Month: September 2024

  • GTA 6 nə vaxt buraxılacaq?

    “Rockstar Games” GTA 6-nın buraxılışını 2026-cı ilin əvvəlinə təxirə salıb.

    Median.Az championat.com-a istinadən xəbər verir ki, populyar oyun işıq üzü gördükdən cəmi 12-18 ay sonra onun PC versiyası da çıxacaq.

    Məlumatı iki “Rockstar Games” studiyasından bir neçə tərtibatçı təsdiqləyib.

    Qeyd edək ki, oyundakı hadisələr uydurma Leonidas əyalətində, Vays Siti şəhərində baş verəcək. Məkanı yaradarkən tərtibatçılar Mayami şəhərinin memarlıq və digər xüsusiyyətlərindən istifadə ediblər.

  • Qətər Qəzza sakinlərinə kömək üçün 4.5 milyon dollar ayıracaq

    Qətər Qəzza zolağı sakinlərinə kömək üçün 4.5 milyon dollar ayıracaq.

    Median.Az “Al Arabiya”ya istinadən xəbər verir ki, bununla bağlı Qətər Qızıl Aypara Cəmiyyəti, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi və Qətər İnkişaf Fondu arasında müqavilə imzalanıb.

    Vəsait Qəzza zolağından olan 4 400 fələstinli işçiyə, eləcə də münaqişədən əvvəl tibbi yardım üçün Qərb Sahilinə gələn və öz evlərinə qayıda bilməyən anklav sakinlərinə dəstək olmaq üçün nəzərdə tutulub.

    “Nağd yardım keçən ilin oktyabrında münaqişədən bəri Qəzza zolağına qayıda bilməyən köçkünlər üçün həyati dəstək olacaq” , – məlumatda bildirilir.

  • ВНИМАНИЮ водителей: ограничено движение на дороге от Локбатана до центра Баку

    В Гарадагском районе ограничено движение от транспортной развязки “Локбатан” в сторону центра столицы.

    Об этом сообщили в Центре интеллектуального управления транспортом Министерства внутренних дел.

    Согласно информации, ограничение введено в связи с ремонтными работами, проводимыми в указанном направлении.

  • Sürücülərin NƏZƏRİNƏ: “Lökbatan” dairəsindən mərkəz istiqamətinə yol BAĞLIDIR

    Qaradağ rayonunun “Lökbatan” dairəsindən mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Qeyd olunub ki, avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin səbəbi yolda aparılan təmir işləridir.

  • В Азербайджане ожидается сильный ветер – ПРЕДУПРЕЖДЕНИЕ

    9 и 10 сентября в регионах страны ожидается сильный ветер, объявлено жёлтое предупреждение.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В соответствии с жёлтым предупреждением в Хачмазе, Шабране, Сиязане, Хызы и Гобустане скорость восточного ветра будет достигать 13.9-20.7 м/с.

  • Bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Sentyabrın 9-u gündüz və 10-da bölgələrdə küləkli hava şəraiti gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

    Sarı xəbərdarlığa uyğun olaraq Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Namaz qılmaq üçün məscidə getdi – Yoxa çıxdı

    Siyəzən rayonunda gənc oğlan itkin düşüb.

    “Qafqazinfo” xəbər verir ki, Siyəzən şəhər S.Xeyrullayev küçəsində yaşayan S.Məlikova oğlunun itkin düşməsi barədə polisə müraciət edib.

    Siyəzən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən qadın bildirib ki, 23 yaşlı oğlu M.Məlikov sentyabrın 7-də saat 13 radələrində məsciddə namaz qılmaq adı ilə evdən çıxıb.

    Lakin həmin saatdan sonra ana oğlundan xəbər ala bilməyib.

    Müraciətlə bağlı araşdırma aparılır.

  • Закир Гасанов выразил соболезнования главе МВД Турции

    Министр обороны Азербайджанской Республики (АР) генерал-полковник Закир Гасанов выразил соболезнования министру внутренних дел Турецкой Республики (ТР) Али Ерликайе и главнокомандующему жандармерией, генералу армии Али Чардакчи в связи с трагической гибелью турецких военнослужащих.

    Об этом сообщает пресс-служба Минобороны АР.

    “Глубоко опечален известием о гибели военнослужащих в результате аварии с участием транспортного средства Главного командования жандармерии братской Турции в провинции Тунджели.

    Ваша боль – наша боль.

    Разделяем скорбь родных и близких всех погибших в этом трагическом происшествии. Да упокоит Аллах их души”, – говорится в соболезновании.

  • Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verdi

    Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin daxili İşlər naziri Ali Yerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Ali Çardakcıya başsağlığı ünvanlayıb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında deyilir:

    “Tunceli vilayətində qardaş Türkiyə Respublikasının Jandarma Baş Komandanlığına məxsus nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların şəhid olması xəbəri məni çox kədərləndirdi. Sizin kədəriniz bizim də kədərimizdir.

    Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir, yaralı hərbi qulluqçumuza şəfa diləyirəm.

    Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin”.

  • İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB

    2024-cü ilin avqustunda “Microsoft”un ƏS-si ilə işləyən kompüterlər arasında “Windows 11”in payı iyul ayı ilə müqayisədə 1,6% artaraq 31,62% təşkil edib.

    “Windows 10” hələ də əksər “Windows PC” istifadəçilərinin seçimidir. Bu gün “onluğun” payı 64,17 faiz olaraq qalır, lakin populyarlığı azalır – son üç ayda 5 faiz düşüb. Ümumilikdə, “Windows 10” və “Windows 11” əməliyyat sistemlərinin payı 95,79 faiz təşkil edir.

    “Windows”un müxtəlif versiyalarının paylarının paylanması:

    “Windows 10” – 64,14%

    “Windows 11” – 31,63%

    “Windows 7” – 3.05%

    “Windows 8.1” – 0,41%

    “Windows XP” – 0,4%

    Gördüyünüz kimi, insanlar hələ də “Windows 7” və daha köhnə əməliyyat sistemlərindən istifadə edirlər, lakin bu sistemlərin populyarlığı indiki “Windows 10” və “Windows 11”dən bir neçə dəfə aşağıdır.

    Analitiklər qeyd edirlər ki, “Microsoft” yaxın gələcəkdə “Windows 11”in təşviqini davam etdirəcək. Çünki “Windows 11”ə dəstək 2025-ci ilin oktyabrında başa çatır. Bu tarixdən sonra istifadəçilərin kompüterləri normal işləməyə davam edəcək, lakin onlar artıq aylıq hesaba arxalana bilməyəcəklər.
    //lent.az