Month: July 2024

  • Prezident: “Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq”

    “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

    Dövlətimizin başçısı bildirib ki, bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

  • Ильхам Алиев: XXI век должен стать веком процветания тюркского мира

    XXI век должен стать веком процветания тюркского мира.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в ходе выступления на состоявшейся 6 июля в Шуше церемонии открытия неформального саммита Организации тюркских государств (ОТГ).

    “Мы охватываем большое географическое пространство, в странах-участницах наблюдается позитивная демографическая динамика, наш военный потенциал неоднократно доказывал себя на полях сражений. Наши богатые природные ресурсы, современная инфраструктура для их доставки, транспортные коридоры, соединяющие Среднюю Азию и Кавказ со средиземноморскими и черноморскими портами, наша богатая и древняя история и культура являются нашим величайшим достоянием. Приверженность наших народов традиционным ценностям и этническая общность тесно сплачивают наши страны. XXI век должен стать веком процветания тюркского мира”, – отметил глава государства.

  • İlham Əliyev: “XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır”

    “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

    Dövlətimizin başçısı bildirib:

    “Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır”.

  • “Koroğlu” – Buzovna avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir?

    Metronun “Koroğlu” stansiyasından Buzovna qəsəbəsinə hərəkət edən 107 saylı marşrut avtobuslarında sürücülər tərəfindən özünəməxsus gediş tarifləri müəyyənləşdirilib. Belə ki, son qiymət artımından sonra gediş haqqı 70 qəpik müəyyənləşsə də, sürücü sərnişinlərdən 80 qəpik tələb edib.

    Bu barədə Bizim.media-ya həmin avtobusdan mütəmadi istifadə edən bir neçə sərnişin məlumat verib.

    Onların sözlərinə görə, sürücülər kartsız işləyən bu avtobusda hər dəfə sərnişinlərdən fərqli gediş haqqı tələb edirlər. Bu isə haqlı olaraq sərnişinlərin ciddi narazılığına və narahatlığına səbəb olub.

    Maraqlıdır, təqdim olunan gediş haqqından çox ödəniş tələb edən belə sürücülər barədə hansı tədbirlər görüləcək?

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, fakt araşdırılacaq:

    “Məsələ araşdırılacaq. Belə hal müəyyən edilərsə, sürücü barədə tədbir görüləcək. Həmçinin, daşıyıcıya tarifin düzgün tətbiqi və gediş haqqının sərnişinlərin görə biləcəyi yerdə yerləşdirilməsi ilə bağlı tapşırıq verilib”.

  • Президент: Укрепление тюркского мира и ОТГ – приоритетные направления внешней политики Азербайджана

    Расширение связей с тюркскими странами, укрепление тюркского мира и Организации тюркских государств (ОТГ) являются приоритетным направлением внешней политики Азербайджана.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в ходе выступления на состоявшейся 6 июля в Шуше церемонии открытия неформального саммита Организации тюркских государств.

    “Азербайджан всегда прилагал усилия во имя тесного сплочения тюркского мира, наращивания его политической, экономической и военной мощи, превращения в центр силы на глобальной арене”, – отметил глава государства.

  • Prezident: “Türk dünyası və TDT-nin gücləndirilməsi xarici siyasətimizin prioritet istiqamətidir”

    “Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

    “Azərbaycan həmişə türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir”, – deyə dövlətimizin başçısı bildirib.

  • Азербайджанские пограничники предотвратили попытку контрабанды наркотиков из Ирана

    Предотвращена попытка контрабанды наркотиков из Ирана в Азербайджан.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Государственной пограничной службы (ГПС) Азербайджана.

    Согласно информации, 3 июля в 23:27 на служебной территории погранотряда “Гёйтепе” два человека предприняли попытку нарушить государственную границу из Ирана в направлении Азербайджана.

    Проигнорировавшие требования пограничников остановиться нарушители были задержаны после того, как сотрудники ГПС открыли предупредительный огонь.

    “В ходе расследования было установлено, что задержанные – Анар Тарывердиев и Сервер Джарчыев являются жителями Газахского района. В ходе досмотра при них было обнаружено 15 кг марихуаны и 25 г опиума”, – говорится в сообщении.

  • Azərbaycan sərhədini keçmək istədilər, atəş açıldı

    İyul ayının 3-də saat 23:27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, sərhəd naryadının “Dayan!” əmrinə məhəl qoymayan sərhəd pozucuları qaçmağa cəhd göstərdikdən sonra “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, havaya xəbərdarlıq atəşi açılıb və onlar saxlanılıblar.

    Araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakinləri – 1981-ci il təvəllüdlü Anar Rafayil oğlu Tarıverdiyev və 1983-cü il təvəllüdlü Sərvər Mehman oğlu Carçıyev olması müəyyən edilib, üzərlərinə baxış keçirilərkən 15 kiloqram 25 qram narkotik vasitə (15 kiloqram marixuana; 25 qram tiryək) aşkarlanaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Sabiq vəzifəli şəxsin məhkəməsi sentyabra qədər uzanacaq

    Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev və Hesablama Palatasının əməkdaşı İntiqam Hacıyevin məhkəməsi başlayıb.

    “Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.

    Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxslərdən R.Hacıyev həbsdədir, İ.Hacıyev isə sərbəst mühakimə edilir.

    İlk iclasda R.Hacıyevin də ev dustaqlığına buraxılması istənilib. Müdafiə tərəfi şəxsin bəlli bir yaşayış yerinin mövcudluğunu, istintaqdan yayınma fikrində olmadığını vəsatətin təmin edilməsinə əsaslar kimi göstərib.

    Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti isə əks fikirdə olub. Vəsatət rədd edilib.

    Növbəti iclas sentyabrın 11-nə təyin edilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. R.Hacıyev külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda, İ.Hacıyev isə rüşvət alınmasına vasitəçilikdə ittiham olunur.

  • Токаев: Казахстан готов предложить платформу для мирных переговоров между Азербайджаном и Арменией

    Казахстан готов предложить платформу для проведения мирных переговоров между Азербайджаном и Арменией.

    Как передает Report, об этом сказал президент Казахстана Касым-Жомарт Токаев во время выступления на неформальном саммите глав государств-членов Организации тюркских государств (ОТГ) в Шуше.

    Глава казахстанского государства выразил надежду на установление прочного мира между Азербайджаном и Арменией.

    Он также отметил, что политические и экономические изменения оказали влияние на весь мир. “Я верю, что в результате совместных усилий мы внесем свой вклад в развитие экономик стран-участниц ОТГ”, – добавил президент.