Month: July 2024

  • Bakıda daha bir yeniyetmə dənizdə boğuldu

    Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 2 nəfər vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.

    Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü Nihad Yalçın oğlu Mirzəyev “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib.

    Digər şəxs, 2010-cu il təvəllüdlü Mirkamil Mirəli oğlu Seyidovun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, iyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlu, 2008-ci il təvəllüdlü Aslanov Abid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlu dənizdə boğulublar.

  • Türkiyə hərbçiləri PKK terror qruplaşmasının 11 üzvünü məhv edib

    Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının 11 üzvünü məhv edib.

    Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

    Qeyd olunub ki, terrorçular İraqın şimalında Hakurk və Gara bölgələrində aşkarlanaraq zərərsizləşdirilib.

    Onların Türkiyəyə və onun hərbçilərinə qarşı müxtəlif silahlı hücumlarda iştirak etdikləri qeyd olunub.

  • Bir müddət əvvəl ləğv edilən parkinqə yenidən icazə verildi

    Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin qarşısında yenidən avtomobillər saxlanılır.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, maşınlardan təmizlənən ərazidə yenidən park edilən avtomobillər piyadaların hərəkətinə narahatlıq törədir.

    Əvvəl qanunsuz parkinq olsa da, indi isə daha səliqəli formada avtomobillərin saxlanılmasına icazə verilib.

    Qeyd edək ki, bir müddət öncə məsələ ictimailəşdirildikdən sonra sözügedən ərazidə avtomobil saxlanılması qadağan edilmişdi.

  • Sirkə turşusu içib öldü

    Xırdalanda tənha yaşayan kişi intihar edib.

    “Qafqazinfo”nun məlumatına görə, 52 yaşlı Elşən Məhərrəmov xeyli miqdarda sirkə turşusu içib.

    Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs göstərilən tibbi yardımlara baxmayaraq, vəfat edib.

    Faktı Abşeron Rayon Prokurorluğu araşdırır.

  • İlham Əliyev iki vacib sənədi TƏSDİQLƏDİ

    “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumu” təsdiqlənib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

    Memorandum 2024-cü il mayın 14-də Bakı şəhərində imzalanıb.

    Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma”nın təsdiq edilməsi haqqında Fərman da imzalayıb.

    Qeyd edək ki, sənəd 2024-cü il iyunun 7-də məktublar mübadiləsi formasında imzalanıb.

  • Sabah 38 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-35 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

  • Məşhur marketlər şəbəkəsinin sahibini öldürmək istəyənə hökm oxundu

    “Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürməyi planlaşdırmaqda ittiham edilən Tahir Hüseynovun məhkəməsi başa çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

    Hökmə əsasən, T.Hüseynov iş adamı Elman Əsədovu öldürməyi planlaşdırmaq və digər ittihamlarla təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən ilin fevralında Suraxanı rayonu ərazisində qeydə alınıb.

    İttihamda deyilir ki, T.Hüseynov marketlər şəbəkəsinin sahibini öldürüb əmlakını ələ keçirmək istəyib. Bu məqsədlə odlu silahla onun yaşadığı Əmircan qəsəbəsinə gəlib. O, hasardan aşaraq evin həyətinə daxil olub, burada gizlənərək cinayəti reallaşdırmaq üçün gözləsə də, təqsirləndirilən şəxsin qohumları onu tutaraq polisə təhvil veriblər.

    T.Hüseynova Cinayət Məcəlləsinin 28.1, 120.2.11, 28.1, 181.2.3, 28.1, 181.2.5, 28.1, 181.3.2-ci (quldurluqla əlaqədar qəsdən adam öldürməyə, yaşayış sahəsinə qanunsuz girməklə, silahdan istifadə etməklə və külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluğa hazırlıq) və digər maddələrlə yekun ittiham elan edilib.

  • Bakıda dənizdə müəmmalı şəkildə boğulan yeniyetmələrdən ikisinin meyiti TAPILDI

    İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərdən ikisinin – 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun cəsədi bu gün səhər saatlarında suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, batdığı ehtimal olunan üçüncü şəxs – 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

    Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak edir.

  • В ОДКБ пообещали начислить Армении взнос после отказа платить

    Постоянный представитель России при Организации договора коллективной безопасности (ОДКБ) Виктор Васильев прокомментировал решение Армении отказаться от выплат на следующий год.

    Об этом сообщает РИА Новости.

    Политик рассказал, что сумма взноса за 2025 год будет посчитана и начислена Армении.

    Долевой взнос Еревана на 2024 год в ОДКБ составил 53,22 млн рублей (около 1,031 млн манатов – ред.). Власти республики отказалась выплачивать эту сумму, объявив о заморозке участия страны в организации.

    12 июня премьер-министр Армении Никол Пашинян заявил о возможном выходе страны из ОДКБ.

  • KTMT Ermənistana yeni üzvlük haqqı hesablayacaq

    Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Vasilyev Ermənistanın gələn il üçün təşkilata üzvlük haqqını ödəməkdən imtina etmək qərarına şərh verib.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Siyasətçi bildirib ki, 2025-ci il üçün üzvlük haqqının məbləği hesablanacaq və hesab Ermənistana göndəriləcək.

    İrəvanın 2024-cü il üçün KTMT-yə üzvlük haqqı 53.22 milyon rubl (təxminən 1.031 milyon manat – red.) təşkil edib. Respublika hakimiyyəti ölkənin təşkilatda iştirakının dondurulduğunu elan edərək bu məbləği ödəməkdən imtina edib.

    İyunun 12-də Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-dən çıxa biləcəyini açıqlayıb.