxt əraziyə Zəfərlə Kamil də gəlib. Mübahisə nəticəsində onlar Katiblə Babəki yumruq və təpik zərbələri ilə döyüblər.

    Hadisədən sonra təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.